Gürcüstanlı icma nümayəndələri işğaldan azad olunmuş əraziləri ziyarət ediblər
Gürcüstanlı icma nümayəndələri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə 2 günlük səfər ediblər.
Səfər ilk öncə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərindən başlayıb.
Qonaqlar şəhərdə aparılan bərpa işlərinin gedişatı ilə tanış olub, Şuşa qalasına və Cıdır düzünə səfər ediblər.
İcma üzvləri qədim Azərbaycan şəhərinin tarixi haqqında ətraflı məlumatlandırılıblar, həmçinin Xurşidbanu Natəvanın ev-muzeyini, Molla Pənah Vaqifin məqbərəsini, “Xan qızı Bulağı”nı və digər tarixi-mədəni görməli yerləri ziyarət ediblər.
Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı ilə Gürcüstan Azərbaycanlılarının işğaldan azad olunmuş ərazilərə səfəri təşkil olunub.