Qubanın dağlıq kəndlərinə qar yağıb
Azərbaycanın şimalındakı ucqar dağ kəndlərinə ilk qar yağıb.
Qubanın dağlıq kəndlərinə yağan qarın hündürlüyü 5-8 santimetr olub.
Xüsusəndə rayonun Söhüb, Rük, Buduq, Dalıqaya, Zıxır, Girdah və digər dağlıq kəndlərinə qar yağıb.
Qarın yağması təsərrüfatlara ziyan vurmasa da mal-qaranın çöldə otlamasına mane olub. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur -1 dərəcəyədək aşağı düşüb.