Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1491
DünənDünən3048
Bu həftəBu həftə7592
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8464191

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda “Marneuli 500” elektrik yarımstansiyasının təməlqoyma mərasimi keçirilib

Oktyabrın 9-da Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze azərbaycanlıların kompakt yaşadığı Marneulidə olub.

K.Kaladze Marneulidə yeni 500 kv-lıq "Marneuli 500" elektrik yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib.

Tədbirdə Gürcüstan Dövlət Elekrik Sistemlərinin İdarəçiliyi Şurasının sədri Sulxan Zumberidze, Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü və Asiya İnkşaf Bankının (AİB) Gürcüstandakı daimi nümayəndəliyinin direktoru Yeşim Elhan Qayalar çıxış edərək yarımstansiyanın Marneuli bölgəsində tikilməsini vacib hadisə hesab ediblər. Qeyd olunub ki, "Marneuli 500" yarımstansiyası istifadəyə verilməsi bölgənin inkişafına yeni təkan verəcək.

Məlumata görə, müasir texnologiyalar ilə təchiz olunmuş elektrik yarımstansiyanın tikintisinə AİB-nın maliyyə dəstəyi ilə Gürcüstan Dövlət Elektrik Sistemi İdarəsinin "Bölgə elektrik ötürücüsünün bərpası layihəsi" çərçivəsində başlanılıb. Yarımstansiyasının tikintisini Türkiyənin "Best" adlı şirkəti həyata keçirəcək. Layihənin dəyəri 20 milyon ABŞ dollarını təşkil edir. Tikinti 2016-cı ilin ikinci yarısında sona çatacaq.

Tədbirdə Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili, Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili və digər rəsmilər iştirak edib.

​Abaşidze: "Azərbaycan Gürcüstana əsas təbii qaz tədarükçüsü olaraq qalacaq

"Azərbaycan Gürcüstana əsas təbii qaz tədarükçüsü olaraq qalacaq, hətta Rusiyadan qaz kəməri vasitəsi ilə tranzit artacağı halda belə".

"Dalğa TV" xəbər verir ki, bu barədə "Novosti Qruziya"ya müsahibəsində Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.

Gürcüstan 2007-ci ildən Rusiyadan qaz almır, əsas tədarükçü Azərbaycandır. Lakin Gürcüstan Rusiya qazının Ermənistana ümumi tranzit həcminin 10%-ni götürür.

"Biz Rusiyadan uzun illərdir qaz alırıq. Bu bizim Rusiyadan Ermənistan istiqamətinə buraxdığımız tranzitin bir hissəsidir. Əgər tranzit həcmi artarsa və biz daha çox qaz alarıqsa, mən bunda pis bir şey görmürəm. Azərbaycan bu baxımdan bizim strateji tərəfdaşımızdır və bu belə olaraq qalacaq", — deyə Abaşidze bildirib.

Rusiya qazı ilə bağlı ajiotaj Gürcüstanın energetika naziri Kaxa Kaladzenin sentyabrın sonlarında "Qazprom"un idarə heyətinin sədri Aleksey Miller ilə danışıqlar apardığı barədə məlumat yayılandan sonra başlayıb. Şirkətdən bildiriblər ki, tərəflər Rusiya təbii qazının Gürcüstana tədarükü, həmçinin onun üçüncü ölkəyə tranziti məsələlərinin müzakirə olunub. 

Rusiya Türkiyəyə qaz verməkdən imtina etdi

Türkiyənin "Mavi axın" kəməri ilə Rusiyadan 3 milyard kubmetrlik qaz almaq təklifi "Qazprom" şirkəti tərəfindən rədd edilib.

"Dalğa TV" "Reuters"ə istinadən xəbər verir ki, "Qazprom"un prezidenti Aleksey Miller Türkiyənin qaz almaqla bağlı niyyətini təmin edə bilməyəcəklərini bəyan edib.ğ
Bildirilir ki, tərəflər 2 il əvvəl bu məsələ ilə bağlı razılaşma əldə edib. Rusiya tərəfi sonradan bildirib ki, türklərin istədikləri qazın 2 milyardını layihəsi planlaşdırılan "Türk axını" xətti vasitəsi ilə həyata keçirə bilərlər.

SOCAR qaz hasilatını 6% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-avqust ayları ərzində 4 580,8 mln. kubmetr təbii qaz hasil edib.

"Dalğa TV" SOCAR-a istinadən xəbər verir ki, qaz hasilatı bu ilin 8 ayında ötən ilin müvafiq dövrünə nisbətən 7,7% azalıb.

Bu ilin 8 ayında hasil olunan qazın 603,4 mln. kubmetri avqust ayının payına düşüb.

Avqust ayında isə qaz hasilatı ötən ilin avqust ayına nisbətən 6,3% çox olub.

​SOCAR bu il büdcəyə 1,135 mlrd. manatdan çox vəsait ödəyib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin sentyabr ayında dövlət büdcəsinə 136,487 mln. manat vəsait ödəyib.

"Dalğa TV" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin sentyabr ayından 6,6% azdır.

Bu ilin yanvar-sentyabr aylarında isə SOCAR büdcəyə 1 135,245 mln. manat vəsait ödəyib ki, bu da ötən ilin müvafiq dövründən 19% azdır.

Bundan əlavə, cari ilin sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11,788 mln. manat vəsait köçürüb. Bu göstərici 2014-cü ilin sentyabr ayı ilə müqayisədə 1,2% çox olub.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-sentyabr aylarında Şirkət tərəfindən DSMF-yə ödəniş 104,223 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 3% azdır.

"Petlim" limanında son görülən işlər - VİDEO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi olan "SOCAR Turkey" şirkətinin İzmirin Əliağa bölgəsindəki "Petkim" yarımadasında inşa etdiyi "Petlim" konteyner limanının ilk fazası tamamlanmaq üzrədir.

"Dalğa TV" xəbər verir ki, ümumilikdə 55 hektarlıq sahəyə sahib liman Egey dənizinin ən böyük konteyner limanı olacaq.

Türkiyənin isə üçüncü ən böyük limanı olacaq "Petlim" limanının ilk fazasının bu ayın sonuna tamamlanması gözlənilir.

"SOCAR Turkey" şirkətindən qeyd olunan məlumata görə, "Petlim" konteyner limanının 2016-cı ilin yanvar ayından gəmiləri qəbul edəcəyi planlaşdırılır.

Layihənin 2-ci Fazasına dair inşaat işləri isə 2016-cı ildə yekunlaşdırılaraq, hazır vəziyyətə gətiriləcək. Liman tam fəaliyyətə keçdiyi zaman iş ilə təmin olunmuş şəxslərin ümumi sayı 700 nəfər təşkil edəcək.

Bu limana 11 min ədəddən çox konteyner daşıyan dünyanın ən böyük konteyner gəmiləri yanaşa biləcək. Bunun üçün dənizin dərinliyi 16 metrə çıxarılıb və 700 metr uzunluğunda liman sahil xətti inşa edilib. İlkin götürmə gücü 1.5 milyon konteyner olub, bu göstərici 2.5 milyon konteynerə qədər çıxa biləcək. Limanın 10 milyon ton quru yük götürmə qabiliyyəti olacaq. İnşaat şərtnamələri Türkiyədə inşa edilən limanları 50% üstələməkdədir.

"Petlim" limanı Türkiyədə yerləşən konteyner terminallarında hazırda mövcud olmayan avtomatlaşdırma şəbəkəsi ilə istismar ediləcək. Eyni zamanda, Türkiyənin ən yüksək aydınlatma dirəklərinə sahib (50 m) və ən işıqlı konteyner terminalı olacaq (50 lux - 100 lux səviyyəsində aydınlatma).

"Petlim" limanı dünya miqyasında nüvə stansiyalarının sahib olduğu zəlzələyə dayanıqlılıq standartlarına uyğun şəkildə inşa edilib. Terminalı qorumaq və əməliyyatların qüsursuz davam etməsini təmin etmək məqsədilə 310 m uzunluğunda yeni bir dalğa qıran tikilib. Ü;mumi yüktəyinatlı mövcud gəmi yanaşma körpüsü gücləndirilərək 10 ton/m2-lik yüklərə uyğun şəkildə hazırlanıb və layihəyə bir dəyər olaraq qazandırılıb.

"Petlim" keyfiyyət standartları baxımından Türkiyənin və dünyanın ən keyfiyyətli və ən yüksək standartlara sahib limanı olacaq. Limanın quru və dəmir yollarına bir başa qoşulma imkanı var.

Bu liman 2023-cü ildə Türkiyənin 500 mlrd. dollar ixrac və 1 trilyon dollar xarici ticarət hədəfinə çatması yolunda çox önəmli rol oyanacaq və Türkiyənin dünyaya açılan yeni qapısı olacaq.

Qeyd edək ki, liman hələ layihə mərhələsində olarkən, konteyner terminalı idarəçiliyində dünyanın ən uğurlu və ən böyük qrupu olan "Maersk"in “APM Terminals” şirkəti tərəfindən layihə tamamlandıqdan sonra 30 il müddətində istismar edilməsi üçün müqavilə imzalanıb. Gəlir ortaqlığı razılaşmasına əsasən "Petkim" də əldə edilən gəlirlərdən pay alacaq.

"Petlim" layihəsinin investisiya dəyəri rəqabətcil bazar şərtlərində ən uyğun rəqəmlərlə hazırlanıb. Liman hələ inşaat mərhələsində ikən, dünyanın nəhəng investisiya banklarından biri olan ABŞ mərkəzli “GoldmanSachs International” layihənin dəyərini 1 mlrd. ABŞ dolları olaraq müəyyənləşdirib və 30%-nə 300 mln. dollar ödəyərək, “Petlim”ə ortaq olub. "Petlim" limanının inşaat xərci təxminən 240 mln. ABŞ dolları təşkil etməkdədir.

"Report" limanda görülən son işlərlə bağlı videoreportajı təqdim edir.

 

Azərbaycan neftinin qiyməti 54 dollara yüksəlib

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,97 dollar yaxud 3,78% bahalaşıb.

"Dalğa TV" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 53,99 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

​Neft 5% bahalaşıb

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,27 dollar yaxud 4,91% bahalaşaraq 48,53 dollar/barel təşkil edib.

"Dalğa TV"nin məlumatına görə, "Brent" markalı neft də 2,67 dollar və ya 5,42% bahalaşaraq 51,92 dollar/barelə çatıb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir.

İkinci konteyner qatarı Azərbaycandan keçməklə Gürcüstana çatdı

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə ikinci konteyner qatarı Azərbaycan ərazisindən tranzit olaraq keçməklə Gürcüstana çatıb.

Bu il avqustun 3-də Şixezi (Çin) - Dostık - Aktau - Ələt limanı marşrutu üzrə hərəkət edən ilk sınaq konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatmışdı.

Qeyd olunan konteyner qatarının fəaliyyəti dəmir yolları rəhbərlərinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclaslarında əldə etdikləri çevik tarif siyasəti və əlverişli texniki şəraitin yaradılması ilə bağlı danışıqların nəticəsi olaraq, "Qazaxıstan temir jolı" SC, "Çin Dəmir Yolları" (ÇSR), "Azərbaycan Dəmir Yolları" QSC və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilir.

Artıq ikinci konteyner qatarı mənzil başına çatıb. Çin Xalq Respublikasının Urumçi-Xinjiang vilayətinin Alaşanko eksport stansiyasından çıxan 44 ədəd vaqondan ibarət konteyner qatarı Azərbaycan ərazisindən tranzit olaraq keçməklə, 8 gün ərzində Gürcüstanın Tbilisi Uzlovaya stansiyasına çatıb.
Qeyd edək ki, əvvəllər belə qatarlar alternativ marşrutlarla 25-40 gün müddətində Bəndər-Abbas və Poti limanları vasitəsilə daşınırdı.

Azərbaycanda dollar ucuzlaşıb, avro bahalaşıb

Bu gün oktyabrın 1-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

 

"Dalğa TV"nin məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 2-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0002 manat və ya 0,02% azalaraq 1,0483 manata enib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0032 manat və ya 0,27% artaraq 1,1720 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,62% ucuzlaşaraq 0,0160 manat olub.

SOCAR bu il təyyarə yanacağının ixracını 28% artırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi 2015-ci ilin sentyabr ayında 56 484 ton dizel yanacağı, 18 727 ton təyyarə yanacağı ixrac edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, dizel yanacağının ixarcı ötən ilin sentyabr ayından 32%, təyyarə yanacağının ixracı isə 2% az olub.

Ümumilikdə, 2015-ci ilin yanvar-sentyabr ayları ərzində 707 282 ton dizel yanacağı, 178 194 ton təyyarə yanacağı və 280 ton soba mazutu ixrac edilib.

Dizel yanacağının ixracı ötən ilin müvafiq dövründən 0,79%, soba yanacağının ixracı 32% azalıb, təyyarə yanacağının ixracı isə 28% artıb.

Qeyd edək ki, bu ilin sentyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 tonüçün) 502,77 dollar, təyyarə yanacağının 466,90 dollar, dizel yanacağının 449,25 dollar, 1% kükürdlü mazutun isə 220,76 dollar olub.

SOCAR bu il qərb marşrutu ilə 2,034 mln. ton neft ixrac edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin sentyabr ayında Supsa limanından (Qara dəniz, Gürcüstan) 169 479 ton xam neft ixrac edib.

SOCAR-dan verilən məlumata görə, bu, ötən ilin sentyabr ayına nisbətən 33% azdır.

Yanvar-sentyabr ayları ərzində Supsa limanından 2 033 539 ton xam neft ixrac edilib. Bu göstərici isə ötən ilin müvafiq dövründən 11% az olub.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.

Saytda Axtarış

ახალი ამბები