Rusiyada azərbaycanlıları daşıyan mikroavtobus qəzaya uğrayıb, 7 nəfər xəsarət alıb

Rusiyanın Stavropol diyarında azərbaycanlıları daşıyan sərnişin mikroavtobusu qəzaya uğrayıb.

Mikroavtobus yoldan çıxaraq xəndəyə düşüb və maneəyə çırpılıb.

Mikroavtobusun Rostovdan Bakıya gəldiyi qeyd olunur. Avtobusda 9 Azərbaycan vətəndaşı olub. Qəza nəticəsində 7 nəfər xəsarət alıb, ölən yoxdur.

Xəsarət alanlar yerli mərkəzi şəhər xəstəxanasına aparılıblar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey