Gürcüstan Azərbaycana polis attaşesi təyin edib
Gürcüstan Azərbaycana polis attaşesi təyin edib.
Bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadzenin parlamentə təqdim etdiyi illik hesabatda bildirilib.
Sənəddə Gürcüstanın Azərbaycanla yanaşı, Ukraynaya da yeni polis attaşesi göndərdiyi vurğulanıb.
Qeyd edək ki, Gürcüstanın Avropanın əksər ölkələrində polis attaşeləri fəaliyyət göstərir. Polis attaşesinin əsas vəzifəsi Gürcüstan vətəndaşlarının xarici ölkə ərazisində törətdikləri cinayət əməllərinə çevik reaksiya verməkdir.
Gürcüstanın polis attaşeləri ölkənin daxili işlər naziri və xaricdəki diplomatik nümayəndəlik rəhbərinin tabeliyində fəaliyyət göstərir.