Gürcüstan əhalisi ölkənin Aİ və NATO-ya inteqrasiyasını dəstəkləyir

Gürcüstanda rəyi soruşulanların 83%-i ölkənin Avropa İttifaqına (Aİ) inteqrasiyasını dəstəkləyir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrində bildirilib.

Aİ-yə inteqrasiyanı dəstəkləməyənlər isə 9% təşkil edib.

NATO-ya inteqrasiyaya gəlincə, respondentlərin 78%-i ölkənin Alyansa üzvlüyünün lehinə, 13%-i isə əleyhinə səs verib.

NDI sorğunu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə ötən ilin 6-20 dekabr tarixində 2205 respondent arasında aparıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey