Gürcüstanda koronaviruslu şəxs səhvən xəstəxanadan buraxıldı

Gürcüstanda koronaviruslu iranlı səhvən xəstəxanadan buraxılıb.

Belə ki, Gürcüstanda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən İran vətəndaşına karantindən buraxıldığı deyilib.

O, xəstəxananın qarşısında jurnalistlərə və fotoqraflara Gürcüstan hökumətinə və xəstəxana heyətinə təşəkkür ünvanladığı məktubunu oxuyub. Bu zaman tibb işçiləri onun qollarından tutaraq, yenidən xəstəxanaya qaytarıblar.

Məlum olub ki, xəstəxanada onun nəticələri səhv salınıb.

O.Skabeyeva buna görə hazırda həmin jurnalistlərin, fotoqrafların və onlarla ünsiyyətdə olan onlarla insanın təhlükəli vəziyyətdə olduğunu bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey