Azərbaycanda 5 km-lik dövlət bayrağı hazırlanıb
Azərbaycan sərhədçiləri 15 iyun – Milli Qurtuluş Gününün 26-cı ildönümünü ənənəvi olaraq yüksək səviyyədə qeyd edirlər.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Xidmət tərəfindən bu münasibətlə “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı möhtəşəm bayraq yürüşü təşkil edilib.
5 km 100 m uzunluqda Dövlət bayrağımızı irəlidə generallar və zabitlər olmaqla 5 min nəfər heyət çiyinləri üzərində daşıyıblar.
Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sərhədçi süvariləri müqəddəs dövlət bayrağımızı başları üzərində ucaldıblar.
Yürüş boyu yerləşdirilmiş zirehli döyüş texnikalarında dövlət bayrağının dalğalandırılması, bayrağımızdakı səkkiz guşəli ulduzu tərənnüm edən səkkiz helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.