Tbilisidə son vəziyyət – Polis etirazçılara müraciət etdi
Polis Mərkəzi Seçki Komissiyası qarşsında toplaşan aksiya iştirakçılarını dağılmağa çağırır.
Hadisə yerində olan polis biraz öncə aksiya iştirakçılarına xəbərdarlıq edərək ərazini tərk etməyə çağırıb, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlər görüləcəyi bildirilib.
Qeyd edək ki, az öncə MSK binası qarşısına toplaşanlara qarşı hüquqmühafizəçilər su təziqindən və gözyaşardıcı qazdan istifadə edib.
Hazırda MSK qarşısında vəziyyət gərgin olaraq qalır.