Ağciyər İnstitutunda silsilə ölümlər davam edir: 43 yaşlı xəstə vəfat etdi

Bu gün Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha bir nəfər ölüb.

1977-ci il təvəllüdlü, Şamaxı sakini olan kişi ikitərəfli pnevmoniya, ağır gedişli, kəskin ağciyər-ürək çatışmazlığı diaqnozundan vəfat edib.

Məlumata görə, xəstə bu vəziyyətdə 20 gün ev şəraitində müalicə aldıqdan sonra dünən Elmi-Tədqiqat Ağciyər İnstitutuna gətirilib. Kritik vəziyyətdə dərhal birinci reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin intensiv müalicə tədbirlərinə baxmayaraq, səhər saatlarında vəfat edib.
Qeyd edək ki, yanvar ayının 15-dən indiyədək institutda ölənlərin sayı yeddi nəfərə çatıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey