Faiq Quliyev: “Faxralı və Marneulidə küçələrə şəhidlərin adları veriləcək”

“Gürcüstan vətəndaşı olan azərbaycanlılar da 20 yanvar faciəsinin qurbanı olub və onların xatirəsi hər il ehtiramla yad edilir. Gürcüstanda azərbaycanlı şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə bir sıra küçələrə onların adları verilib”.

Bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Fair Quliyev, Tbilisidə 20 Yanvar – 9 Aprel hadisələri mövzusunda “Müstəqilliyə aparan yol: Azərbaycan-Gürcüstan” adlı rəsm və inşa müsabiqəsində deyib.

Faiq Quliyev onu da qeyd edib ki, gələcəkdə də Gürcüstan vətəndaşı olan azərbaycanlıların adlarının əbədiləşdirilməsi istiqamətində Gürcüstan tərəfi ilə işçi əməkdaşlıq formatında fəaliyyətlər davam etdiriləcək:

“Bu istiqamətdə Faxralı və Marneulidə küçələrə şəhidlərin adları veriləcək, büstlər, xatirə lövhələri quraşdırılacaq və bütün bu məsələlər yerli icra hakimiyyəti orqanları ilə işçi əməkdaşlıq formatında həllini tapacaq. Həm 9 Aprel, həm də 20 Yanvar şəhidlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində paralel iş aparılmalıdır”.

Səfir bildirib ki, qısa müddətdə həm Gürcüstan xalqına, həm də Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərə beynəlxalq səviyyədə hüquqi siyasi qiymət veriləcək və səbəbkarlar cəzalandırılacaq.

Tədbirdə iştirak edən Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Qvitsiaşvili də tədbirin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, həlak olan şəxslərin göstərdiyi böyük fədakarlıq sayəsində hər iki dövlət müstəqillik əldə edib. Nəticədə bu hadisələr ölkələrin müstəqilliyinin simvoluna çevrilib. Nazir müavini qeyd edib ki, Gürcüstan Azərbaycanı tarixi dost kimi qəbul edir və əlaqələrin bu səviyyədə olması məmnunluq verir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey