“Qarabağ” evdə “Çelsi” ilə bərabərə qaldı — Bakıdakı möhtəşəm oyun 4 qolla başa çatdı
UEFA Çempionlar Liqasının liqa mərhələsinin dördüncü turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” oyunu gərgin mübarizə şəraitində keçib və 2:2 hesabı ilə başa çatıb.
Aktual.ge xəbər verir ki, görüşdə hesabı 16-cı dəqiqədə “Çelsi”nin futbolçusu Estevao açıb.
29-cu dəqiqədə Leandro Andrade fərqlənərək hesabı bərabərləşdirib.
39-cu dəqiqədə penaltidən Yankoviç “Qarabağ”ı önə çıxarıb, lakin 53-cü dəqiqədə Qarnaço ingilis klubuna bərabərlik qazandırıb.
Bu nəticə ilə “Qarabağ” xallarını 7-yə çatdırıb və növbəti mərhələyə yüksəlmək şanslarını qoruyub.
Azərbaycan çempionu növbəti qarşılaşmasını noyabrın 26-da səfərdə “Napoli”yə qarşı keçirəcək.
