Azərbaycandan qayıdarkən yol qəzasına düşən Tbilisinin sabiq meri dünyasını dəyişib
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin sabiq meri 61 yaşlı Vano Zodelava dünyasını dəyişib.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bunu onun ailəsinə yaxın şəxslər bildiriblər.
V.Zodelava 2017-ci iyulunda Azərbaycandan səfərdən qayıdan zaman taksidə olarkən Tbilisi yaxınlığında, Kvemo Poniçala ərazisində ağır yol qəzasına düşüb. Nəticədə taksi sürücüsü ölüb, V.Zodelava isə başından ciddi zədə alıb. O, koma vəziyyətində xəstəxanaya yerləşdirilib. Sabiq mer huşsuz vəziyyətdə, təxminən, bir il yarım həkimlərin nəzarəti altında olub.
Qeyd edək ki, V.Zodelava 1997-1998-ci illərdə Poti şəhəri, 1998-2004-cü illərdə isə Tbilisi şəhərinin meri olub.