AŞPA prezidenti Gürcüstana səfərə gələcək

Avropa Şurası Parlament Assambleyasının prezidenti (AŞPA) Liliane Maury Pasquier Gürcüstana səfər edəcək. Borchalitv-nin məlumatına görə, bu barədə Gürcüstan Parlamentindən bildirilib. Məlumata görə, Pasquier aprelin 28-də Tiflisə gələcək.

Bildirilib ki, aprelin 29-da baş tutacaq rəsmi səfər çərçivəsində Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze ilə görüş keçiriləcək. Görüşdən sonra İ. Kobaxidze və Liliane Maury Pasquier mətbuata birgə bəyanat verəcəklər.

Həmin gün Avropa Şurası Parlament Assambleyasının prezidenti məcburi köçkünlərin məskunlaşdığı Tserovani qəsəbəsinə gedəcək və Liliane Maury Pasquier Odzisi kəndini ziyarət edəcək.

Aprelin 30-da AŞPA-nın prezidenti Gürcüstan prezidenti Salome Zurabişvili və Baş nazir Mamuka Baxtadze ilə görüşəcək. Günortadan sonra Paskier Gürcüstanın Avropa Şurasına üzvlüyünün 20 illiyinə həsr olunmuş mərasimdə Salome Zurabişvili, Mamuka Baxtadze və İrakli Kobaxidze ilə birgə çıxış edəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey