Gürcüstanın Baş naziri Cənubi Qafqazda əməkdaşlıq formatının yaranmasına tərəfdardır
Biz bu gün dünyada baş verən hadisələri, regional vəziyyəti, həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesini nəzərdən keçirdik. Şəxsən mən və bizim hökumətimiz sülh siyasəti yürütmək üçün əlimizdən gələni edəcəyik.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatında söyləyib.
“Regionda mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirəcək və əminəm ki, biz bir yerdə çox iş görə bilərik”, – deyə İrakli Qaribaşvili əlavə edib.
Azərbaycan Prezidentinin Praqada irəli sürdüyü təşəbbüsü dəstəkləyən Baş nazir Cənubi Qafqazda əməkdaşlıq formatının yaranmasına tərəfdar olduğunu bildirib.