Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2714
DünənDünən3053
Bu həftəBu həftə5767
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8462366

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“SOCAR-ın meqa layihələri üçün 50 min işçi lazım olacaq”

Yaxın 5-10 il ərzində SOCAR-ın meqa layihələrini həyata keçirmək üçün 10-12 min nəfər daimi işlə təmin olunacaq, müvəqqəti işlər üçün isə 30-35 min işçi lazım olacaq.

Məlumata görə, bunu Bakıda keçirilən "İnsan Resursları Forumu Bakı 2015" adlı forumda SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov bildirib.

X,Məmmədovun sözlərinə görə, hal-hazırda SOCAR-da, ölkə üzrə 55 min insan çalışır.

"55 min işçidən 17%-i qadın, 83%-i kişidir. Onlardan 12%-i rəhbər işçi, 18%-i mütəxəssis, 69%-i fəhlələrdir. Bundan başqa, SOCAR-da 260 elmi işçi çalışır, onların 14%-i elmlər dokotrudur", - deyə X.Məmmədov bildirib.

Gömrük bəyannamələri sadələşdiriləcək

Azərbaycan Dövlət Gömrük Komitəsi sahibkarlar üçün yeni bəyannamə normaları tətbiq etməyə hazırlaşır.

Məlumata görə, bunu bu gün Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən "Biznes subyektləri üçün əlverişli şərait yaradılması məqsədilə gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən sadələşdirmələr" mövzusuna dair seminarda Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin əməkdaşı Cəfər Quluzadə deyib.

Onun sözlərinə görə, komitə yeni, qısa idxal və ixrac bəyannamələrini tətbiq edilməsinə hazırlaşır: "Bununla da idxal-ixrac əməliyyatlarında sahibkarlar vaxt udmuş olacaqlar".

O qeyd edib ki, həmçinin boru və elektrik xətləri vasitəsi ilə idxal-ixrac əməliyyatları aparan sahibkarlar üçün natamam bəyannamələrin tətbiq ediləcək: "Bilirsiniz ki, tam gömrük bəyannaməsində 54 bənd var. Amma yeni bəyannamələrdə bu bəndlərin bir çoxu çıxarılıb. Yəni, sahibkar yeni bəyannaməni doldurur və tam bəyannamədə olan bəzi bəndləri isə 30 gün müddətində cavablandırıb, gömrük orqanlarına təqdim edir".

Azərbaycana səfər edən xarici turistlər üçün aşağı büdcəli paketlər hazırlanacaq

Mədəniyyət və Turizm Nazirliyi ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti İşçi Qrupu yaradıblar.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, turizm ölkə iqtisadiyyatında qeyri-neft sektorunun əsas sahələrindən biri olmaqla, ÜDM-nin artım dinamikasında özünəməxsus yer tutur:

"Bu baxımdan, ölkənin gəlmə turizm imkanlarının genişləndirilməsi və xarici turistlər üçün əlverişli şəraitin yaradılması kimi məsələlər böyük əhəmiyyət kəsb edir. Ölkənin gəlmə turizm potensialının daha da effektiv şəkildə təbliğ olunması, eləcə də 2016-cı ildə ölkəmizə daha çox turistlərin cəlb edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti arasında danışıqlar aparılıb, ortaq fəaliyyətə dair İşçi Qrup yaradılıb. Yaradılmış işçi qrupunun ilk toplantısı keçirilib, görüşdə bir neçə məsələlər müzakirə edilərək 2016-cı ildə ortaq fəaliyyətə dair razılıq əldə edilib".

Razılığa əsasən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən birbaşa uçuşların həyata keçirildiyi ölkələrin vətəndaşları üçün həmin ölkələrin spesifikası, turistlərin səyahət tendensiyaları, onların qərar qəbul etmə xüsusiyyətləri, eləcə də seçilmiş ölkə üzrə bayram və tətil günləri nəzərə alınmaqla, birgə fəaliyyət çərçivəsində müvafiq aşağı büdcəli tur paketlərin hazırlanması, həyata keçirilməsi və ortaq şəkildə təbliği aparılacaq.

Eyni zamanda xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində Mədəniyyət və Turizm Nazirliyi və "Azərbaycan Hava Yolları"nın ortaq milli stendlə iştirakı həyata keçiriləcək, hər iki qurumun bir sıra xarici dövlətlərdə fəaliyyət göstərən nümayəndəliklərin imkanlarından birgə istifadə ediləcək, 2016-cı ildə gəlmə turizm baxımından Azərbaycan üçün prioritet hesab olunan ölkələrin turizm sənayesi və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün ölkəmizə 20-dən artıq tanışlıq səfərinin birgə həyata keçiriləcək.

Razılığa görə, hər iki qurum tərəfindən bir sıra xarici ölkələrdə ortaq reklam və marketinq fəaliyyətinin aparılacaq (küçə və ictimai reklam, dövrü nəşrlərin dəstəklənməsi, elektron marketinq fəaliyyəti və s.).

Qeyd edək ki, adıçəkilən fəaliyyətlərin Rusiya Federasiyası, Qazaxıstan, Ukrayna, Türkiyə, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, ABŞ, İsrail, Çin və Körfəz ölkələrində aparılması müzakirə edilib. Yaxın müddət ərzində 2016-cı il üzrə Mədəniyyət və Turizm Nazirliyi ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti arasında ortaq fəaliyyət planının həyata keçirilməsi üzrə sənədin imzalanması nəzərdə tutulub.

AZAL tələbələrə bütün beynəlxalq istiqamətlər üzrə endirim elan edir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) tələbələr üçün bütün beynəlxalq istiqamətlər üzrə biletlərə 10% endirim elan edir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu endirim 25 yaşa kimi olan tələbələr üçün "Azərbaycan Hava Yolları"-nın beynəlxalq reyslərində həm ekonom, həm də biznes klass üzrə aviabiletlərə tətbiq edilir. Kampaniya AZAL-ın Moskva, Antalya, İstanbul və Dubaya yerinə yetirilən aşağı büdcəli reyslərinə tətbiq edilmir.

Aviabiletləri əldə etmək üçün Azərbaycan və xarici universitetlərin tələbələri AZAL aviaşirkətinin satış ofislərinə yaxınlaşaraq tələbə bileti və ali təhsil müəssisəsindən arayış təqdim etməlidir.

Xatırladaq ki, avqustun 1-dən etibarən AZAL bütün sərnişinlər üçün beynəlxalq istiqamətlər üzrə cari ekonom-klass tariflərinə 20-30% faiz endirim tətbiq edib.

Kaxa Kaladze: "Gürcüstan İrana elektrik enerjisinin ötürülməsində maraqlıdır" - FOTO

Gürcüstan və Ermənistan arasında elektrik xətti çəkilə bilər və bu xətt vasitəsilə tranzit yolu ilə İrana elektrik enerjisinin ötürülməsi mümkün ola biləcək.

"Dalğa TV"nin "Kommersant" qəzetinə istinadən məlumatına görə, bu barədə noyabrın əvvəlində Tiflisdə Gürcüstanın energetika naziri Kaxa Kaladze ilə görüşən Ermənistanın energetika naziri Yervand Zaxaryan jurnalistlərə açıqlamasında bildirib. Kaxa Kaladze isə öz növbəsində İrana tranzit yolu ilə elektrik enerjisinin ötürülməsində maraqlı olduqlarını bildirib: "Bu ölkəyə münasibətimiz dəyişib və biz İrana elektrik enerjisi ötürməkdə və bu ölkədən qaz almaqda maraqlıyıq", deyə K. Kaladze bildirib.

Gürcü nazir noyabr ayı ərzində bu məsələləri müzakirə etmək üçün İrana səfər etmək niyyətindədir.

Jurnalistlərə açıqlama verən Ermənistanın energetika naziri Yervand Zaxaryan Rusiya qazının həcminin Gürcüstandan keçməklə artırılması barədə fikirlərin olduğunu təsdiqləyib. "Əgər, bizim qaz təchizatı sahəsində imkanlarımız yaranarsa, biz mütləq bu qazı "Qazprom"dan alacağıq", deyə nazir bildirib.

O, qeyd edib ki, Ermənistan Rusiyanın "Qazprom" şirkətindən aldığı 1000 kubmetr qaza görə 165 dollar ödəyir.

Bidzina İvanişvili: İran qazı böyük ehtimalla Gürcüstana nəql ediləcək

Böyük ehtimalla İran qazı Gürcüstana nəql ediləcək.

"Dalğa TV"nin "Georgia Online"-yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan sabiq baş naziri, sahibkar-milyarder Bidzina İvanişvili bildirib. İvanişvili İranla maksimum möhkəm və geniş ticarət əlaqələrinin yaradılmasının zəruriliyini qeyd edib.

"İki həftə əvvəl mənim ABŞ səfiri ilə görüşüm olub. Biz iqtisadiyyatın bütün istiqamətləri üzrə hökumət üzvləri ilə çox fəal çalışırıq. Mən heç nəyi idarə etmirəm, lakin iqtisadiyyatla əlaqəli olan hər məsələdə fəal iştirak edirəm. Biz İranla maksimum möhkəm və geniş ticarət əlaqələrinin yaradılmasına nail olmalıyıq. Siz bilməlisiniz ki, İran, Çin və Rusiya bizə çox gərəkdirlər. İran qazı da Gürcüstana nəql edilsə bu çox maraqlı olardı və mən düşünürəm ki, bu, böyük ehtimalla, belə də olacaq", deyə İvanişvilli bildirərək, hökumət özü təfərrüatları ictimaiyyətə təqdim etməyincə məsələnin detallarını açıqlaya bilməyəcəyini qeyd edib.
İvanişvillinin sözlərinə görə, o özü danışıqlarda sahibkar qismində iştirak edir.

SOCAR bu il büdcəyə 1,271 mlrd. manat ödəyib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin oktyabr ayında dövlət büdcəsinə 136,031 mln. manat vəsait ödəyib.


"Dalğa TV" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvar-oktyabr aylarında büdcəyə ümumilikdə 1 271,276 mln. manat ödənilib.
Bundan əlavə, cari ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11,194 mln. manat vəsait köçürüb. Cari ilin yanvar-oktyabr aylarında isə şirkət tərəfindən Fonda ödəniş 115,417 mln. manat olub.

Tiflisdə inklüziv turizmin inkişaf etdirilməsi mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO

Bu gün Tiflisdə "İqtisadiyyatın inkişafı üçün İnklüziv turizmin inkişaf etdirilməsi" mövzusunda beynəlxalq konfrans başlayıb. Tədbir Gürcüstanın himninin səsləndirilməsi ilə başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, inklüziv turizmə həsr edilən beynəlxalq konfransı Tiflis şəhər meri David Narmania açaraq son illərdə Gürcüstanda, eləcə də region ölkələrində turizmin daha da genişləndirildiyini bildirib və son illər region ölkələrindən, eləcə də müxtəlif xarici ölkələrdən Gürcüstana çoxlu turist gəldiyini açıqlayıb.

Beynəlxalq konfransda çıxış edən Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri Dmitri Kumsişvili turizmin iqtisadiyyatın inkişafında prioritet sahələrdən biri olduğunu qeyd edib. Konfransda Gürcüstan Milli Turizm Agentliyinin sədri Giorgi Qoqovadze, Almaniyanın Gürcüstandakı səfiri Betina Katenbax çıxış edərək inklüziv turizmin inkişafı və onun perspektivləri haqqında, həmçinin turizmin tarixi ənənələr nöqteyi-nəzərindən inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Tədbirdə qeyd olunub ki, Gürcüstan 2006-cı ildə BMT ilə inklüziv turizmin inkişaf etdirilməsi ilə bağlı müqavilə imzalayıb.

Tədbir müxtəlif mövzularda təşkil edilən sessiyalarda davam edib.

Tədbirə Avropa və Asiya, həmçinin Cənubi Qafqaz ölkələrindən 150-dən çox nümayəndə qatılıb. Tədbirdə Azərbaycanı ekspertlər qrupu və azərbaycanlıların rəhbərlik etdiyi yerli turizm agentlikləri təmsil edib.

Gürcüstan Milli Turizm Agentliyinin sədri Giorgi Qoqovadze APA-ya açıqlamasında region ölkələri də daxil olmaqla Cənubi Qafqazda inklüziv turizmin getdikcə inkişaf etdiyini bildirib: "Son illərdə istər Gürcüstanda, istərsə də Azərbaycanda turizmin inkişafı hər iki ölkənin əlaqədar strukturlarını ciddi maraqlandırır və turizm müasir dövrdə vacib sektorlardan biri sayılır. Bizim Azərbaycan ilə çox gözəl münasibətlərimiz var. Bu yaxınlarda mən Azərbaycanda səfərdə olarkən turizm sahəsində birgə əməkdaşlığa dair razılıq əldə etdik və müəyyən sənədlər hazırlandı. Bu sənədə əsasən gələn ilin yanvarında Nyu-York şəhərində birgə turizm sərgisinin keçirilməsi nəzərdə tutulub. Bu, Azərbaycan və Gürcüstanın turizm strukturu rəhbərliyi arasında həyata keçiriləcək ilk beynəlxalq tədbir olacaq. Bizim məqsədimiz iki dost və qardaş ölkənin turizm potensiyalına Amerikada diqqət cəlb etməkdir”.

Rövnəq Abdullayev: "SOCAR Misirin zavodlarında, emal prosesində iştirak edə bilər"

SOCAR prezidenti Rövnəq Abdullayev Misirə səfəri çərçivəsində keçirdiyi bir sıra rəsmi görüşlərin detallarını açıqlayıb.

"Dalğa TV"in məlumatına görə, bunu SOCAR prezidenti qeyd edib ki, Misirlə Azərbaycanın əməkdaşlığı artıq daha yüksək səviyyəyə çıxıb: "Bildiyiniz kimi, bizim baş nazir İsmayıl Şərif və digər rəsmi şəxslərlə görüşlərimiz olub. Misir bazarı böyük bazardır. Biz bir neçə ildir ki, bu ölkəni xam neft və neft məhsulları ilə təmin edirik. Artıq 1 milyon tondan çox məhsul göndərilib. Əməkdaşlığımız daha yüksək səviyyəyə çıxıb. Daha böyük layihələr müzakirə olunub. Keçirdiyimiz görüşlər zamanı Misir zavodlarında, o cümlədən emal prosesində bizim iştirakımız müzakirə olunub. Bundan başqa, tollinq payların alınması da müzakirə olunub".

Lari dollara nisbətən ucuzlaşdı

Milli Bank larinin rəsmi məzənnəsini təyin etdi.

Yeni məzənnəyə əsasən milli valyuta dollarla nisbətdə cüzi olaaraq ucuzlaşdı. Məhz 7 noyabr tarixindən bir dolların rəsmi dəyəri 2.3998 lari olacaq. Gürcüstan Milli Bankının təyin etdiyi məzənnəyə əsasən milli valyuta avro ilə müqayisədə də ucuzlaşdı. sabahdan bir avroyu -2.6088 lariyə almaq mümkün olacaq.

İlham Əliyev Marneulidəki soyuducu anbar kompleksi ilə tanış oldu

Azərbaycanın həyata keçirdiyi investisiya layihələri çərçivəsində istifadəyə verilib.

Prezident İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Marneuli rayonunda fəaliyyət göstərən soyuducu anbar kompleksi ilə tanış olublar.

"Dalğa TV"nin prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlət başçılarına məlumat verildi ki, "Aqroinvest 146" Məhdud Məsuliyyətli Cəmiyyətin soyuducu anbar kompleksi bu il aprelin 18-də azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Candar qəsəbəsində istifadəyə verilib. İki hektar ərazini əhatə edən kompleksə ofis və yardımçı binalar, 12 soyuducu və bir saxlama kamerası, transformator və təhlükəsizlik binaları, çəki məntəqəsi və su anbarı daxildir.

Bu müəssisə Gürcüstanda fəaliyyət göstərən ən böyük soyuducu anbar kompleksidir.

Soyuducu kameraların sahəsi 4250 kvadratmetrdir. Ət və balıq məhsulları üçün nəzərdə tutulan iki kameranın -5°C-dən -20°C-dək soyutma imkanı var. Temperaturun -5°C-dən +5°C -dək dəyişdiyi digər 10 kamerada isə meyvə- tərəvəz və çərəz saxlanılacaq. Soyuducu anbar kompleksi 2100 ton müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları və min ton çərəzin saxlanılması üçün nəzərdə tutulub.

Kvemo-Kartli regionuna xidmət göstərən kompleks Azərbaycanın Gürcüstanda həyata keçirdiyi investisiya layihələri çərçivəsində istifadəyə verilib. Tikintisinə 2013-cü ilin martında başlanan obyektdə inşaat işləri "Akkord Georgia" şirkəti tərəfindən həyata keçirilib.

Marqvelaşvili: Azərbaycan Gürcüstan iqtisadiyyatına böyük dəstək verir

“Biz Azərbaycan xalqına minnətdarıq”.

Ölkələrimiz arasında əlaqələr xoş niyyətli və qonşuluq münasibətlərinə əsaslanır, hansı ki, bu münasibətlər bir çox imtahanlardan keçib. Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına böyük dəstək var. Bunun üçün biz Azərbaycan xalqına minnətdarıq.

"Dalğa TV"nin xəbərinə görə, bu sözləri Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Azərbaycan prezidenti İlham Əliyev ilə təkbətək və hər iki ölkənin nümayəndə heyətləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz görüşümüzdə regionda qloballıq nöqteyi-nəzərdən çıxış etdik, sabitlik haqqında danışdıq, stabilliyin əhəmiyyətini vurğuladıq. Biz münaqişələrin sülh yolu ilə həlli yollarını və bir-birimizin suverenliyini, ərazi bütövlüyünü dəstəklədik. Mən Azərbaycanda keçən parlament seçkiləri münasibətilə cənab İlham Əliyevi təbrik edirəm. Azərbaycan prezidentinin seçkilərdən sonra ölkəmizə gəlişi böyük əhəmiyyət kəsb edir”, - Gürcüstan prezidenti çıxışında bildirib.

Onun sözlərinə görə, Gürcüstan Avropa və Asiya arasında həmişə bir dəhliz rolunu oynayıb: “Biz nəqliyyat funksiyasına vəfalı olduğumuzu göstərmişik. Bu baxımdan münasibətlərimizi dərinləşdirməyə həmişə hazırıq. Haqqında söhbət etdiyimiz layihələrin perspektivi enerji və nəqliyyat əməkdaşlığın daha da dərinləşdirilməsinə gətirib çıxaracağına əminəm”.

Saytda Axtarış

ახალი ამბები