Gürcüstanda virusa yoluxanlar sürətlə azalır – Son rəqəmlər

Ölkədə bu gün cəmi 2 nəfər koronavirusa yoluxub, 13 nəfər isə virusdan tam olaraq sağalıb.

Bu barədə Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasının kliniki direktoru, Marina Ezuqbaia bildirib.

O qeyd edib ki, bu günədək ölkədə koronavirus diaqnozu qoyulan şəxslərin sayı 730-a çatıb. Virusdan tam olaraq sağalanların sayı isə 522 nəfər, həyatını itirənlər isə 12 nəfər təşkil edir.

Ezuqbaia bildirib ki, hazırda ölkə üzrə 3511 nəfər karantin rejimində, 243 nəfər isə stasionarda nəzarət altındadır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey