Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1718
DünənDünən3053
Bu həftəBu həftə4771
Bu ayBu ay99739
Bu günə qədərBu günə qədər8461370

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

İlham Əliyev Türkiyəyə rəsmi səfər edib

alt

Prezident İlham Əliyev noyabrın 11-də Türkiyəyə rəsmi səfərə yola düşüb.

Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıb.

“Dağlıq Qarabağla bağlı mövqeyimiz dəyişməyib“- Rusiya XİN

alt

“Rusiya Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həll olunmasına sadiqdir. Rəsmi Moskvanın münaqişənin həlli istiqamətində mövqeyi dəyişməyib və bu prinsipial mövqedir. Rusiya XİN rəhbərliyi və ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatlarında bu mövqe dəfələrlə əksini tapıb. Rusiya, ABŞ və Fransa prezidentlərinin bu ilin iyunun 18-də Lox Erntdə qəbul etdikləri bəyanatı da xatırlamaq olar. Bəyanatda qeyd edilir ki, hərbi əməliyyatların başlanması region əhalisi üçün katastrofik nəticələrə səbəb ola bilər”.

Bu açıqlama Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentindən APA-nın Moskva müxbirinə Ermənistandakı Rusiya hərbi bazasının komandanı, polkovnik Andrey Ruzinskinin Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Krasnaya zvezda” qəzetinə müsahibəsində “Azərbaycan Dağlıq Qarabağda əməliyyata başlasa, hərbi baza münaqişəyə qoşula bilər” bəyanatına münasibət bildirilərkən verilib.

Departamentdən oktyabrın 31-də anti-Azərbaycan bəyanatlarının səsləndiyi Prezident Administrasiyanın İşlər İdarəsinin balansında olan “Prezident” hoteldə keçirilən “Gülüstan” sülh müqaviləsinin 200 illiyinə həsr olunan beynəlxalq konfransa da münasibət bildirilib. Qeyd olunub ki, oktyabrın 31-də Moskvada baş tutan tədbir ictimai təşkilat tərəfindən keçirilib: “Bu tədbir MDB ölkələri İnstitutu və Rusiya Erməniləri İttifaqı tərəfindən təşkil olunub. Bunların heç bir dövlət təşkilatı deyil, ictimai təşkilatdır. O ki qaldı konfransda səslənən fikirlərə, bildirmək istəyirik ki, həmin fikirlər konfransda iştirak edənlərin şəxsi fikirləridir və biz onların fikirlərini bölüşmürük. Fikrimizcə, həmin konfransda çıxış edənlərin baxışları Azərbaycana çoxdan məlumdur. Burada elə bir yeni informasiya yoxdur. Bu, qeyri-rəsmi ictimai təşkilatın tədbiri olub. Orda deyilənlərin də heç biri rəsmi mövqe deyil”.

Qeyd edək ki, oktyabrın 31-də “Prezident” hoteldə MDB ölkələri İnstitutu və Rusiya Erməniləri İttifaqı tərəfindən “Gülüstan” sülh müqaviləsinin 200 illiyinə həsr olunan konfrans keçirilib. Konfrans zamanı MDB Ölkələri İnstitutunun direktoru, Rusiya Dövlət Dumasının keçmiş deputatı, ermənipərəst Konstantin Zatulin Azərbaycan əleyhinə bəyanatlar səsləndirərək, konfransa qatılan erməni separatçılarının nümayəndələrini “Dağlıq Qarabağ Respublikası”nın rəsmi nümayəndələri kimi təqdim edib. Qondarma “DQR”-in nümayəndələri isə çıxışlarında Azərbaycanı terrorçu dövlət adlandırıblar.

Konfransa çıxış edən bütün ermənilər saxta erməni tarixindən danışaraq Azərbaycana qarşı yalan və iftira dolu bəyanatlar səsləndiriblər. Konfransa qatılan ermənipərəst rusiyalı politoloq və tarixçilər də onlarla həmrəylik nümayiş etdiriblər. 

İlham Əliyev: “Uşaqların sağlamlığı əsas prioritetlərdəndir“

alt

Azərbaycan Respublikasında aparılan dövlət siyasəti nəticəsində uşaq hüquqlarının bütün sahələrinin, o cümlədən urbanizasiyadan irəli gələn problemlərin həlli üçün əlverişli mühit formalaşdırılıb və bu istiqamətdə konkret proqramlar, layihələr həyata keçirilir. 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İSESCO-ya üzv olan ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin 4-cü konfransının iştirakçılarına ünvanladığı məktubda deyib. Məktubu Baş nazirin müavini Əli Əhmədov oxuyub.

Məktubda qeyd edilib: "Hörmətli konfrans iştirakçıları! Sizin hamınızı səmimi qəlbdən salamlayır, hər birinizə uzun ömür, cansağlığı və konfransın işinə uğurlar arzulayıram. Ümidvaram ki, Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən bu konfrans İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatına üzv ölkələr arasında qarşılıqlı faydalı münasibətlərin dərinləşməsinə, səmərəli əməkdaşlığın güclənməsinə öz müsbət təsirini göstərəcək və islam dünyasında uşaqlar və urbanizasiya problemlərinin həllinə layiqli töhfəsini verəcək".

Azərbaycan Prezidenti bildirib ki, qloballaşma dövründə böyük sosial vüsət alan urbanizasiya hər bir ölkədə yaranmış çox saylı problemlərin həllini tələb edir: 

"Azərbaycanda regionların inkişafı ilə əlaqədar reallaşan dövlət proqramlarında şəhərlərin infrastukturu, ekoloji mühiti və müvafiq sosial təchizatları əhalinin bütün təbəqələrinin, o cümlədən uşaqların ehtiyaclarını nəzərə almaqla qurulur. Bu sahədə görülən işlər, şübhəsiz ki, gələcəkdə də davam etdiriləcək. Uşaqların sağlamlığı, təhsili ilə bağlı hüquqların təmin olunması müasir dövrdə demokratik cəmiyyətin inkişafının əsas prioritetlərindəndir".

Dövlət başçısı təbrik məktubunda qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında islam ölkələrinin tutduğu mövqe və Azərbaycanın ərazi bütövlüyünün qorunmasına dair qəbul etdiyi müvafiq qərarlar ölkəmizdə yüksək qiymətləndirilir: "Bu münaqişə nəticəsində doğma yurdlarından məhrum olub, qaçqın və məcburi köşkün həyatı yaşamaq məcburiyyətində qalmış bir milyon soydaşımızın əsas hüquqlarının bərpası həm də onların uşaqlarının hüquqlarının təmin olunması deməkdir. Sözsüz ki, bu sahədə birgə səylərimiz son nəticədə öz bəhrəsini verəcək".

İlham Əliyev vurğulayıb ki, dayanıqlı inkişafın strategiyası uşaq
hüquqları və uurbanizasiya məsələlərinin həlli üçün müxtəlif
beynəlxalq qurumların, o cümlədən İSESCO-nun fəaliyyətinin daha da gücləndirilməsini tələb edir: "Əminəm ki, konfrans bütün bu məsələlərə diqqət yetirəcək, geniş müzakirələr aparacaq və onların həllinə yönəlmiş məqsədyönlü tədbirlərin həyata keçirilməsi yolunda mühüm addımlar atacaq".

Azərbaycan nümayəndə heyəti Hyuston meri ilə görüşüb

altAzərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Azərbaycan Dövlət Neft Şirkətinin Texas ştatında səfərdə olan nümayəndə heyəti, habelə Hyuston şəhərindəki azərbaycanlı icmasının nümayəndələri Hyuston şəhərinin meri xanım Annis Parkerlə görüşüb.

Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə E. Süleymanov A. Parkeri yenidən şəhərin meri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, şəhərin azərbaycanlı icmasına göstərdiyi diqqətə görə təşəkkürünü çatdırıb. Səfir son illərdə Hyustondakı azərbaycanlı icmasının nəzərəçarpacaq dərəcədə fəallaşdığını və bu şəhərin Azərbaycan mədəniyyətinin ABŞ-dakı əsas mərkəzinə çevrildiyini qeyd edib. E. Süleymanov Azərbaycanın Dövlət Bayrağı Gününün ABŞ-da ən təntənəli şəkildə məhz Hyuston şəhərində keçirilməsinin simvolik məna daşıdığını deyib.

Görüşdə iştirak edən ARDNŞ-nin vitse-prezidenti Xaliq Məmmədov xanım A. Parkerə 1976-cı ildən qardaşlaşmış şəhərlər olan Bakı və Hyuston arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə öz təşəkkürünü ifadə edib.

A. Parker Bakı və Hyuston arasındakı sıx münasibətlərlə bağlı öz məmnuniyyətini çatdırıb və nümayəndə heyətinə Hyustona şəhərinə göstərdikləri davamlı marağa görə minnətdarlığını çatdırıb. Mer şəhərin azərbaycanlı icmasının şəhərin ictimai-mədəni həyatında fəal iştirakını təqdir etdiyini deyib, görüşdə iştirak edən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundovaya təşəkkürünü ifadə edib.

Görüş zamanı Hyuston və Bakı şəhərləri arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb və qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Türkiyənin baş naziri ilə müavini arasında fikir ayrılığı yaranıb

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla baş nazirin müavini, hökumət sözçüsü Bülənd Arınc arasında fikir ayrılığı yaranıb.

APA-nın verdiyi məlumata görə, Bülənd Arınc bu gün “TRT Türk” kanalına müsahibəsində tələbə yataqxanaları ilə bağlı Rəcəb Tayyib Ərdoğanın və onun söylədikləri arasında təzad olduğunu bəyan edib.

Bülənd Arınc deyib ki, baş nazirə bir dost və qardaş kimi səslənir: “12 saat belə keçmədən bizim söylədiklərimiz arasında ziddiyyət üzə çıxdı. Biz mübarizə dostlarıyıq, qədərimiz birdir. Bəzən mübahisə etdiyimiz günlər də olur. Parlamentin sədri olmuş, demokratiya yolunda aləmi, syiasi həyatımı fəda etmiş bir insanam, vəzifə hərisi deyiləm. O gün mənə bir sual verildi, mən də Nazirlər Kabinetinin iclasında nə eşitmişdimsə, onu da söylədim. Ancaq baş nazirin “yataqxanalarda qız və oğlan tələbələrin birgə qalmaması ilə bağlı qanuna düzəliş edərik” deməsi, bir valinin də bunu dəstəklədiyini bəyan etməsi düzgün bir davranış deyil. Baş nazir partiyanın qrup toplantısında dedi ki, gənc qız və oğlanların bir yerdə qalması yanlışdır. Bu sözlər mənim söylədiklərimlə ziddiyyət təşkil etdi. Bir daha deyirəm ki, baş nazirdən bu ziddiyyəti aradan qaldırmağı gözləyirəm”.

İlham Əliyev təbrik məktubu göndərdi

alt

Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Kralı Əlahəzrət Norodom Siamoniyə təbrik məktubu göndərib. 


Təbrikdə deyilir:

Əlahəzrət, ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kamboca arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcək.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamboca xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev

C. Kerri İran xarici işlər naziri Cavad Zəriflə görüşəcək

alt

ABŞ dövlət katibi Con Kerri İranın nüvə problemi üzrə “altılıq” və İran arasındakı danışıqlara qatılmaq üçün Cenevrəyə gedib.

Artıq Fransa, Almaniya, Britaniya xarici işlər nazirləri Loran Fabius, Gido Vestervelle, Uilyam Heyq, eləcə də Avropa Birliyinin xarici işlər və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton Cenevrədədir.

C. Kerri İran xarici işlər naziri Cavad Zəriflə ikitərəfli görüş keçirmək fikrindədir.

Qeyd edək ki, “altılıq” ölkələri ilə İran arasında ekspertlər səviyyəsində danışıqlar BMT-nin Cenevrədəki Millətlər Sarayında keçirilir. İran tərəfini xarici işlər nazirinin müavini Abbas Əraqçı təmsil edir. 

Əli Abbasov Macarıstana səfər edəcək

alt

Macarıstanda informasiya texnologiyaları sahəsinə cavabdeh milli inkişaf naziri xanım Zuza Nemesin dəvəti ilə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Budapeştə (Macarıstan) səfər edəcək. 

Səfər noyabrın 8-9-də baş tutacaq.

Məlumata görə, səfər çərçivəsində 2013-cü ilin may ayında bu ölkədə qurulan Avropa Birliyinin (AB) elm, texnologiya, rabitə, kibertəhlükəsizlik və digər sahələrdə məlumat bazalarını özündə mərkəzləşdirən Data Mərkəzin fəaliyyəti ilə yaxından tanışlıq, eyni zamanda belə bir mərkəzin Azərbaycanda yaradılması məqsədilə aparılan danışıqların davam etdirilməsi nəzərdə tutulur.

Səfərdə həmçinin sözügedən ölkənin aparıcı İKT şirkətlərinin rəhbərləri ilə görüşlərin keçirilməsi planlaşdırılır.

ABŞ UNESCO-da səs hüququnu itirdi

alt

ABŞ son iki ildə UNESCO-ya maliyyə ayırmaqdan imtina etdiyi üçün təşkilatda səs hüququnu itirib.

ABŞ bundan sonra UNECSO-da qərarların qəbulunda iştirak edə bilməyəcək. Vaşinqton bu hüququ özünə qaytarmaq istəsə, bir neçə yüz milyon dollar ödəməli olacaq. 

Xatırladaq ki, ABŞ 2011-ci ildə Fələstinin UNESCO-ya qəbul olunmasına etiraz əlaməti olaraq təşkilata üzvlük haqqı ödəməkdən imtina edib. Kanada və İsrail də eyni addımı atıblar. ABŞ-ın ianələri UNESCO büdcəsinin 22%-ni təşkil edir. Bu səbəblə təşkilat ABŞ-ın təşəbbüsü ilə həyata keçirilən bəzi proqramların icrasını məhdudlaşdırıb. 

Erməni vitse-spiker: “Dağlıq Qarabağ vətənimizin bir parçasıdır”

alt

“Ermənilər Dağlıq Qarabağda yaşayıblar, yaşayırlar və yaşayacaqlar. Çünki Dağlıq Qarabağ bizim vətənimizin bir parçasıdır”.

Bunu Ermənistan parlamentinin vitse-spikeri, hakim Respublika Partiyasının Eduard Şarmazanov deyib.

Ermənistan-Türkiyə münasibətlərinə toxunan E.Şarmazanov qeyd edib ki, bu məsələdə qəbuledilməz məqamlar var: “Ermənistan-Türkiyə münasibətlərini Dağlıq Qarabağ nizamlaması ilə əlaqələndirmək qəbuledilməzdir”.

Türkiyə Ermənistanla sərhədin açılması şərtini açıqladı

alt

«Bizim tələbimiz Qarabağın azad edilməsidir» 


Türkiyə Ermənistanla sərhədin açılması üçün İrəvan qarşısında şərtini açıqlayıb. 

Sərhədlərin açılması qarşılığında Türkiyə Ermənistandan Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını tələb edir. Trend-in verdiyi məlumuta görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkə parlamentinin Xarici Əlaqələr Komissiyasında millət vəkilləri qarşısında bildirib.

Davudoğlu İğdırı təmsil edən millət vəkili Sinan Oğanın Ermənistanla sərhədin açılması ilə bağlı sualına cavab olaraq bildirib: 

«Bizim tələbimiz Qarabağın azad edilməsidir. Bununla bağlı irəliləyiş gözləyirik.» - sitatın sonu. Əhməd Davudoğlunun sözlərinə görə, yalnız Azərbaycan torpaqlarının azad olunmasından sonra Türkiyə-Ermənistan əlaqələrinin normallaşması ilə bağlı müzəkilərər aparıla bilər.

Obama İlham Əliyevi təbrik etdi

alt

ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident!

Üçüncü müddətə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizə ən xoş arzularımı yetirirəm. Strateji tərəfdaşlığımız üzrə önəmli məsələlərə dair müzakirələrimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. İyirmi ildən artıq davam edən ikitərəfli əlaqələrimiz regional sabitliyə mühüm töhfələr vermişdir. Biz bu müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi və sosial tərəqqini alqışlayır və tərəfdaşlığımızın gücləndirilməsinə, eləcə də ortaq çağırışlar üzrə əməkdaşlığımızın dərinləşdirilməsinə sadiq qalırıq.

Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası bir sıra məsələlər üzrə həm ikitərəfli şəkildə, həm də son zamanlarda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında yaxından əməkdaşlıq edir. Biz, Əfqanıstanda tərəfdaşlığınızı və terrorizmlə mübarizə sahəsində birgə əməkdaşlığımızı dəyərləndiririk. Biz, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə nizamlanmasına nail olmaq məqsədilə tarixi fürsətdən yararlanmaq üçün Sizinlə əməkdaşlıq etməyə hazırıq və bu ayın sonlarında keçiriləcək görüş ilə bağlı Sizin və Prezident Sarqsyanın qərarını alqışlayırıq. Biz, Cənub Enerji Dəhlizinin inkişafının dəstəklənməsi, iqtisadiyyatın şaxələndirilməsi, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə təkan verəcək islahatların davam etdirilməsinə sadiq qalırıq.

Əməkdaşlıq və tərəfdaşlığımızın tam potensialına nail olmaq məqsədilə Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafının təmin edilməsində çox vacib olan demokratik proseslərin ölkəniz tərəfindən gücləndiriləcəyinə ümidvarıq. Seçkidən sonra qeyd etdiyimiz kimi, biz, Azərbaycanı birləşmə, toplaşma və ifadə kimi ümumi azadlıqlara hörməti artırmağa, siyasi plüralizm və məhkəmə müstəqilliyini təşviq etməyə, habelə seçki sistemini gücləndirməyə dəvət edirik. Azərbaycanla tərəfdaşlığımız sözügedən səylər sayəsində daha da möhkəmlənməyə davam edəcək.

Sıx əməkdaşlığımızın davam etdirilməsini səbirsizliklə gözləyir, müstəqilliyinizin bərpasının iyirmi ikinci ildönümündə Sizə və Azərbaycan xalqına sülh və uğurlar diləyirəm”. 

Saytda Axtarış

Son xəbərlər