Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün907
DünənDünən957
Bu həftəBu həftə10108
Bu ayBu ay47846
Bu günə qədərBu günə qədər7475180

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Rusiyada hərbi zavodda partlayış: ölənlər var

Rusiyanın Nijeqorod vilayətində yerləşən Y.M.Sverdlov adına nəhəng müdafiə zavodunda partlayış baş verib. Hadisə zamanı üç nəfər ölüb, üç nəfər yaralanıb, daha üç nəfərin taleyi isə naməlum olaraq qalır.

Bununla bağlı "RİA Novosti" agentliyi regionun fövqəladə hallar idarəsinin nümayəndəsinə istinadla məlumat yayıb. 

"Hadisə nəticəsində üç nəfər ölüb, üç nəfər isə yaralanıb. Daha üç nəfərlə bağlı məlumat yoxdur. Güman olunur ki, onlar dağıntılar altında qalıb", - o deyib. 

Partlayışdan sonra başlayan yanğın artıq 100 kvadrat metr ərazini əhatə edib. Hadisə yerində yanğınsöndürən və xilasetmə briqadaları cəlb edilib. 

İnsident ammonal istehsal edən sexdə baş verib. 

Almaniyada çaxnaşma — Hitlerin davamçıları aksiya keçirir

 

Almaniyanın şərqindəki Xemnitz şəhərində bir almanın öldürülməsindən sonra irqçi nümayişlər başlayıb.

İfrat sağ görüşlü qruplarla qarşı tərəf arasında toqquşma olub.

Bazar günü bir almanın küçə davasında bıçaqlanaraq öldürülməsindən sonra irqçi nümayişlər start götürüb. Belə ki, küçə festivalında bir alman öldürülüb, ikisi isə yaralanıb. Davanın səbəbi bilinmir.

Hadisədən sonra 23 yaşlı bir suriyalı ilə 22 yaşlı iraqlı saxlanılıb. Sosial mətbuatda davanın səbəbi kimi bir qadının zorlanması yazılır. Polis isə iddiaları rədd edir. Bazar günü 100 nəfərlik etiraz aksiyası keçirilib. Sonra isə 800 nəfərlik qrup Karl Marksın heykəli qarşısına yığışıb.

Bəzi aksiya iştirakçıları qeyri-almanlara əllərindəki şüşələri atıblar. İslam və xaricilərə qarşı çıxış edən "Pegida" hərəkatı isə dünən günorta saatlarında aksiya keçirib.

İfrat sağ görüşlü millət vəkili Markus Frohnmayer də Tvitter hesabında məsələ ilə bağlı yazıb:

"Əgər dövlət vətəndaşını qorumursa, insanlar küçələrə çıxıb özlərini qoruyar. Bu qədər sadə".

 

 

ABŞ-da Azadlıq heykəlinin yaxınlığında partlayış: minlərlə insan təxliyyə edildi

ABŞ-da Azadlıq heykəlinin yaxınlığında partlayış baş verib. 

Buna görə Liberti adasından 3 mindən çox adam təxliyyə olunub. 

Hadisəyə səbəb heykəl yaxınlığındakı qaz balonlarının partlaması olub. 

İlkin ehtimala görə, partlayış tikinti işləri aparan şəxslərin təhlükəsizlik qaydalarını pozmaları nəticəsində baş verib. Fəhlələrdən biri yanıq xəsarətləri alıb. 

Rusiyada dəhşətli yanğın

Rusiyanın Korolyov şəhərində baş verən yanğın artıq 8 saatdır ki, davam edir.

Yanğın lokallaşdırılıb, lakin FHN-dən bəzi ocaqlarda yanğının davam etdiyi bildirilir. 

Xilasedicilərin sözlərinə görə, bu, küləyə görə baş verir. İlkin ehtimallara əsasən, yanğına səbəb odla ehtiyatsız hərəkət olub.

Yeddi mərtəbəli binadakı yanğının söndürülməsinə ümumilikdə 122 nəfər və 33 müxtəlif texnika növü, o cümlədən helikopter də cəlb olunub.

 

Binada 210 sakin yaşayır. Hadisə zamanı xəsarət alan olmayıb.

İranda güclü zəlzələ: Ölənlər var

İranın İraqla sərhədi yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib.

 ABŞ Geoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Kirmanşah şəhərindən 87,8 km aralıda qeydə alınıb.

Zəlzələ nəticəsində iki nəfər ölüb, 232 nəfər xəsarət alıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. 

Al-Sumaria telekanalının məlumatına əsasən, yeraltı təkanları hətta Bağdad sakinləri də hiss ediblər.

Peruda 7,1 bal gücündə zəlzələ oldu

Peruda 7,1 bal gücündə zəlzələ baş verib. Bununla bağlı ABŞ Geoloji Xidməti məlumat yayıb. 

Yeraltı təkanlar yerli vaxtla 09:04-də qeydə alınıb.

Zəlzələnin episentri İberiya bölgəsindən 138 kilometr aralıda, yerin 609,5 kilometr dərinliyində yerləşib. 

Dağıntı və tələfatla bağlı hələlik heç bir məlumat yoxdur.

Nənəsinin qarajından yarım milyonluq avtomobil tapdı

ABŞ-da yaşayan bir tələbə nənəsinin istifadə edilməyən qarajından sərvət tapıb.

Gənc 1980-ci ildən qalma iki ədəd lüks idman avtomobili tapıb. Avtomobillərin qiyməti 430 min dollardır.

Eriegin adlı gənc evin heç istifadə edilməyən qarajına girib və ətrafına baxıb. Əvvəlcə o, qırmızı rəngli idman avtomobili görüb. Bir çox qutu və zibilin arasında maşına baxan gənc qapının yanında da üstü örtülü bir maşın tapıb. Maşının üstündəki parçanı qaldıran Eriegin 1981-ci il istehsalı olan "Lamborghini Countach" maşını ilə qarşılaşıb. Digər avtomobil isə "Ferrari 308" modelidir.

Gəncin babası 1989-cu ildə kirayə avtomobil şirkəti qurmaq üçün maşınları alıb. Amma sonra sığorta xərci çox olduğu üçün işdən imtina edib. Maşınları isə satmaq əvəzinə qaraja salıb.

Tarixin ayaq izləri: Dünyanın ən kədərli abidəsi - FOTO

II Dünya Müharibəsinin macar xalqına qalan "yadigarları" Macarıstanın paytaxtı Budapeştdə yerləşən Parlament binasının qarşısında, Tuna çayının sahili boyunca düzülmüş dəmir ayaqqabılardır.

1944-cü ilin oktyabr ayında Hitler tərəfindən devrilən Macarıstan hökumətinin lideri Miklos Horti Ferençin kreslosunda Szalasi əyləşib. 

Hitlerin ideologiyasını dəstəkləyən Szalasi yəhudiləri vəhşi metodlarla öldürməyə başlayıb.

Təxminən, 80 min yəhudi Macarıstandan Avstriya sərhədinə qovulub. 20 min yəhudi isə Szalasi hökuməti tərəfindən Tuna çayı sahilində vəhşicəsinə qətlə yetirilib. Qurbanlardan silah gücü ilə ayaqqabılarını çıxarmaları və çaya atılmaları tələb edilib. Çaya atlayan qurbanlar güllələnərək qətlə yetirilib.

Bu unudulmaz qətliam uzun illər Macarıstanda yaşayan məşhur rejissor Can Toqay və heykəltəraş Qyula Pauer tərəfindən ölümsüzləşdirilib. 

Layihənin sahibi Can Toqay insanlıq dramına diqqət çəkmək üçün həmin günlərdən yadigar qalan xatirələri dəmir ayaqqabılar ilə ölümsüz etmək istəyib. Tuna çayı boyunca uzanan bu ayaqqabı muzeyində indi 60 cüt ayaqqabı var.

Bu abidə o dövrdə insanların şəxsiyyətinin özəlliklərindən də detallar daşıyır. Öldülürən insanların peşəsi, şəxsiyyəti və cinsiyyəti nəzərə alınmadan necə bir dəhşətli niyyətin qurbanı olduqları bu əsərlə göz önünə sərilir – bir kişinin çəkməsi, bir qadının hündürdaban ayaqqabıları və uşaq ayaqqabıları...

Budapeştdəki abidənin düzəldilməsindən sonra Avropada həyata keçirilən yəhudi qətliamları xatırlanmağa başlanıb

 

"Ən böyük arzum Qarabağda qurban kəsməkdir" — AKP rəsmisindən AÇIQLAMA

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq deputatı, hakim "Ədalət və İnkişaf" partiyasının (AKP) komissiya sədri Mustafa Kabaqçı müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

AKP rəsmisi açıqlamasında Türkiyə və Azərbaycana eyni gözlə baxdığını söyləyib. 

O, Azərbaycan Prezidentinə və xalqına firavanlıq arzu etdiyini deyib.

M.Kabaqçı bildirib ki, Azərbaycan və Türkiyə əkiz qardaşlardır:

"Mən ürəyim həm Türkiyə, həm də Azərbaycanla döyünür. Qardaş Azərbaycan mənim ikinci Vətənimdir. Millətimiz də eynidir. Biz eyni tarixi kökə bağlıyıq. Ona görə də Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir. Eynilə Türkiyə də Azərbaycan üçün elədir".

 

Sabiq deputat Azərbaycanın erməni işğalı altında olan torpaqları ilə bağlı da ürəyindən keçən arzularını dilə gətirib:

"Bu gün həm Türkiyədə, həm də qardaş Azərbaycanda Qurban bayramı qeyd olunur. Ancaq mənim ən böyük arzum Qarabağda və işğal altında olan digər Azərbaycan torpaqlarında qurban kəsməkdir. Allah mənə bu günü görmədən dünyadan köçməyi nəsib etməsin! Qarabağ tarixi türk torpaqlarıdır. İnşallah gec-tez Azərbaycan öz torpaqlarını düşmən tapdağından azad edəcək".

Hindistanda növbəti biabırçılıq — Yeni doğulan körpəni kanalizasiyaya atdılar

Hindistanda insanın qanını donduran hadisə baş verib.

Yoldan keçən vətəndaşlar qəribə səslər eşidiblər. Gita adlı qadın bir pişik balasının kanalizasiya quyusuna ilişdiyini düşünərək yardım etmək qərarına gəlib.

Gita su arxına əlini uzadanda şoka düşüb. Çünki tutduğu pişik yox, körpə imiş. Qadın uşağın ayaqlarından tutaraq onu sudan çıxarıb. Körpənin bədəni göm-göy olub və göbəyi də boğazına dolanıb. Gita göbək bağını körpənin boynundan açıb və təmiz su ilə uşağı yaxalayıb. Sonra isə təcili surətdə xəstəxanaya aparıb. Xəstəxanada körpəni reanimasiya şöbəsinə yerləşdiriblər. Gita körpəə Sutantiram adının verilməsini xahiş edib

Gürcüstan vətəndaşları Tovuzda qəzaya düşüb

Tovuz rayonunda yol qəzası baş verib.

Hadisə rayonun Cəlilli kəndində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan motosikletin idarəetmədən çıxaraq aşması nəticəsində Gürcüstan vətəndaşı olan ər və arvad müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1964-cü il təvəllüdlü Ziyanida adlı qadın xəstəxanaya yerləşdirilib və əməliyyata alınıb. Onun həyat yoldaşına isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

İspaniyada Ermənistan və Gürcüstan vətəndaşlarından ibarət cinayətkar dəstə yaxalanıb

İspaniyada mütəşəkkil cinayətkarlıqla əlaqədə şübhəli bilinən bir Ermənistan və iki Gürcüstan vətəndaşı saxlanılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, üç kişi Marbelyi restoranlarından birində, ehtimal ki, "rəqib qruplaşma üzvünün qətlini" planlaşdıran zaman tutulublar.

Saxlanılan canilərin hamısı adam öldürməyə qəsd etmə, sənədləri saxtalaşdırma və cinayətkar qruplaşmaya aid olma ittihamı üzrə həbs olunubalar.

Saytda Axtarış

ახალი ამბები