Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1165
DünənDünən3053
Bu həftəBu həftə4218
Bu ayBu ay99186
Bu günə qədərBu günə qədər8460817

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

İlham Əliyev həmsədrləri qəbul etdi

alt

Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ), Jak Foru (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Gülər Əhmədovanı Gürcüstana aparmaq istəyən şəxs ifadə verib

alt

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmən prosesi günün ikinci yarısında davam etdirilib.

Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Səyyarə Heydərova ifadə verib. O, Elşad Abdullayevin yaydığı videomaterialların montaj olunduğunu deyib. Şahid bildirib ki, bununla bağlı rusiyalı ekspertlə danışıb, ekspert də videoların montaj olduğunu açıqlayıb.

Daha sonra şahid qismində Namiq Muradov və Natiq İsmayılov ifadə veriblər. Onlar Türkiyədə Sabiha Gökçən Hava Limanında Sevinc Babayevanı gördüklərini deyiblər. Şahidlər ifadələrində bildiriblər ki, S. Babayeva onlara yaxınlaşaraq Türkiyəyə ürək əməliyyatına gəldiyini deyib: “Onu qarşılayacaq adamın gəlmədiyini söylədi, bizim telefonlarından istifadə etmək istədi. Biz də kömək etdik”.

Şahid Rüfət Hüseynov isə ifadəsində G. Əhmədovanın oğlu Toğrul Əhmədovla dost olduğunu deyib: “Toğrul mənə zəng edib dedi ki, anası xəstədir, Gürcüstana gedəcəklər. Məndən onları aparmağı xahiş elədi. Mən də razılaşdım. Lakin Qazaxda sərhədi keçəndə bizi saxladılar. Maşında axtarış apardılar. Fikrət Əhmədova, Gülər Əhmədovaya dərman içməyə belə imkan vermədilər”.

R. Hüseynov deyib ki, S. Babayevanın Türkiyəyə gediş biletinin də o alıb: “Əvvəldən onunla tanışlığımız vardı. Məndən İstanbula elektron aviabilet almağı xahiş elədi, mən də onun istəyini yerinə yetirdim”.

Prosesdə şahidin ibtidai istintaqa verdiyi ifadə elan olunub. İfadədə R. Hüseynov S. Babayevaya bileti T. Əhmədovun göstərişi əsasında aldığını deyib. Ancaq şahid məhkəmədə bunu təsdiq etməyib.

Proses noyabrın 7-də davam etdiriləcək.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir. 

Prezidentin əvf etdiyi sabiq naziri həbsdə saxlayırlar

alt

Gürcüstan prezidenti Mixail Saakaşvillinin əfv etdiyi keçmiş müdafiə naziri Baço Axalaya hələ də həbsdən azad edilməyib. Bu barədə onun vəkili Georgi Oniani məlumat verib. 

Prezident Saakaşvili öz Facebook səhifəsində əfv etdiyi nazirlə bağlı fikirlərini bölüşüb. Prezident onun günahkar olmadığına inandığını bildirərək, sabiq nazirə qarşı ittiham irəli sürən prokurorluğu özünü gülünc vəziyyətdə qoymaqda günahlandırıb: “Mənim borcum bu saxta ittihamla bağlı əfv sərəncamı imzalamaqdır”. 

Millət vəkili QHT rəhbərinə “dinsiz” dedi

alt


“Hazır streotiplərlə hər mövzuya cavab verməyə çalışan insanların çoxusu mövzunun ağırlığını dini vəzifənin icrası motivinin üzərinə salaraq Həcc ziyarəti məsələsini ya təqdir, ya da tənqid edəcəklərdi. Halbuki, burada neft sahəsində Azərbaycanda ən dəyərli alimdən biri sayılan vicdanlı və ləyaqətli ziyalı Ramiz Qurbanovun bəhanə ilə işdən çıxarılması əsas motiv idi” deyə vurğulayıb.

F.Mustafa bildirb ki, Allahı, “Quran”ı, namazı, Həcc ziyarətini ciddiyə almaq və ya almamaq düşüncə və inanc məsələsidir:”Kimisə nəyəsə inandırmaq bizim vəzifəmiz deyil. Burada söhbət yalnız və yalnız insan haqları pozuntusundan gedir. Bir alimi universitetdən uzaqlaşdırmaq qərarını yalnız həmin universitetin Elmi Şurası verə bilər. Rektor keyfi istədiyi halda elm adamını universitetdən belə asanlıqla çıxara bilməz. İl yarım öncə həmin rektor dəyərli alimimiz Rafiq Əliyevi də əmrlə işdən çıxartmışdı. Hər halda Rafiq Əliyev Həcc ziyarətinə getmək üçün müraciət etməmişdi. Auditoriyada da siyasətdən və dindən danışmamışdı”.

Millət vəkilinin bu sözləri sosial şəbəkələrədə ciddi müzakirələrə yol açıb. Müzakirələrə qoşulan Əmək Hüquqları Liqasının rəhbəri Sahib Məmmədov “Mənim rektorun hərəkətlərinə qiymət vermək fikrim yoxdur. İşçi iki həftə işə gəlməyibsə, ona Əmək Məcəlləsinin 70 ç maddəsinin tətbiqinin nəyi məntiqsizdir?” deyə F.Mustafaya sual ünvanlayıb. Müzakirənin davamında millət vəkili S.Məmmədovu “dinsiz” adlandırıb: “Sizin kimi dinsizlərlə, dini yanlış görüntülərlə tanıdan dinçilər arasında əslində mühakimə eyniliyi var. Azərbaycan bütün hallarda dünyəvi dövlət olaraq qalacaq, sadəcə dövlətlə din arasında münasibət doğru tənzimlənməlidir. Bunun optimal yollarını isə biz kitablarla, məqalələrlə göstərməyə çalışırıq”.

Sahib Məmmədov isə “Mənə dinsiz deməklə Allah qarşısında günah işlətdiz. Dözümsüzlük, yad fikirin qəbul olunmaması - bax budur bizi gözləyən təhlükə. Siz cəmiyyətin ən qabaqda gedən insanlarından biri dərhal təhqirə keçirsizsə, onda görün nadanlardan hansı təhlükə var” deyə millət vəkilinə cavab verib.

Sabiq baş nazirin 7 milyon dollarlıq villası müsadirə edildi

altAmerika məhkəməsi Ukraynanın keçmiş baş naziri Pavel Lazarenkonun Kaliforniyadakı villasını müsadirə edib.


Dalgatv'nin  “Украинская правда”ya istinadən xəbərinə əsasən , qərar Kaliforniya ştatının şimal dairəsinin federal məhkəməsi tərəfindən çıxarılıb.

Məhkəmə qərarına əsasən keçmiş baş nazir bu villanı cinayət yolu ilə əldə edib. 9 min kv m ərazisi olan villanı sabiq baş nazir 1998-ci ildə alıb. 9 yataq otağı olan villaya 7 milyon dollar ödənilib. Bu villa Lazarenkoya qarşı çirkli pulların yuyulması ittiham ilə cinayət işinin başlamasına səbəb olub. Məhz həmin cinayət işi ilə əlaqədar Lazarenko 2006-cı ildə 8 il həbs cəzası alıb.

2012-ci ildə Lazarenko azadlığa çıxıb. Hazırda Lazarenko ölkəsində də həbs təhlükəsinin olduğunu bildirərək, Amerikada qalmasına imkan yaradılmasını tələb edir. Lazeronko ABŞ-a 1999-cu ildə saxta pasportla gedib.

O, siyasi sığınacaq istəsə də, əvəzində onu həbs ediblər. Lazarenko 280 milyon dollar çirkli pulun yuyulmasında ittiham edilir.

Süleyman Dəmirəl: «Bakıdan çox məmnun dönürəm»

alt

 

III Bakı Beynəlxalq Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəl bu gün Ankaraya dönüb.
Sabiq prezidenti Heydər Əliyev Beynəlxalq Aeroportudan Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri İsmail Alpər Coşğun, hərbi attaşesi Hasan Nevzat Taştelər və digər şəxslər yola salıblar.

Hava limanında jurnalistlərə açıqlama verən S. Dəmirəl səfəri müsbət qiymətləndirdiyini, Bakıda faydalı müzakirələr apardığını bildirib: «Qardaş Azərbaycan xalqına sevgilərimi izhar etmək istəyirəm. Azərbaycan prezidenti İlham Əliyev bizə böyük qonaqpərvərlik göstərdi. Görüşümüzdə iki ölkə arasında əlaqələrlə bağlı faydalı müzakirələr apardım. Ayrıca olaraq Beynəlxalq Humanitar Forumda dünya xalqlarına müraciət etdim. Çox məmnun dönürəm. Faydalı çalışmalarım oldu».

S. Dəmirəl qeyd edib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər gerçəkdən çox güclü və mükəmməldir: «Sabah daha da yaxşı olacaq. Biz bir-birimizi bir millət, iki dövlət olaraq görürük».

Sabiq prezident bildirib ki, hər iki ölkənin iqtisadiyyatı sürətlə böyüyür. İyirmi il əvvəl buğda almağa vəsaiti olmayan Azərbaycan bu gün Türkiyəyə 15 milyard ABŞ dollarından artıq sərmayə yatırır: «Neft kəməri, iki qaz xətti tikilib. Qars-Bakı dəmir yolu xətti çəkilir. Bunlar nə qədər gözəl işlərdir».

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov isə qeyd edib ki, Azərbaycan xalqı böyükdən kiçiyinə Süleyman Dəmirəli tanıyır və sevir. N. Məmmədov deyib ki, Azərbaycan-Türkiyə əlaqələrinin bugünkü yüksək səviyyəyə çatmasında S. Dəmirəlin böyük rolu olub.

Fotoqraflar Barak Obamadan şikayətçidir

alt

“Associated Press” Amerika prezidenti Barak Obamanı fotoqraflar üçün kifayət qədər şərait yaratmamaqda günahlandırıb.


Agentliyin fotoxidmətinin rəhbəri Santiyaqo Lion bu barədə bəyanatla çıxış edərək bildirib ki, indiyə qədər agentliyin fotoqrafları ancaq 2 dəfə prezidenti iş başında çəkə biliblər. Ağ Evdəki dəyirmi kabinetdə Barak Obamanın iş başında görüntüləndiyi hər iki foto prezidentliyin birinci dönəminə aiddir.

İnformasiya agentliklərinin fotoqrafları Ağ Evdə Obamanın digər liderlərlə görüşlərinə buraxılsa da, prezidenti iş başında görüntüləmək mümkün olmur. Barak Obamanın iş kabinetindəki şəkilləri ancaq xüsusi ayrılmış fotoqraflar tərəfindən çəkilərək mətbuata ötürülür.

Santiyaqo Lion bunu Barak Obamanın bəyanatları ilə ziddiyyət təşkil etdiyini bildirib. Onun sözlərinə görə, Obama özünün və administrasiyasının tamamilə şəffaf olacağını bildirsə də, bu sahədə digər Amerika prezidentlərindən geri qalıb.

Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

altAzərbaycan prezidenti İlham Əliyevə üçüncü dəfə prezident seçilməsi münasibəti ilə təbrik məktubları gəlməkdə davam edir.

APA-nın məlumatına görə, Yunanıstanın “Alexander” Daşıma Şirkətinin rəhbəri və icraçı direktoru İlias Arapidis, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayev, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri professor Zərifə Əlizadə, Ukrayna Ali Radasının deputatı İqor Molotok , “N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzi” Federal Dövlət Büdcə İdarəsinin direktor müavini, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyev, Türkiyənin Samanyolu Yayım Qrupunun sədri Hidayet Karaca, ABŞ-ın Tennesi ştatının Memfis Şəhər Şurasının sədri Mayron Loveri, ABŞ-ın Texas ştatı Nümayəndələr Palatasının üzvü Cim Pitts, ABŞ-ın Qərbi Virciniya ştatı parlamentinin Deputatlar Palatasının üzvü Ronald Volters, ABŞ-ın Tennesi ştatının Memfis şəhərinin meri A.C.Varton, ABŞ Konqresinin üzvü Pit Qalleqo prezident İlham Əliyevi üçüncü dəfə Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik ediblər.

Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

altAzərbaycan prezidenti İlham Əliyevə üçüncü dəfə prezident seçilməsi münasibəti ilə təbrik məktubları gəlməkdə davam edir.

APA-nın məlumatına görə, Yunanıstanın “Alexander” Daşıma Şirkətinin rəhbəri və icraçı direktoru İlias Arapidis, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayev, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri professor Zərifə Əlizadə, Ukrayna Ali Radasının deputatı İqor Molotok , “N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzi” Federal Dövlət Büdcə İdarəsinin direktor müavini, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyev, Türkiyənin Samanyolu Yayım Qrupunun sədri Hidayet Karaca, ABŞ-ın Tennesi ştatının Memfis Şəhər Şurasının sədri Mayron Loveri, ABŞ-ın Texas ştatı Nümayəndələr Palatasının üzvü Cim Pitts, ABŞ-ın Qərbi Virciniya ştatı parlamentinin Deputatlar Palatasının üzvü Ronald Volters, ABŞ-ın Tennesi ştatının Memfis şəhərinin meri A.C.Varton, ABŞ Konqresinin üzvü Pit Qalleqo prezident İlham Əliyevi üçüncü dəfə Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik ediblər.

Gürcüstanın yeni baş nazirinin adı açıqlanıb

alt

Bidzina İvanişvili bu vəzifəyə 31 yaşlı daxili işlər naziri İrakli Qaribaşvilinin namizədliyini irəli sürüb

 Bu gün Gürcüstanın baş naziri Bidzina İvanişvili parlamentin çoxluğu ilə məsləhətləşmələrdən sonra yeni baş nazir vəzifəsinə 31 yaşlı daxili işlər naziri İrakli Qaribaşvilinin namizədliyini irəli sürdüyünü bəyan edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, B.İvanişvili İ.Qaribaşvilinin bir il ərzində polisin fəaliyyəti sahəsində nümunəvi işlər gördüyünü və keçmiş hakimiyyət tərəfindən onun ailəsinə müxtəlif təzyiqlər olunduğunu bildirib. “O, bütün bu dəhşətləri görərək mənimlə bir sırada dayandı və ləyaqətli nazir oldu. Düşünürəm ki, İrakli Qaribaşvili öz vəzifəsinin öhdəsindən ləyaqətlə gələn baş nazir olacaq”.

B.İvanişvili qeyd edib ki, İ.Qaribaşvili ölkədə Avropa tipli polis yaradıb və bu, gündəlik həyata keçirilən müsbət işlərin nəticəsidir: “Bu işlərin yekununda isə biz ləyaqətli baş nazir və prezident qazandıq. Xalqıma verdiyim vədlər yerinə yetirilib. Mən ləyaqətli varis qoyub gedirəm və gələcək inkişafa inanıram”.

Jurnalistlər qarşısında çıxış edən İ.Qaribaşvili B.İvanişvilinin yolunu davam etdirəcəyini və xalqın hökumət qarşısında qoyduğu məqsədlərə çatmaq naminə Gürcüstanın inkişafı üçün hər şey edəcəyini bildirib: “Mən xalqa vəd edirəm ki, Bidzina İvanişvili tərəfindən elan olunan məqsəd və prinsiplərə etibarlı olacağam və ölkənin inkişafına çalışacağam”.

Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili İrakli Qaribaşvilinin cəmiyyətin görkəmli və ləyaqətli üzvü olduğunu bildirib: “Bizi şox yaxşı münasibətlər birləşdirir. Mən çox şadam ki, mənim İrakli ilə həmkarcasına münasibətlərim olacaq”.

Gürcüstan parlamentinin sədri David Usupaşvili İ.Qaribaşvili haqqında düşüncələrini bildirib: “Mən fəxr edirəm ki, “Gürcü Arzusu” koalisiyası verdiyi vədləri yerinə yetirib. İlk gündən İrakli Qaribaşvili komandamızın güvəndiyi adamlardan olub”.

Gürcüstanın müdafiə naziri İrakli Alasaniya isə Gürcüstan hakimiyyətinin başında layiqli və təmiz ürəkli bir insanın dayanacağını bildirib: “Mən çox şadam ki, komandamızdan baş nazir vəzifəsinə layiqli, şərəfli və enerjili insan seçilib. Biz hamımız onunla yanaşı duracağıq”.

Makedoniya və İndoneziya prezidentləri Azərbaycan prezidentini təbrik ediblər

Makedoniya prezidenti George İvanov Azərbaycan prezidenti İlham Əliyevi yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib. APA-nın xəbərinə görə, təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə Makedoniya Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ali dövləti vəzifənizdə ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, qarşıdakı illərdə əlaqələrimiz dostluq və əməkdaşlıq ruhunda davam edəcək”.

İndoneziya prezidenti Susilo Bambanq Yudhoyono da Azərbaycan prezidentini təbrik edib. Təbrikdə bildirilir: “Azərbaycan Respublikasının prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi İndoneziya Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Sizin yeni prezidentlik dövrünüzdə uzun illər boyu ölkələrimizin malik olduğu konstruktiv əməkdaşlıq davam etdiriləcək. Qarşılıqlı əməkdaşlığımızın potensialı böyükdür. Bununla əlaqədar, mən Sizinlə əməkdaşlığın digər istiqamətlərində, xüsusilə enerji, ticarət və sərmayə qoyuluşu sahələrində çalışmağa ümid edirəm”.

İlham Əliyev Süleyman Dəmirəllə nahar etdi

alt

Prezidenti İlham Əliyev və Süleyman Dəmirəl birgə nahar edib. 

Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Süleyman Dəmirəl birgə nahar edib. 

Qeyd edək ki, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl Azərbaycanda səfərə gəlib.

Saytda Axtarış

Son xəbərlər