AZAL bu il Gürcüstana 52 minə yaxın sərnişin daşıyıb
Bu ilin yanvar-iyun aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana 51 927 sərnişin daşıyıb.
Bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyinin hesabatında bildirilib.
Hesabat dövründə şirkətin Gürcüstanın mülki aviasiya bazarındakı payı 2% təşkil edib.
Ümumilikdə isə bu ilin I yarısında xarici aviaşirkətlər Gürcüstana, 2 159 047 sərnişin daşıyıb. Bu baxından I yeri 348 850 sərnişinlə Macarıstanın aşağı büdcəli “Wizz Air” şirkəti tutub. Onun Gürcüstan bazarındakı payı 14% təşkil edib. II yerdə “Gürcüstan Hava Yolları” şirkəti (260 774 sərnişin), III yerdə isə “Türk Hava Yolları” şirkəti (255 066 sərnişin) qərarlaşıb.