Gürcüstan parlamentinin yaxınlığında etiraz aksiyası keçirilir

Tbilisidə Gürcüstan parlamentinin binasının giriş qapılarının qarşısında etiraz aksiyası keçirilir.

Aksiyada “Ayıbdır” hərəkatının üzvləri və müxalif Avropalı Gürcüstan Partiyasının deputatı Elene Xoştaria iştirak edir.

Aksiyaçılar “işğal xətti” boyunda yaranmış vəziyyətə etirazlarını ifadə edirlər. Onlar “işğal xətti”ndə yerləşən kəndlərdəki vəziyyəti əks etdirən fotoşəkilləri nümayiş etdirirlər.

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili bu gün parlamentdə “nazir saatı” formatında çıxış edəcək. Etirazçılar “işğal xətti”ndəki hazırkı durumu dövlət nazirinin diqqətinə çatdırmaq istəyirlər.

Bu gün saat 19:00-a parlamentin binası qarşısında genişmiqyaslı aksiya təyin olunub. Aksiya iyunun 20-21-də Tbilisidə baş vermiş hadisələrdən üç ay ötməsi ilə bağlı təşkil olunacaq. Bununla bağlı qanunverici orqanın yaxınlığında təhlükəsizlik tədbirləri gücləndirilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey