XİN: Bakıda Azərbaycan və Gürcüstan sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın ikigünlük iclası keçiriləcək
Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliyanın rəhbərliyi ilə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası bu il mayın 23-24-də Bakı şəhərində keçiriləcək.
Bu barədə “Report”a Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Bakıda keçiriləcək sözügedən iclasla bağlı xəbəri ilk olaraq “Report” diplomatik mənbələrə istinadən yaymışdı.