Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin içməli su problemi həll olunub
Gürcüstanın Marneuli rayonunun Ağməmmədli kəndinin içməli su təminatı ilə bağlı həyata keçirilən genişmiqyaslı layihə başa çatdırılıb.
640 ailənin içməli su ilə təchizatı məqsədilə daxili şəbəkələr tikilib.
Uzunluğu 20 600 metr olan su borusunun çəkilməsi layihəsi iki mərhələdə həyata keçirilib.
Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, onun müavini Zviad Çunaşvili və Marneuli rayonunun icra başçısı Zaur Darğallı Ağməmmədli kəndində olublar. Hökumət nümayəndələri kənddə yaşayan ailələrə baş çəkib və onları içməli su probleminin həll olunması münasibətilə təbrik ediblər.
Qeyd edək ki, Ağməmmədli kənd sakinləri illərdir içməli su problemindən əziyyət çəkiblər.