Nazirdən məktəblərlə bağlı sərt açıqlama: “Bu məktəblər bağlana bilər”

“Bizim məqsədimiz məktəblərə, müəllimlərə, şagirdlərə və ya valideynlərə cərimə tətbiq etmək deyil, ancaq müəyyən pozuntular halında dərhal lazımi cavab veriləcək”.

Bu barədə Səhiyyə Naziri Ekaterine Tikaradze məktəblərə qoyulan məhdudiyyətlərlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, verilən tövsiyyələr, uşaqların təhlükəsiz bir mühitdə təhsil almağa davam etmələrinə köməklik edəcək:

“Hər şeydən əvvəl məsuliyyətlərimizi yüksəltməliyik. Sözügedən qaydaları tətbiq etməkdə və tövsiyyələr verməkdə məqsədimiz məktəblərə, müəllimlərə, şagirdlərə və ya valideynlərə sanksiya tətbiq etmək deyil, lakin hər hansı bir səhv olarsa, əlbəttə ki, dərhal lazımi cavabı verəcəyik. Bu isə uşaqlarımızın təhlükəsiz bir mühitdə təhsil almağa davam etmələrinə köməklik edəcək”.

Nazir, qoyulan qaydalara uymayan məktəblərin bağlana biləcəyini də qeyd edib:

“Müdaxilə məsələsinə gəlincə, lazım gəldiyi halda tövsiyyələrə əməl etməyən məktəblər bağlana bilər, bunun üçün bütün sanitar normaları nəzərdən keçirəcəyik və edilən tövsiyyələrin həyata keçirilməsi üçün hərşey ediləcək. Qanunu pozan məktəblərə, əlavə tövsiyələr veriləcək və əlavə təlimlər keçiriləcək, daha sonra isə onlara təhsillərini davam etdirmək imkanı veriləcək”, – deyə Tikradze bildirib.

Xatırladaq ki, Gürcüstanda orta məktəblər 15 sentyabrda, uşaq bağçaları isə 1 oktyabrda açılacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey