Prezident: “ABŞ-ın Gürcüstanda hərbi baza yerləşdirməsi məqsədəuyğun deyil”
“ABŞ-ın hərbi bazasının Gürcüstan ərazisində yerləşdirilməsi məqsədəuyğun deyil və bu, təxribat kimi qəbul edilə bilər” .
Bunu Gürcüstan Prezidenti Salome Zurabaşvili “Amerikanın səsi”nin gürcü dili redaksiyasına müsahibəsində deyib.
“Mən buna zəmanət verməzdim. Ölkə elə bir ərazidə yerləşir ki, onun təhlükəsizliyinin gücləndirilməsi vacibdir. Bununla yanaşı, ABŞ-ın burada hərbi baza yerləşdirməklə təkcə Rusiyanın deyil, bölgəmizdə çox fəal olan terrorçu hərəkatların da diqqətini cəlb etməyə hazır olduğunu zənn etmirəm”, – S.Zurabaşvili vurğulayıb.