Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün767
DünənDünən634
Bu həftəBu həftə7203
Bu ayBu ay51902
Bu günə qədərBu günə qədər7422376

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Təyyarədə kişi kokainlə arağı qarışdırdı və öldü

Mançesterdən İbiza şəhərinə uçan təyyarədə gözlənilməz hadisə baş verib.

Sərnişinlərdən biri, Böyük Britaniya vətəndaşı yüksək dozada narkotik qəbul etdiyindən ölüb. 

Hadisə şahidləri bildiriblər ki, narkotik qəbul etdikdən sonra o, araq da içib və nəticədə halı pisləşib. İki qadın kişiyə ilkin tibbi yardım göstərsə də, bunun xeyri olmayıb. 

Sərnişinlər deyiblər ki, ölən şəxs stüardların narkotiki görəcəyindən qorxaraq üstündə olan kokaini bir dəfəyə qəbul edib.

İnsidentlə əlaqədar təyyarənin pilotları istiqaməti dəyişməli olublar. Nəticədə təyyarə Tuluza şəhərinin aeroportuna enməli olub.

Taliban Əfqanıstanı qan gölünə çevirdi — 15 ölü, 18 yaralı

Taliban qruplaşması Əfqanıstanın şimali-şərqində təhlükəsizlik qüvvələrinə hücum edib.

Qunduz vilayətindəki rayonlardan birindəki nəzarət-buraxılış məntəqəsinə edilən hücum nəticəsində 15 hərbçi ölüb, 18 nəfər yaralanıb.

Əfqanıstanda hökumət qüvvələri ilə radikal Taliban qruplaşması arasında ciddi mübarizə gedir. Taliban ölkənin bir sıra hissəsini ələ keçirib və iri şəhərlərə hücum təşkil edir. Eyni zamanda Əfqanıstanda son dövrlər İŞİD qruplaşmasının da nüfuzu getdikcə artır.

 

Bu gün isə Taliban qruplaşması Əfqanıstanın şimalındakı Cauzcan vilayətindəki rayonlardan birini ələ keçirib. Söhbət Xam Aab rayonundan gedir. Yerli dövlət məmurları xəbəri təsdiqləyiblər və rayonun ciddi toqquşmalardan sonra Talibanın əlinə keçdiyini bildiriblər.

Əfqanıstanda dəhşətli yol qəzası: 15 ölü, 25 yaralı

Bu gün səhər saatlarında Əfqanıstanın Qəndəhar əyalətində avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 15 nəfər ölüb, 25 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. 

Yaralananlardan bir neçəsinin vəziyyəti ağırdır.

Qubernatorun rəsmi nümayəndəsi Əziz Əhməd Əziz bildirib ki, qəza yerli vaxtla təxminən saat 06:00 radələrində Jari rayonunda baş verib. 

Ölənlər arasında uşaqlar və qadınlar da var.

Faktla bağlı araşdırma aparılır.

Yaponiyada zəlzələ qurbanlarının sayı artıb

Ötən gün Yaponiyanın şimalındakı Hokkaido adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 21-ə çatıb.

 6,7 bal gücündəki zəlzələ meşəlik sahələrdə torpaq sürüşmələrinə səbəb olub.

Sürüşmə nəticəsində 21 nəfər ölüb, daha 13 nəfər isə itkin düşüb.

İtkin düşənlərin axtarışları davam edir. Ölənlərin üçü istisna olmaqla, qalanının Atsuma qəsəbəsi ətrafındakı sürüşmədə həyatını itirdiyi bildirilir.

5,4 milyon əhalinin yaşadığı adaya elektrik enerjisinin verilməsi bərpa edilib. Beynəlxalq hava limanı yenidən işə başlayıb.

Motor istehsalının böyük qismini bu adada həyata keçirən avtomobil nəhəngi "Toyota" fəlakətə görə istehsala müvəqqəti fasilə verib.

İndoneziyada avtobus dərəyə aşıb, 17 ölü

İndoneziyada turistlərin olduğu avtobus dərəyə aşıb.

 hadisə nəticəsində 17 nəfər ölüb, onlarla adam xəsarət alıb.

Avtobusda "Honda" şirkətinin rəsmi təmsilçisi olan "Catur Putra Group" şirkətinin əməkdaşları olub.

İlkin versiyaya görə, avtobus sürücünün idarəetməni itirməsi nəticəsində dərəyə düşüb. 

Bu qidalar gözün sağlamlığını qoruyur — SİYAHI

İş və şəhər həyatı bir çox hallarda sağlam qidalanma tempini aşağı salır. Bu isə eyni zamanda göz sağlamlığı üçün də təhlükəlidir.

Sağlam və stabil qidalanma orqanizmə müsbət  təsir etdiyi kimi, göz sağlamlığı üçün də vacibdir.

Gözün sağlamlığı üçün A, C, E vitaminləri, beta karoten ilə zəngin qidalar qəbul etmək lazımdır. Bu maddələrlə zəngin qidaların siyahısını təqdim edirik.

Yerkökü

Göz sağlamlığı deyəndə ağlımıza ilk olaraq yerkökü gəlir. Qidaların tərkibindəki A vitamini və beta karoten gözə faydalıdır. A vitamini isə yerkökünün tərkibində çoxdur. Bundan başqa Omeqa 3 və 6 yağ turşuları, sink və maqnezium kimi minerallarla zəngin qidaları da qəbul etmək yaş artdıqca yaranan görmə probleminin qarşısını alır.

Qırmızı bibər

Qırmızı bibərin tərkibindəki A vitamini gözün gecə vaxtı görmə qabiliyyətini və müqavimətini artırır.

İspanaq

İspanağın tərkibindəki A vitamini gözün gecə vaxtı görmə qabiliyyətini və müqavimətini artırır.

Şirin kartof

Tərkibində olan C vitamini gözdə katarakt və digər problemlər riskini azaldır.

Qarağat

Qarağatın tərkibindəki C vitamini gözdə katarakt və digər problemlər riskini azaldır.

Somon balığı

Somon balığı Omeqa-3 yağları ilə zəngindir. Bu isə göz üçün çox faydalıdır.

İraqda kütləvi aksiyalar: yeddi ölü

İraqın Bəsrə şəhərində keçirilən kütləvi etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən toqquşmalar zamanı yeddi nəfər ölüb, 30-dan çox insan yaralanıb. 

Bununla bağlı yerli mənbələr məlumat yayıb. 

Məlumata görə, hökumət sakinlərin evlərindən çıxmasına qadağa qoyub. Sosial şəbəkələrdə yayımlanan kadrlarda mitinq iştirakçılarının yerli administrasiyanın binasına od vurduğu görünür. 

Bildirilib ki, etirazlara kommunal sahədəki vəziyyət səbəb olub. Bundan öncə, İraqın cənubunda sosial şəratin yaxşılaşdırılması, içməli su, elektrik enerjisi, işsizlik və korrupsiya problemləri səbəbindən etiraz aksiyası keçirilmişdi. 

Yaponiyada hava limanı su altında qaldı

"Cebi" qasırğasının gətirdiyi güclü yağışlar Yaponiyanın qərbindəki Osaka şəhərindəki Kansay beynəlxalq aeroportunun su altında qalmasına səbəb olub. 

Təyyarələrin dayanacağı və eniş zolağı tamamilə suya qərq olub.

Aeroport rəhbərliyi əvvəlcədən bütün reysləri təxirə salıb.

Xatırladaq ki, Yaponiyada "Cebi" qasırğasına görə 600-dən çox reys təxirə salınıb.

Almaniyada azərbaycanlı tələbələrə hücum — Təhqir edib dəyənəklə döydülər

Almaniyada təhsil alan üç azərbaycanlı tələbə Meklenburq-Ön Pomeraniya əyalətinin Rostok şəhərində küçədə hücuma məruz qalıb.

Hadisə sentyabrın 1-də baş verib, polis isə bu barədə sentyabrın 2-də məlumat yayıb.

Belə ki, şənbə günü şəhərarası elektrik qatarını gözləyən üç azərbaycanlı gəncə qadınla kişi-ər və arvad  yaxınlaşıb. Onlar irqçi süarlar səsləndirərək, həmyerlilərimizi təhqir ediblər. 

Daha sonra kişi tələbələrdən birinə dəyənəklə zərbə endirib və cütlük hadisə yerini yaxınlaşan qatarla tərk edib.

 

Rostok polisi araşdırmaya başlayıb və insidentin şahidlərini axtarır.

Digər bir məlumata görə, tələbələrdən biri baş verənləri əvvəldən axıradək lentə ala bilib və onu polisə təqdim edib.

Türkiyədə dəhşətli qəza: çox sayda ölü

Türkiyədə traktorla mikroavtobusun toqquşması nəticəsində ən azı 7 nəfər həlak olub, 19 nəfər yaralanıb.

Hadisə Qaziyəntəp əyalətində baş verib. 

Qəza zamanı 4 nəfər həlak olub, daha 3 nəfər isə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan üçünün vəziyyəti son dərəcə ağırdır.

Qəzanın səbəbləri araşdırılır.

ABŞ-ın SSRİ-nin məhvinə dair məxfi planları açıqlandı

Ötən əsrin 60-cı illərində ABŞ hökuməti SSRİ-nin məhv edilməsinə dair plana malik olub.

Bu barədə Corc Vaşinqton universitetinin nəzdindəki "Milli təhlükəsizlik arxivi" qeyri-hökumət təşkilatının saytında bildirilir.

Təşkilatın dərc etdiyi bir sıra sənədlərə əsasən, ABŞ nüvə zərbəsi endiriləcəyi təqdirdə SSRİ və Çini məhv etmək imkanlarını nəzərdən keçirib.

Amerika rəhbərliyi SSRİ şəhərlərində yaşayan əhalinin 71 faizinin öldürülməsini ehtimal edib.

2015-ci ilin dekabrında ABŞ-ın Milli arxivlər və sənədlər idarəsi 1959-cu il üçün Amerikanın atom bombaları üçün potensial hədəflərin siyahısını dərc etmişdi. Siyahıya keçmiş SSRİ-nin yüzlərlə şəhəri daxil edilmişdi.

Soçi aeroportunda sərnişin təyyarəsi yandı

Moskvadan havaya qalxan "UTair" aviaşirkətinin "Boeing 737" təyyarəsi Soçi hava limanında enişdən sonra çaya yuvarlanıb.

Bu barədə şənbə günü, sentyabrın 1-də, şirkətin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Laynerin şassiləri və qanadları sıradan çıxıb, mühərriki alovlanıb.

Bildirilir ki, təyyarədə 164 sərnişin və altı ekipaj üzvü olub. Hadisə zamanı 18 nəfər, o cümələdən üç uşaq xəsarət alıb.

Rusiya hüquq-mühafizə orqanları faktla bağlı araşdırmaya başlayıb.

Saytda Axtarış

ახალი ამბები