İlham Əliyev Azərbaycan Ordusunun Zəngilan şəhərini və daha 24 kəndi azad etdiyini bildirdi

Azərbaycan Ordusu Zəngilan şəhərini işğaldan azad edib.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan edib.

İ.Əliyev müraciətində yeni azad edilən məntəqələri də elan edib:

“Füzuli rayonunun altı kəndi – Dördçinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun yeddi – Sarafşa, Həsənqaydı, Fuğanlı, İmanbağı, Daşveysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun beş – Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (keçmiş Noraşen), Vəng kəndləri, Zəngilan rayonunun altı kəndi – Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olunub”

Dövlət başçısı Vəng kəndinin adının dəyişdirildiyini də elan edib:

“Bundan sonra Vəng kəndi Çinarlı kəndi adalandırılacaq”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey