Pensiyanerlərə daha bir şad xəbər – Gürcüstanda pensiyalar hər il artacaq – Açıqlama
“İqtidar yaxın gələcəkdə parlamentə yeni təşəbbüs təqdim edəcək, həmin təşəbbüsə əsasən, pensiyaların hər il stabil şəkildə artması təmin olunacaq”.
24News.ge xəbər verir ki, bu sözləri pensiyaların indeksasiyası təşəbbüsü ilə bağlı açıqlama verən Maliyyə Naziri İvane Maçavariani deyib.
Onun sözlərinə görə, bu mövzu illərdir gündəmdə olsada həyata keçirilməyib.
“2020-ci ilin yanvar ayından pensiyalar artdı, həmçinin iyulun birindən 70 yaşı keçən şəxslər üçün pensiya yenə 30 lari ilə artacaq. Büdcəmizin çətin vəziyyətdə olmasına rəğmən, biz söz verdiyimiz təşəbbüsü yerinə yetirməyi vacib və aktual hesab etdik. Bununla yanaşı, gələcəkdə pensiyaların artması qaydaları haqqında da müzakirə aparılır” – deyə Maliyyə Naziri bildirib.
Maliyyə Nazirinin dediyinə görə, pensiyaların hansı məbləğlə artması inflyasiya və iqtisadi artım göstəricilərindən asılı olacaq. Söhbət ən az 20-25 laridən gedir.
“Gürcüstan tarixində pensiyalar 20 laridən artıq məbləğlı ilk dəfə artır. Elə illər olub ki, pensiya 20 lari ilə artıb, yada heç artmayıb. Biz isə, cari ildə, 70 yaşdan yuxarı olan pensionerlərin pensiyasını 25-30 lari ilə artıracağıq və bu stabil şəkildə davam edəcək” – deyə nazir bildirib.