Prezident Ərdoğan: İstanbulda baş vermiş zəlzələ ilə bağlı narahatlığa əsas yoxdur

Bu gün İstanbulda baş vermiş zəlzələ ilə bağlı hazırda narahatlıq doğuracaq hər hansı bir vəziyyət müşahidə olunmur. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Dövlət başçısının sözlərinə görə, Türkiyə Daxili İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD), Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları fövqəladə rejimdə fəaliyyətlərini davam etdirir.

“Hal-hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Proses tərəfimizdən yaxından izlənilir. Dövlət qurumları fövqəladə hallara tam hazır vəziyyətdədir. Məsul şəxslərdən zəlzələ ilə bağlı ən son məlumatları almışam. Hazırda narahatlıq doğuracaq bir vəziyyət yoxdur”, – deyə Prezident Ərdoğan vurğulayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey