Gürcüstanda azərbaycanlılar yaşayan rayonun dövlət idarəsində qəza baş verib, vətəndaşlar təxliyyə olunub

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzində yerləşən Ədliyyə evində qəza baş verib.
Saat 14:00 radələrində qeydə alınan hadisə zamanı binanın tavanında quraşdırılmış fiqurlardan biri yerə düşüb.

Binada olan vətəndaşlar təxliyyə olunub və bir saata yaxın idarədə xidmətlərin göstərilməsi prosesi dayandırılıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Ədliyyə binası müəyyən vaxtdan sonra fəaliyyətini bərpa edib.

Qeyd edək ki, Gürcüstanda fəaliyyət göstərən ədliyyə evlərində vətəndaşlara bir sıra xidmətlər göstərilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey