Dalga Televiziyasi Rusiyada hərbi zavodda partlayış: ölənlər var
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün455
DünənDünən1595
Bu həftəBu həftə6257
Bu ayBu ay50956
Bu günə qədərBu günə qədər7421430

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Rusiyada hərbi zavodda partlayış: ölənlər var

Rusiyanın Nijeqorod vilayətində yerləşən Y.M.Sverdlov adına nəhəng müdafiə zavodunda partlayış baş verib. Hadisə zamanı üç nəfər ölüb, üç nəfər yaralanıb, daha üç nəfərin taleyi isə naməlum olaraq qalır.

Bununla bağlı "RİA Novosti" agentliyi regionun fövqəladə hallar idarəsinin nümayəndəsinə istinadla məlumat yayıb. 

"Hadisə nəticəsində üç nəfər ölüb, üç nəfər isə yaralanıb. Daha üç nəfərlə bağlı məlumat yoxdur. Güman olunur ki, onlar dağıntılar altında qalıb", - o deyib. 

Partlayışdan sonra başlayan yanğın artıq 100 kvadrat metr ərazini əhatə edib. Hadisə yerində yanğınsöndürən və xilasetmə briqadaları cəlb edilib. 

İnsident ammonal istehsal edən sexdə baş verib. 

Saytda Axtarış

ახალი ამბები