Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Gürcüstana gəlib
Almaniya Parlamentinin (Bundestaq) Xarici Əlaqələr Komitəsinin sədri Maykl Rot Gürcüstana səfər edib.
Bu barədə o, X sosial media hesabında yazıb.
Maykl Rot paylaşımında yazıb: “Şəhərə qayıdış. Tbilisi Avropanın əsl paytaxtıdır”.
O həmçinin, Gürcüstanda cərəyan edən hadisələrə bir daha münasibət bildirib və avtoritar rejimin gec-tez uduzacağını qeyd edib:
“Gürcüstandakı kimi müxalifəti və tənqidi səsləri həbs yolu ilə susdurmağa çalışan avtoritar rejim gec-tez uduzacaq. Cənab İvanişvili, indi bütün siyasi məhbusları azad edin!”- deyə Rot yazıb.