Güclü külək Bakıda fəsad törətdi: Bu ərazilər qazsız qaldı

Fevralın 6-da gecə saatlarında əsən güclü külək Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki yeni yaşayış massivində vətəndaşa məxsus hasarı aşırıb.

Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bu zaman ərazidən keçən 100 mm diametrində olan qaz xəttinin 13 metrlik hissəsi də hasarın altında qalaraq zədələnib. Bir ədəd qaz sayğacının giriş hissəsi yararsız hala düşüb.

“Azəriqaz” İstehsalat Birliyinin qəza xidmətinin əməkdaşlarının səyi nəticəsində qaz sızmasının qarşısı alınıb. Hasarı uçan sakindən başqa digər abonentlərin qaz təchizatında hər hansı məhdudiyyət yoxdur.

Fevralın 6-da Balaxanı qəsəbəsində də külək qaz şəbəkəsinə ziyan vurub. Qəsəbədəki yeni yaşayış massivində Həsən Əliyev 169 ünvanında 89 mm diametrində olan aşağı təzyiqli qaz xəttinin 15 metrlik hissəsi dirəklərdən aşıb, bir sayğac yararsız hala düşüb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey