Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1489
DünənDünən634
Bu həftəBu həftə7925
Bu ayBu ay52624
Bu günə qədərBu günə qədər7423098

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Yaponiyada zəlzələ — Ölənlər var

Yaponiya zəlzələ baş verib.

Bu barədə  Yaponiya Milli Meteoroloji İdarəsi məlumat yayıb. Bilidirlib ki,  yeraltı təkanlar ölkənin mərkəzi preferekturası Haitidə 5.1 bal gücündə qeydə alınıb.

Təkanların episentri Sakit okeanın yaxınlığında prefekturanın şərqində, ocağı isə 40 km dərinlikdə yerləşib.

Yeraltı təkanları Honsü adasının 12 prefektura sakini hiss edib.

 

Zəlzələ nəticəsində 11 nəfər həlak olub.

Təbii fəlakət ciddi dağıntılara səbəb olub.

İndoneziyada dağıntılar altında 150 mindən çox insan qalıb

İndoneziyada baş vermiş zəlzələ və sunamidən sonra dağıntılar altında 152 min insan qala bilər.

Bu barədə İndoneziya XİN nümayəndəsi Əhməd Ramadan bildirib.

O qeyd edib ki, təbii fəlakət nəticəsində 65 min ev dağılıb, 2,5 mindən çox insan yaralanıb.

"Hələlik biz dağıntılar altında 1558 qurbanı aşkarlamışıq", - Ramadan deyib.

 

Xatırladaq ki, 7,7 maqnitudalı dağıdıcı zəlzələ İndoneziyada sentyabrın 28-də baş verib.

İranda daşqınlar dörd can aldı

İranın Mazandaran vilayətində güclü daşqınlar baş verib.

Təbii fəlakət nəticəsində 4 nəfər həlak olub.

"Tasnim" agentliyi bildirir ki, daşqınlara səbəb güclü leysan yağışları olub. Yağışlar cümə axşamı gecə saatlarından Mazandaran və Gilyan vilayətlərində başlayıb.

Təbii fəlakət elektrik enerjisinin verilişində, nəqliyyatın hərəkətində fasilələrə səbəb olub. Eyni zamanda bir sıra evlər və yollar dağılıb.

Mazandaran vilayətinin altı rayonunda məktəblər müvəqqəti olaraq bağlanıb.

Hindistanda zəvvarları daşıyan maşın qəzaya düşdü — Ölən və yaralananlar var

Hindistanda zəvvarları daşıyan furqon qəzaya uğrayıb.

Furqon Uttarkaşi şəhərində 150 metr dərinliyi olan dərəyə düşüb.
Hadisə nəticəsində 9 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Hadisə zamanı avtomobildə 13 nəfər olub. Ölənlər arasında 8-i sərnişin, 1-i sürücüdür. Yaralılar xəstəxanalara yerləşdirilib.

Bildirilir ki, zəvvarlar Himalay dağlarında yerləşən Qanqotri məbədindən geri qayıdırmışlar.

Yeni Zellandiyanın hava limanında 100 dollara hava satılır — FOTO

Yeni Zellandiyada bir şirkət yeni məhsulunu satışa çıxarıb.

Hava limanının "duty free" mağazalarında dörd qutudan ibarət "Saf, təzə Yeni Zellandiya havası" 98.99 dollara satılır.

Yeni Zellandiyadan olan jurnalist Demien Kristi tərəfindən paylaşılan paketin fotosunda hava 20 dollar endirimlə satılıb. Kristi Tvitterdəki səhifəsində "Məni lağa qoyursunuz? 98 dollar şirin, kiçik bir hədiyyə də deyil" yazıb.

Kristinin paylaşımı sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bir çox sosial şəbəkə istifadəçisi "Kapitalizmin zirvəsi" rəyini yazıb.

Alimlər Marsda buz tapdılar

Rusiya və Avropanın "EkzoMars-2016" missiyasının TGO aparatının göyərtəsindəki FREND elmi cihaz yeni kəşfə imza atıb.

Qurğu Marsın ekvator ətrafı rayonlarında su buzunun olmasını sübut edib. 

Bildirilir ki, Mars reqolitinin daxilindəki buzun tərkibində su buzu nəinki 60 dərəcədən yuxarı enliklərdə, eyni zamanda ekvatora yaxın hissələrdə də ola bilər. Buz formasındakı buz başqa-başqa rayonlarda ekvatora qədər enə bilər.

 

Toplanan məlumatlara əsasən, iki rayonda su buzu Marsın şimal yarımkürəsindən 30 dərəcə aşağı en dairəsinə qədər rast gəlinir. Növbəti ildə isə Mars qruntundakı buzun eni barədə məlumatlar toplanacaq.

Rusiyada avtobus qəzası — 13 ölü

Rusiyanın Tver vilayətində dəhşətli yol qəzası baş verib.

Kalinin rayonunun Nekrasovo kəndi yaxınlığında "Ford Transit" markalı mikro avtobusla "LiAZ” markalı avtobus toqquşub. Avtobus Rjevdən, marşrut avtobusu isə Staritsadan gəlirmiş.

Rusiyanın Fövqəladə Hallar nazirliyindən bildiriblər ki, qəza nəticəsində 13 nəfər həlak olub, 4 nəfər xəsarət alıb. Qəza yerindən meyitləri və yaralıları "Mi-8" helikopteri təxliyə edir. Yol polisinin ilkin versiyasına əsasən, qəzaya səbəb mikro avtobusun qarşı yola çıxması olub. Hazırda araşdırma aparılır. Tver vilayətinin qubernatoru da qəza baş verən ərazidədir.

Bu ölkədə xəstələri maşın ehtiyat hissələri ilə əməliyyat edirlər - FOTO

Britaniya nəşri Sudan xəstəxanalarından fotoreportaj hazırlayıb.

Sudanda xəstələrə əməliyyatdan əvvəl narkoz əvəzinə ketamin verilir. Bunun səbəbi isə lazımi alətlərin, dərmanların olmamasıdır.

 

Hətta Sudanda həkimlər xəstələri maşın ehtiyat hissələri ilə əməlliyyat edirlər.

Xəstəxanalarda X-Ray cihazı belə yoxdur. Bəzi xəstəxanalar çadırdan qurulub.

Toy günü ayrıldılar, oğlan evi gəlini qaytardı - MARAQLI SƏBƏB

Türkiyənin Çorum rayonunda baş tutan toyda qızıl-zinyət əşyalarına görə gəlin İclal T. (20) və bəy Celal T.-nin (30) ailəsi arasında anlaşılmazlıq yaşanıb.

Mübahisədən sonra qız tərəfi gəlini ötürüb, məkanı tərk edib. Bununla da yeni evlənən cütlük toy günü ayrılıq qərarı verib.

 

TOY GÜNÜ AYRILDILAR

Bəy və ailəsi gəlin üçün verdikləri 15 min TL-lik "başlıq pulu"nu qaytaran qız evindən və eləcə də qarşı tərəf bəyin ailəsindən polisə şikayət etməyib.

İndoneziyada təbii fəlakət qurbanlarının sayı 1200-ü keçdi

İndoneziyanın Mərkəzi Sulavesi bölgəsində baş verən zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1200-ü keçib. 

Bununla bağlı ölkənin xilasetmə və axtarış milli agentliyi məlumat yayıb. 

Yaxın vaxtlarda ölənlərin sayının iki dəfə artacağı istisna edilmir. Məlum olub ki, təbii fəlakət Sulavesi adasının Palu şəhərinin cənubundakı yaşayış məntəqəsini tamamilə məhv edib. 

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir. 

Ötən cümə günü İndoneziyada baş verən 7,7 bal gücündə zəlzələdən sonra 200 afterşok meydana gəlib və Sulavesi adasında sunami olub. 

İndoneziyada təbii fəlakət qurbanlarının sayı 900-ə yaxınlaşır

İndoneziyada baş verən zəlzələ və sunami qurbanlarının sayı artıq 832 nəfərə çatıb.

Bu barədə Dalga tv  ölkənin təbii fəlakətlərlə mübarizə idarəsinə istinadla xəbər verir.

Xatırladaq ki, İndoneziyanın Sulavesi adası sahillərində 7,4 maqnitudalı zəlzələ sentyabrın 28-də baş verib.

Yeraltı təkanların episentri Palu şəhərindən 80 kilometr şimalda qeydə alınıb.

Planetimizin ən mənzərəli yerləri - FOTO

Planetimizdə elə yerlər var ki, bu ərazilərə gedəndə insanın üzündə həzin təbəssüm yaranır. 

Bu yerlərin bəziləri insanlar tərəfindən müasir texnologiyaların köməyi ilə yaradılsa da, bəziləri təbiətin gücü vasitəsi ilə meydana gəlib.

Belə yerlər dünyanın müxtəlif guşələrində mövcuddur və oralara səyahət bizim ən böyük arzularımızdan biri olur. 

Oxu.Az yeni rubrikasında planetin ən gözəl və heyrətamiz yerlərini oxucularına təqdim edir:

ABŞ-ın Coşua-Tri milli parkı

Las-Veqas, Nevada

Norveçin Lofoten adaları

Korinf kanalı, Yunanıstan

Pi-Pi Ley adasındakı Mayay Bey çimərliyi, Tayland

Mavriki adası

Moreyn gölü, Kanada, Alberta bölgəsi 

Mamanuka adalar qrupuna daxil olan Malolo Laylay adası

Azor adalar qrupuna daxil olan Fayal adası, Portuqaliya

Palau arxipelağı

İsveçrənin Lütsern bölgəsində günəşin qürubu

İsveçrənin Kran-Montana bölgəsindəki “LeCrans Hotel & Spa”

 

 

Saytda Axtarış

ახალი ამბები