“Minsk 2019”: Azərbaycan karateçisi qızıl medal qazanıb
Azərbaycan karateçisi Asiman Qurbanlı “Minsk 2019” II Avropa Oyunlarında qızıl medal qazanıb.
84 kq-dan yuxarı çəkidə yer alan Qurbanlı finalda xorvatiyalı Ancelo Kvasiçə qalib gəlib – 5:0.
Bu, Azərbaycanın 5-ci qızıl medalı olub.