20 Yanvar faciəsində şəhid olan Gürcüstan azərbaycanlıları
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi.
24News.ge xəbər verir ki, həmin faciədə Şəhidlik zirvəsinə yüksələnlər arasında 6 nəfər Gürcüstan azərbaycanlısı da var.
Onlar Gürcüstanın azərbaycanlılar yaşayan aşağıdakı rayonlarındandır:
● Mursaqulov İsmayıl Həsən oğlu – Marneuli rayonu Qızılhacılı kəndi;
● İsmayılov Rəşid İslam oğlu – Qardabani rayonu Ağtəhlə kəndi;
● Əhmədov İlqar Hümbət oğlu – Bolnisi rayonu Faxralı kəndi;
● Qayıbov Ələsgər Yusif oğlu – Saqareco rayonu Yormuğanlı kəndi;
● Eminov Vəfadar Osman oğlu – Marneuli rayonu Kirəc-Muğanlı kəndi;
● Turabov Tengiz Məmməd oğlu – Bolnisi rayonu Kəpənəkçi kəndi;
Faciədə Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizi böyük fəxr və qürur hissilə yad edirik.