Tbilisidə metro və sərnişin avtobuslarının işləməsi qadağan olunur
Tbilisi Metropoliteninin fəaliyyəti müvəqqəti dayandırılır.
Bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria brifinqdə bildirib.
O deyib ki, həm şəhərdaxili, həm də şəhərlərarası istənilən növ ictimai nəqliyyatın fəaliyyəti qadağan olunur: “Taksilər də daxil olmaqla yalnız minik avtomobillərinin hərəkətinə icazə verilir. Bu nəqliyyat vasitələrində arxa oturacaqda iki nəfər əyləşməklə yalnız üç nəfər ola bilər”.
Qeyd edək ki, Gürcüstanda sabah saat 08:00-dan ümumi karantin rejimi qüvvəyə minəcək.