Dalga Televiziyasi Tbilisidə NATO əleyhinə və qoşunların Əfqanıstandan çıxarılması üçün aksiya keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün292
DünənDünən1348
Bu həftəBu həftə3987
Bu ayBu ay52683
Bu günə qədərBu günə qədər7480017

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidə NATO əleyhinə və qoşunların Əfqanıstandan çıxarılması üçün aksiya keçirilib

Tbilisidə "Courtyard Marriot" mehmanxanasının binası yaxınlığında "Gənc politoloqlar klubu" qeyri hökumət təşkilatı tərəfindən Gürcüstanın NATO-ya daxil olması əleyhinə və qoşunların Əfqanıstandan çıxarılması üçün aksiya keçirilib. Aksiya iştirakçıları mehmanxanada NATO və Gürcüstanın əməkdaşlığına həsr olunmuş görüşün keçirilməsi ilə əlaqədar toplaşıblar.
"Gənc politoloqlar klubu" təşkilatının nümayəndəsi Qeorqi Mdivaninin jurnalistlərə bildirdiyinə görə, Gürcüstanın NATO-ya qəbul olunması hələlik siyasi möhtəkirlikdən başqa bir şey deyil.
"Burada "Gürcüstanda NATO həftəsi"nin qapanış mərasimi keçirildiyinə görə toplaşmışıq. Biz NATO-dan dəqiqlik tələb edirik - nə bizə, nə də ictimaiyyətə Gürcüstanın nə vaxt MAP alacağı məlum deyil, və ya alyansın və onunla əməkdaşlığın Abxaziya və Cənubi Osetiyadakı problemlərin həllində nə kimi köməyi dəyəcək", - Mdivani bildirib.
"Biz qoşunların Əfqanıstandan dərhal çıxarılmasını tələb edirik. Artıq 29 gürcü hərbçisi həlak olub. Bu da əməliyyatda iştirak edən ölkələr arasında faiz hesabıyla ən yüksək göstəricidir. Bundan başqa hadisələr faktiki olaraq Əfqanıstanın işğalıdır və biz bunda iştirak etmənin əleyhinəyik. Buna görə də biz aksiyaya öldürülmüş əfqan vətəndaşlarının, qadınları və uşaqların şəkillərini gətirmişik. Biz Gürcüstanın bunda iştirak etməsini istəmirik", - o qeyd etdi.
Mdivani bildirdi ki, gələn həftə "Gənc politoloqlar klubu" NATO ilə əməkdaşlıq mövzusunda fəyirmi masa keçirəcək və bütün maraqlanan şəxslər iştirak edə bilərlər.

Saytda Axtarış

Son xəbərlər