Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1491
DünənDünən3048
Bu həftəBu həftə7592
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8464191

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR dizel yanacağının ixracını artırdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin avqust ayında 90 min 491 ton dizel yanacağı satıb. Bu 2015-ci ilin iyul ayının göstəricisindən 22 min 041 ton çoxdur.

Bundan başqa, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ötən ay 27 min 984 ton təyyarə yanacağı ixrac edib.

Ümumilikdə, 2015-ci ilin yanvar-avqust ayları ərzində 650 min 797 ton dizel yanacağı, 159 min 467 ton təyyarə yanacağı və 280 ton soba mazutu ixrac edilib.

SOCAR həmçinin benzin, təyyarə yanacağı, dizel yanacağı, kükürdlü yanacağın qiymətinin iyul ayı ilə müqayisədə azaldığını qeyd edib:

Belə ki, 2015-ci ilin avqust ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) -538,51 dollar, təyyarə yanacağının - 457,26 dollar, dizel yanacağının - 441,75 dollar, 1% kükürdlü mazutun qiyməti 232,36 dollar təşkil edib.

“Avqust ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 46,65 dollara,Urals nefti - 46,14 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 48,17 dollara satılıb” - deyə, şirkət qeyd edib.

Vladimir Putin MDB daxilində ABŞ dollarından imtina edilməsi barədə məsələ qaldırıb

Rusiya prezidenti Vladimir Putin MDB ölkələri çərçivəsində ticarətin ABŞ dolları ilə aparılmasından imtina edilməsi haqqında Dövlət Dumasına qanun layihəsi təqdim edib.


APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Layihəyə əsasən “Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin inteqrasiya olunmuş valyuta bazarının təşkili sahəsində əməkdaşlıq haqqında” saziş çərçivəsində hesablaşmalarda valyuta kimi dollar və avrodan imtina edilməsinə imkan verən mexanizm yaradılacaq.

Söhbət əsasən Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər ölkələr arasında vahid maliyyə bazarının yaradılmasından gedir. Avrasiya İqtisadi İttifaqı çərçivəsində ölkələr artıq milli valyutalara keçilməsini müzakirə ediblər. Buna əsasən 2025-2030-cu illərdə Rusiya, Belarus, Qazaxıstan və Ermənistan milli valyutalarla ticarət aparacaq. Hazırda ittifaq ölkələri arasında ticarətin təxminən yarısı dollar və avro ilə aparılır.   

SOCAR səkkiz ayda Ceyhan limanından 11,2 milyon tondan çox xam neft ixrac edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) avqustda Novorossiysk limanından 84 min 913 ton, Supsa limanından 254 min 422 ton, Ceyhan limanından isə 871 min 787 ton xam neft ixrac edib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ümumilikdə yanvar-avqust aylarında Novorossiysk limanından 930 min 671 ton, Supsa limanından 1 milyon 864 min 59 ton, Ceyhan limanından isə 11 milyon 272 min 41 ton xam neft ixrac olunub. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünəməxsus xam neft həcmlərini əks etdirir.

Neft kəskin bahalaşaraq 52 dollar oldu

Dünya bazarlarında neftin qiyməti 52 dollar civarında dəyişir

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,61 dollar azalaraq 47,59 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,58 dollar azalaraq 52,57 dollar olub.

Azərbaycanda dollar ucuzlaşıb, avro və rubl bahalaşıb

Bu gün avqustun 31-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə bir qədər zəifləyib.

 

 

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 1-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01% azalaraq 1,0479 manata enib.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,002 manat və ya 0,17% artaraq 1,1809 manat olub.

 

Manata nəzərən Rusiya rublu 0,0001 manat və ya 0,01% bahalaşaraq 0,0162 manat olub.

 

Ermənilər Cıdır düzündə uzunqulaq yarışı keçirdilər - VİDEO

Dünən Azərbaycanın işğal altındakı Şuşa şəhərində uzunqulaq yarışları keçirilib. 

 

Modern.az saytı xəbər verir ki, rusiyalı milyonçu German Sterliqovun arvadının Cıdır düzündə təşkil etdiyi moda sərgisinin ardından uzunqulaq yarışları da orada baş tutub. 

16 yaşına qədər uşaqların iştirak etdiyi uzunqulaq yarışlarında ilk yeri tutana 1500, 2-ci yerə görə 1000, 3-cü yerin sahibinə isə 500 dollar mükafat verilib. Sıravi iştirakıçlarımn hər biri isə 100 dollar qazanıb.

 

Dünyanın ən böyük qaz yatağı kəşf olundu

Misirin Aralıq dənizi sahillərində nəhəng qaz yatağı aşkarlanıb.

 "DalğaTV" xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın “Eni” şirkətinin apardığı kəşfiyyat işləri zamanı aşkarlanan “Zohr” yatağının 30 trilyon kubmetr qaz ehtiyatının olduğu bildirilir.

“Zohr Misirdə, Aralıq dənizi hövzəsində və ümumiyyətlə, dünyada aşkarlanan ən böyük qaz yataqlarından biridir”-deyə şirkətin saytında deyilir.

100 kvadrat kilometr ərzaidə yerləşən yataq Misiri bir neçə onillik boyu yanacaqla təmin etməyə imkan verir. Artıq “Eni” şirkətinin baş direktoru Klaudio Diskaltsi Qahirəyə səfər edərək, qaz yatağının istismarı ilə bağlı Misir hökumətinin razılığını alıb.

Neft 50 dollarlıq baryeri qoruyur

Dünən barelli 50,13 dollara qədər yüksələn neftin qiyməti düşsə də, yenidən 50 dollara yaxınlaşıb. 

 

 

DalğaTV” xəbər verir ki, İCE London birjasında Brent markalı neft 4,7 faiz bahalaşaraq 49,93 dollar olub.

WTI markalı neftin oktyabr fyuçersinin qiyməti isə 5,6 faiz bahalaşıb və barelli 45,11 dollardan satılıb. 

 

Rövnəq Abdullayevdən əhalinin gözlədiyi açıqlama

altDövlət Neft Şirkətinə məxsus torpaqlarda qanunsuz olaraq tikilmiş evlərin aqibətinə tezliklə hökumət aydınlıq gətirəcək.

Bu barədə dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verib. O deyib ki, hazırda hökumət sözügedən məsələ üzərində işləyir.

Rövnəq Abdullayev deyib ki, Masazır qəsəbəsində neftli ərazilərdə tikilmiş evlərin altından qaz sızması insanların öz əlləri ilə özlərinə necə təhlükə yaratdığını göstərir.

Şirkət rəhbəri əhaliyə müraciət edib:

“Hər dəfə çıxışımda insanlara müraciət edirəm ki, neftli ərazilərdə tikinti işi aparmaq onların özlərinə ziyandır. Kimisi bilməməzlikdən, kimisi də dərk etmədən orada ev tikir. Qeyd edim ki, orada ev tikənlər əsasan imkansız şəxslərdir. Mən bir daha onlardan xahiş edirəm ki, neftli ərazilərdə ev tikməsinlər”.

SOCAR-dan mühüm addım

altAzərbaycan Respublikası Dövlət Neft Şirkəti mayın 1-dən etibarən Azərbaycan Qaz Təchizatı Şirkətinin (AQTŞ) və Cənubi Qafqaz Boru Kəməri Şirkətinin (CQBKŞ) operatorluğunu öz üzərinə götürüb.

Şirkətdən ANS PRESS-ə verilən məlumata görə, təhvilalma prosesi Norveçin “Statoil” və Malaziyanın “Petronas” şirkətləri arasında “Statoil”un “Şahdəniz” yatağının işlənilməsi üzrə Hasilatın Pay Bölgüsü sazişində 15.5%, Cənubi Qafqaz Boru Kəməri Şirkətində 15.5% və Azərbaycan Qaz Təchizatı Şirkətində 12.4% iştirak paylarının satışına dair sövdələşmənin tamamlanması nəticəsində və 17 dekabr 2013-cü ildə imzalanmış müvafiq razılığa uyğun olaraq həyata keçirilib.

SOCAR prezidenti Rövnəq Abdullayev bu münasibətlə keçirilən mərasimdə qeyd edib ki, AQTŞ-nin operatorluğunun və CQBKŞ-nin kommersiya operatorluğunun SOCAR-a keçməsi Azərbaycanda HPBS layihələri çərçivəsində həyata keçirilən fəaliyyətlərdə yerli potensialdan istifadənin daha da artırılması prosesində çox vacib mərhələdir.

Bu SOCAR-ın öz texniki və kommersiya bacarıqlarını və eləcə də insan resurslarını dünya standartlarına uyğun inkişaf etdirməsində əldə etdiyi yüksək uğurların qlobal enerji şirkətləri tərəfindən aydın tanınmasıdır. SOCAR prezidenti son 12 ildə AQTŞ və CQBKŞ operatoru kimi mükəmməl fəaliyyəti və eləcə də biznes fəaliyyətinə heç bir mənfi təsir olmadan razılaşdırılmış müddətdə operatorluq təhvilinin həyata keçirilməsində SOCAR ilə əməkdaşlığına görə “Statoil” şirkətinə təşəkkür edib.

Xatırladaq ki, Azərbaycan Qaz Təchizatı Şirkəti Kayman Adalarında məhdud məsuliyyətli cəmiyyət olaraq təsis edilib, baş ofisi Bakıda yerləşir. AQTŞ “Şahdəniz” HPBS üzrə tərəfdaş şirkətlər və SOCAR tərəfindən “Şahdəniz” layihəsinin Mərhələ-1 və Mərhələ-2 çərçivəsində hasil olunmuş təbii qazın Azərbaycan, Gürcüstan və Türkiyədə, eləcə də Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına gələcək satışını həyata keçirəcək xüsusi hüquqi şəxs kimi yaradılıb.

CQBKŞ Cənubi Qaz Boru Kəməri konsorsiumuna məxsusdur, “Şahdəniz” yatağından, həmçinin Azərbaycan Respublikası ərazisində və Xəzər dənizində digər mənbələrdən hasil olunan təbii qazın Türkiyə və Avropa bazarlarına nəqli məqsədilə boru kəmərinin tikintisi və istismarı üçün yaradılmış şirkətdir.

Boru kəməri başlanğıcını Bakı yaxınlığında Sənqəçal terminalından götürür. Kəmərin uzunluğu 691 kilometrdir və bunun da 443 kilometri Azərbaycan, 248 kilometri Gürcüstan ərazisində yerləşir. 17 Dekabr 2013-cü tarixində yekun investisiya qərarının imzalanmasından sonra, səhmdarlar illik 25 milyard kubmetrədək təbii qaz nəqli üçün boru kəməri sisteminin genişləndirilməsinə başlayıblar.

SOCAR-ın Gürcüstanda satdığı qazın qiymətində artım gözlənilmir

altAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda satdığı yanacaq məhsullarının qiymətini artırmayacaq.


Bunu SOCAR prezidenti Rövnəq Abdullayev APA-nın Gürcüstan bürosunun suallarını cavablandırarkən deyib.

R. Abdullayev xatırladıb ki, SOCAR-ın Gürcüstana satdığı qazın qiyməti iki dövlət arasında imzalanan saziş ilə təmin edilir. “Qazın təminatında bahalaşma gözlənilmir, - deyə SOCAR prezidenti bildirib.

Dövlət şirkətinin rəhbəri əlavə edib ki, benzinin qiymətinin artması və yaxud azalması bazarından asılıdır.

Rövnəq Abdullayev Marneulidə soyuducu anbar kompleksinin açılışında iştirak edib

altBu gün Gürcüstanda rəsmi səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev azərbaycanlıların kompakt yaşadığı Marneuli bölgəsinə səfər edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Rövnəq Abdullayev Gürcüstanın baş nazirinin müavini, davamlı inkişaf naziri Georgi Kvirikaşvili ilə birlikdə Marneulidəki Candar kəndində "Aqroinvest 146" MMC-nin 2013-cü ildən başlayaraq tikdiyi soyuducu anbar kompleksinin açılışını edib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Kvemo-Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev, Marneuli Rayon İcra Hakimiyyəti başçısı Merab Topçişvili və digər rəsmilər iştirak edib.

"Aqroinvest 146" MMC 2011-ci ildən Tiflisdə fəaliyyət göstərir və Azərbaycan tərəfdən Gürcüstanda əhəmiyyətli və məhsuldar layihələr həyata keçirir. Onlardan biri də bu gün açılışı olan soyuducu anbar kompleksidir.

Kompleksdə 50 nəfərədək Marneuli sakini iş ilə təmin olunacaq və bu soyuducu Kvemo-Kartli bölgəsinə xidmət edəcək.

Soyuducu anbar kompleksi 2 hektar ərazini əhatə edir və burada ofis, köməkçi binalar, soyuducu kameralar, enerji ilə təchiz edən transformatorlar, çəki məntəqəsi və təhlükəsizliyi təmin edən bina və digər qurğular tikilib.

Soyuducu anbar kompleksində 12 kamer tikilib və soyuducu sistem 4 250 kvadratmetr sahəni əhatə edir. Kameralardan ikisində -5 dərəcədən -20 dərəcəyədək ət və balıq məhsulları saxlamaq olar, 10 kamera isə -5 dərəcədən +5 dərəcəyədək tərəvəz və meyvə məhsulları saxlamaq üçündür.

Kompleksin soyudu sistemini "Akkord Georgia" təchiz edir. Sistem Türkiyənin "İMGE" şirkəti tərəfindən müasir standartlara uyğun tikilib və tikilidə alman istehsalı olan ehtiyat hissələrindən istifadə olunub. Bu kompleksin enerji sistemi layihəyə görə 2X630 KVT yüksək gərginlikdədir.

Tədbirdə qeyd olunub ki, kompleksin tikintisinə 7 mln. dollar vəsait xərclənib və soyuducu qurğuların dəyəri isə 1,1 mln. dolları təşkil edib.

Gürcüstanın baş nazirinin müavini, sabit və davamlı inkişaf naziri Georgi Kvirikaşvili jurnalistlərə açıqlamasında bildirib ki, bu kompleks Kvemo-Kartli bölgəsində kənd təsərrüfatının inkişafına təkan verəcək: "Bu soyuducu anbarın tutumu 2100 ton müxtəlif ərzaq üçün nəzərdə tutulub və burada 1000 ton kənd təsərrüfatı məhsulları saxlamaq olar. Bizim fermerlər soyuducunun imkanlarından istifadə edəcək və daha keyfiyyətli məhsullar yetişdirəcəklər. Mən bu kompleksin tikintisi üçün SOCAR-ın rəhbərliyinə təşəkkür edirəm."

SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, yeni istifadəyə verilən soyuducu anbar kompleksi Azərbaycan prezidentinin Gürcüstanda yaşayan soydaşlarımıza hədiyyəsidir. O, gələcəkdə Azərbaycan şirkətləri tərəfindən azərbaycanlılar yaşayan bölgələrdə daha çox layihələr həyata keçiriləcəyini qeyd edib: "İnanıram ki, gələcəkdə bu region daha da inkişaf edəcək və soydaşlarımızın sosial həyat tərzi daha da yaxşılaşacaq", - R. Abdullayev vurğulayıb.

Saytda Axtarış

ახალი ამბები