Tbilisi Moskva arasında üç ildən sonra ilk dəfə birbaşa reys təyin olunub

“Gürcüstan Hava Yolları” aviaşirkəti yanvarın 28-də saat 10:00-da Tbilisi-Moskva-Tbilisi istiqaməti üzrə aviareys təyin edib.

Bu barədə şirkət facebook səhifəsində məlumat yayıb.

“Gürcüstan Hava Yolları” şirkəti birbaşa reysin yalnız 28 yanvar tarixində olacağını, daha sonra davamlı reyslərin isə Tbilisi-Yerevan-Moskva istiqamətində olacağını bildirib.

Baş nazirin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze isə Rusiyaya birbaşa reyslərin rəsmi olaraq bərpa olunmadığını bildirib. O, reysin niyə təyin edildiyinə dair heç bir məlumatı olmadığını deyib.

Xatırladaq ki, Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar 2019-cu ilin iyulundan dayandırılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey