Tbilisidə Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı məlumatlandırma aksiyası keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiyanı azərbaycanlı gənclərin təmsil olunduğu “Difai” təşkilatı keçirib.

“Xocalıya ədalət” yazısı olan jiletlər geyinmiş gənclər mərkəzi Rike parkında şəhər sakinləri və əcnəbi qonaqlara Xocalı faciəsi barədə gürcü və ingilis dillərində olan məlumat vərəqələri və broşürlər paylayıblar.

Aksiyanın keçirilməsinə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi dəstək verib.

“Difai” təşkilatının sədri Orxan Bayramov deyib ki, aksiyanın keçirilməsinin məqsədi Gürcüstan ictimaiyyətini Xocalı faciəsi barədə məlumatlandırmaqdır.

Aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət” beynəlxalq kampaniyaya dəstək məqsədi daşıyıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey