Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün647
DünənDünən1299
Bu həftəBu həftə8891
Bu ayBu ay46629
Bu günə qədərBu günə qədər7473963

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Alimlərdən dünyanı qorxudan xəbərdarlıq: “Hər an Günəş fırtınası ola bilər”

Alimlər Günəş ilə bağlı qorxunc açıqlama veriblər.

İngilis mütəxəssislər günəş fırtınalarının artacağını və yüksək sürətli radioaktiv hissələrin Dünyadakı elektrik sistemləri və rabitəni məhv edəcəyini bildiriblər.

İngiltərənin Kosmik Agentliyi və alman alimlər kosmosa yeni sistem göndərərək daha dəqiq nəticələr ala biləcəklər. Alimlər  "Günəş fırtınalarının bizə təsir etməsi an məsələsidir: açıqlamasını veriblər.

Avropa Kosmik Agentliyi bir neçə günə yeni layihəyə başlayır. Layihə Günəşdəki fırtına və partlayışlarla bağlıdır.

 

"Kosmosa göndəriləcək yeni sistem alimlərin və millətlərin gələcəkdəki Günəş fırtınaları və partlayışlara qarşı tədbir görməyimizi nəzərdə tutur", - deyə açıqlama verilib.

Putin vurulmuş təyyarəyə görə cavab tədbirlərindən danışdı

Rusiya prezidenti Vladimir Putin Suriyada İl-20 təyyarəsinin məhvini 2015-ci ildə türk hərbçilərinin Su-24 təyyarəsini vurması ilə müqayisə etməməyə səsləyib.

Rusiya dövlətinin başçısı İl-20 təyyarəsinin vurulmasını "faciəvi hadisələrin zənciri" adlandırıb.

"Məlum hadisələrlə, türk qırıcısının bizim təyyarəmizi vurması ilə bağlı müqayisəyə gəldikdə isə, o, hər halda başqa vəziyyət idi. Burada, görünür, təsadüfi, faciəvi zəncirlər halqası yer alıb", - deyə Putin bildirib.

Rusiyalı lider bəyan edib ki, ölkəsinin İl-20 təyyarəsinin vurulmasına cavabı Suriyadakı rusiyalı hərbçilərin əlavə təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələcək və hər kəs bu tədbirləri görəcək.

"Cavab tədbirlərinə gəldikdə, onlar ilk növbədə Suriya Ərəb Respublikasındakı hərbi qulluqçularımız, obyektlərimizin əlavə təhlükəsizliyinin təmin olunmasına yönələcək”, - deyə dövlət başçısı əmin edib.

Qeyd edək ki, çərşənbə axşamı Rusiya Müdafiə Nazirliyi İl-20 radioelektron mübarizə təyyarəsinin vurulduğunu bəyan edib. Hadisə İsrailin F-16 qırıcılarının Suriyanın Latakiya əyalətinə hücumu zamanı baş verib. Təyyarənin göyərtəsində olan 15 nəfər həlak olub. 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu baş vermiş hadisədə İsraili günahlandırıb. Belə ki, İsrail tərəfi həmin gün ərazidə əməliyyat keçirəcəyi barədə Rusiyanı məlumatlandırmayıb və nəticədə, suriyalı hərbçilər havadakı İsrail qırıcılarını rus təyyarəsi ilə səhv salaraq, sonuncunu raketlə vurublar.

Rusiyanın təyyarəsi Suriyada vuruldu

Rusiyanın müdafiə nazirliyi "İl-20" rus hərbi təyyarəsinin dünən gecə Aralıq dənizində radardan itdiyini bildirmişdi.

nazirlik təyyarə ilə bağlı yeni açıqlama verib.

"Təyyarəmiz Suriyada vurulub. Bunun səbəbi İsraildir", - deyə Rusiyanın müdafiə nazirliyi açıqlama verib.

Nazirlik bildirir ki, təyyarə Suriyaya məxsus "S-200" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Nəticədə 15 hərbçi həlak olub.

 

Açıqlamada qeyd edilir ki, təyyarə İsrailə aid dörd ədəd "F-16" qırıcısının Suriyanın Lazkiyə şəhərinə etdiyi hücum əsnasında yoxa çıxıb. Aralıq dənizində Fransaya aid bir hərbi gəmidən də regiona raket hücumu edilib.

Bu ölkələrin əhalisi daha yaxşı yaşayır

Ən yaxşı yaşayış səviyyəsinə görə ölkələrin reytinqi açıqlanıb.

2018-ci il üçün insanların ən yaxşı şəraitdə yaşadığı ölkə Norveç olub. Siyahıya liderliyi İsveçrə, Avstraliya, İrlandiya və Almaniya edir. ABŞ və İngiltərə 13 və 14-cü yerləri bölüşür. 

Rusiya siyahıda 49-cu, Monteneqro 50-ci, Belorus 53-cü, Oman isə 48-ci yerdədir. 

Ukrayna isə 88-cidir.

 

Siyahıda ümumilikdə 189 ölkə var. 

Taliban Əfqanıstanda helikopteri atəşə tutdu — 5 ölü

Əfqanıstanın Xaki-Safed vilayətində hərbi helikopter qəzaya uğrayıb.

İnsident nəticəsində 5 nəfər həlak olub.
Xaki-Saded vilayətinin qubernatoru Məhəmməd Navrozi bəyan edib ki, əvvəlcə helikopter nasazlıq ucbatından eniş edib. Amma Taliban terrorçuları onu atəşə tutublar.

Helikopterdə olan pilot və 4 sərnişin həlak olub.

Fransada sürücü “Allahu Əkbər” deyərək, avtomobili insanların üzərinə sürdü

Fransada kişi "Allahu Əkbər" deyərək, avtomobilini insanların üzərinə sürüb. 

Bununla bağlı "The Local" nəşri məlumat yayıb.

Avtomobil maneələrə çırpılıb, hadisə zamanı iki nəfər xəsarət alıb. 

İnsident Fransanın cənubundakı Nim şəhərində keçirilən festival zamanı baş verib. 32 yaşlı şəxs "Peugeo" markalı avtomobilini barlardan birinin qarşısında dayanan 50 nəfərin üzərinə sürüb. 

Avtomobil festival üçün qurulmuş maneəyə çırpılıb. Sürücü qaçmaq istəsə də, buna nail olmayıb və saxlanılıb. Nim prokuroru Erik Maurelinsözlərinə görə, saxlanılan şəxs anlaqsız vəziyyətdə olub və xəstəxanaya aparılıb. 

Polis hadisənin terror aktı olmadığını açıqlayıb. 

Türkiyədə saxlanılan azərbaycanlı dilənçi hər kəsi heyrətləndirdi

Türkiyənin İstanbul şəhərində dilənçiliklə məşğul olan azərbaycanlı saxlanılıb. 

Sabiha Gökçən aeroportu ətrafında dilənçiliklə məşğul olan şəxsin cibindən 15 fərqli pul valyutası çıxıb. 

Məlumata görə, azərbaycanlı dilənçinin cibindən 2500 türk lirəsi, 530 avro, 421 ABŞ dolları ilə yanaşı, İran rialı, Səudiyyə Ərəbistan rialı, Qətər rialı, Küveyt dinarı, BƏƏ dirhəmi, Oman rialı, Livan lirəsi, Liviya dinarı, İsveç kronu, Nepal rupisi və Hindistan rupisi çıxıb. 

Aşkar edilən pullar müsadirə edilib. 

Aparıcı ana efirdə qızının ölüm xəbərini göz yaşları ilə təqdim etdi

ABŞ-ın Cənubi Dakota ştatındakı kanalların birində işləyən jurnalist qadın narkotik maddədən istifadə edən qızının ölüm xəbərini göz yaşları içində oxudu.

Ancela Kennek gəncləri narkotik maddənin təhlükəsinə qarşı xəbərdar etmək üçün qızı haqqında bir veriliş hazırlayıb:

"Mənim başıma gələn, sizin də övladınızın başına gələ bilər" deyən aparıcı canlı yayımda göz yaşlarına hakim ola bilməyib.

Hindistanlı professor canlı yayımda dünyasını dəyişdi

Hindistanda canlı yayımda iştirak edən 86 yaşlı professor Rita Jitendra infarkt keçirərək dünyasını dəyişib.

Onun ölüm anı canlı yayımda tamaşaçılar tərəfindən izlənilib.

Veriliş zamanı professorun vəziyyəti qəflətən pisləşib. Sonra isə Rita özündən gedib. Onun vəziyyəti verilişin komandasının çaşqınlığına səbəb olub.
86 yaşlı qadının infarkt səbəbindən dünyasını dəyişdiyi bildirilib.

 

Hindistanda dəhşət — Ər ona xəyanət edən arvadının başını kəsdi, polisə gətirdi

Hindistanda dəhşətli hadisə baş verib.

Bir nəfər şəxs ona xəyanət etməkdə ittiham etdiyi arvadını öldürüb, başını kəsərək paketə qoyaraq polis bölməsinə gətirib. Cani ər polisə təslim olub.

Hadisə Hindistanın Ajjampura şəhərində baş verib. Kəsik baş olan paketi polis bölməsinə gətirib və içindən kəsilmiş başı çıxarıb. O, qan içində olan başı polisə göstərib "Bu mənim arvadım" deyib. Polislərdən biri baş verənləri mobil telefonuna qeyd edib.

Rupa adlı cinayətkarın soyuqqanlı hərəkətləri polislərin çaşqınlığına səbəb olub.

İngiltərədə varlı ailə yol qəzasında ölən övladlarının sperması ilə nəvə sahibi oldular

İngilis bir ailə ölən övladlarının spermasından süni döl vasitəsilə surroqat ana tutublar və nəvə sahibi olublar.

ABŞ-ın Kaliforniya ştatındakı xəstəxanalardan biri motosiklet qəzasında dünyasını dəyişən 26 yaşlı gəncin valideynlərinin bu üsulla nəvə sahibi olduqlarını açıqlayıb. Xəbərə əsasən, gəncin meyiti qəzadan iki gün sonra tapılıb. Ailənin tək övladının sperması tapılan kimi isə dondurulub.

Hadisə 2015-ci ildə baş verib. Varlı ingilis ailəsinin istəyi ilə oğlan uşağı dünyaya gəlib. Hazırda 3 yaşı olan nəvə İngiltərədə nənəsi  və babası ilə birlikdə yaşayır.

 

Xəstəxananın həkimi bildirir ki, bu, ailəyə 100 min funt sterlinqə başa gəlib.

Hindistanda avtobus qəzası: 43 ölü

Hindistanın Telinqana ştatında içərisində 50 sərnişinin olduğu avtobus dərəyə yuvarlanıb. 

Qəza zamanı 43 nəfər ölüb. 

İlkin ehtimallara görə, hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Saytda Axtarış

ახალი ამბები