Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə etiraz aksiyası keçirilib
Gürcüstanın Saqareco rayonunun icra başçısı Giorgi Ebrotsonaşvili içməli su proeblemi ilə bağlı etiraz aksiyası keçirən Qambori kənd sakinləri ilə görüşüb.
Rayon rəhbəri sakinləri narahat edən problemin həll olunacağına söz verib.
G.Ebrotsonaşvili bildirib ki, kəndin su təminatı ilə bağlı elan olunan tender üç dəfə uğursuzluqla nəticələnib. O, Qambori əhalisinə bu gün Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinə gedəcəyinə və içməli su probleminin təcili həll olunmasını tələb edəcəyini deyib.
Kənd sakinləri rayon rəhbərliyinin 15 ildir mövcud olan susuzluq probleminə laqeyd münasibətindən narazılıqlarını ifadə ediblər.