Baş nazir: “Gürcüstan turizmin bərpasında qonşu ölkələrlə əməkdaşlıq edəcək”
Gürcüstanın səfirlikləri dövlətlərlə təhlükəsiz dəhlizlərin yaradılması barədə danışıqlar aparırlar.
Bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria bildirib.
Onun sözlərinə görə, artıq İsrail və Avstriya bu məsələyə maraq göstərib: “Qonşu ölkələr də maraq ifadə ediblər. Onlarla bu istiqamətdə əməkdaşlıq həyata keçiriləcək”.
Baş nazir qeyd edib ki, Gürcüstan üçün turizm sahəsinin bərpası olduqca mühüm əhəmiyyət kəsb edir: “Turizm sektoru son illər Gürcüstan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olub”.