Baş nazir bu gün BMT-də Gürcüstanla bağlı çıxarılan qərara münasibət bildirdi

“Bu gün BMT-də baş tutan səs vermənin belə bir nəticəsi, Gürcüstan diplomatiyasının uğurunu göstərir”.

Bu sözləri baş nazir Georgi Qaxaria öz şəxsi media hesabında qeyd edib.

Dövlət rəhbəri partnyor ölkələrə Gürcüstana göstərdikləri dəstək üçün təşəkkür edib:

“Bugün birləşmiş millətlərin baş assambleyasının iclasında, Gürcüstanın məcburi köçkünlərinin statusu və geri qayıtmaları haqqında presedentsiz bir rezolyusiya qəbul edildi. BMT rezolyusiyasını 84 ölkə dəstəklədi və 54 təşəbbüskarı var. Səs vermə nəticəsi ilə Gürcüstan diplomatiyasının müvəffəqiyyəti təsdiqləndi! Partnyorlarımıza dəstək üçün təşəkkür edirik”, – deyə Baş nazir qeyd edib.

Qeyd edək ki, bu gün BMT-nin baş assambleyası Nyu-Yorkda keçirdiyi 74-cü sesiya çərçivəsində, Abxazia və Cənubi Osetiyadan məcburi köçkünlərin statusu ilə bağlı onlara dəstək qətnaməsi qəbul edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey