Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1258
DünənDünən1597
Bu həftəBu həftə8293
Bu ayBu ay5571
Bu günə qədərBu günə qədər7493788

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Nazir: “Bakı-Tbilisi-Qars layihəsi üzrə Gürcüstan və Türkiyə dəmir yollarını birləşdirəcək tuneldə qazma işləri bu ayın sonunda tamamlanacaq”

altBu ilin birinci rübündə dəmir yolu nəqliyyatı sisteminin inkişafına dair Dövlət Proqramının icrası üzrə Bakı–Gürcüstan sərhədi istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji sisteminin dəyişən cərəyana keçidi, rabitə qurğularının yeniləşdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması işləri davam etdirilib. Hesabat dövründə 29 kilometr, ümumilikdə proqram üzrə 390 kilometr yeni yol salınıb.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi altında keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars layihəsi üzrə Axalkələk-Türkiyə sərhədi sahəsində 29 kilometr yeni yolun tikintisi və 154 kilometr yolun rekonstruksiya işləri başa çatdırılıb, ötən ilin dekabrında sınaq qatarı xəttə buraxılıb: “Gürcüstan və Türkiyə dəmir yollarını birləşdirəcək 4,4 kilometrlik tuneldə qazma işləri bu ayın sonunda tamamlanacaq. Layihənin tam başa çatdırılması isə 2015-ci ildə nəzərdə tutulur. Qeyd etmək istərdim ki, bütövlükdə tikinti sahəsində bu günə qədər tam infrastrukturu ilə birlikdə 183 kilometr yeni yol salınıb, 15 körpü, 23 yol keçidi, 300-dən artıq su ötürücüsü və digər süni qurğular, 5 stansiya inşa edilib”.

Nazirdən sensasion AÇIQLAMA: Türkiyə TANAP-dan imtina edə bilər

alt

“Daha sərfəli ticarət təklifi olarsa, Türkiyə TANAP layihəsindəki iştirak payını sata bilər”. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, belə sensasiyalı bəyanatla enerji və təbii qaynaqlar naziri Taner Yıldız çıxış edib.
O qeyd edib ki, hazırda bir sıra ölkə TANAP layihəsinə maraq göstərir.

Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük önəm daşıyan TANAP çərçivəsində Azərbaycandan bu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır.

Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi planlaşdırılır.

TANAP layihhəsi 10-11 milyard dollar dəyərində qiymətləndirilir.

Layihədə payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.

Kəmaləddin Heydərov Əfqanıstanın neft nazirini qəbul edib

altAzərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının mədən və neft naziri Daud Şah Sabanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata əsasən,

K. Heydərov Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti haqqında ətraflı məlumat vermiş, iki ölkənin uyğun qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb. Nazir qeyd edib ki, iki dost ölkənin dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri əlaqələrin inkişafına stimul verir.

Səmimi qəbula görə təşəkkür edən Daud Şah Saba bildirib ki, onun rəhbərlik etdiyi nazirlik Fövqəladə Hallar Nazirliyi ilə müvafiq sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Kaladze Bakı-Tbilisi-Qars-dan danışdı

alt"Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin üzərlərinə düşən hissəsindəki bütün öhdəlikləri yerinə yetirib".

ANS PRESS-in məlumatına görə, bunu Gürcüstanın baş nazirin müavini, energetika naziri Kaxa Kaladze söyləyib.

O bildirib ki, hazırda Türkiyənin ərazisindəki tunelin tikintisi də sona çatmaqdadır. Gürcüstan baş nazirinin müavini əlavə edib ki, işlər iki ay sonra tam yekunlaşacaq:

"Bu çox böyük və əhəmiyyətli layihədir. Dəmiryol magistralı bu ilin sonuna qədər istismara veriləcək", - deyə Kaxa Kaladze söyləyib.

Qeyd edək ki, 2007-ci il, noyabr 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulub. BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir əhəmiyyət daşıyır.

Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 mln. dollar təşkil edəcək.

TANAP-ın təməl vaxtı açıqlandı

altTrans Anadolu Qaz Boru Kəmərinin (TANAP) təməlinin qoyulacağı vaxtı açıqlanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız yerli boru istehsalçıları ilə görüşündə məlumat verib.

Təməlqoymanın yeri artıq məlumdur. Nazirin sözlərinə görə, gecikmə olmayacağı təqdirdə 17 mart tarixində Qarsda prezidentlər səviyyəsində TANAP-ın təməli qoyulacaq.

Taner Yıldız qeyd edib ki, bununlada TANAP-ı bir daha bölgəyə və dünyaya elan etmiş olacağıq.

Qeyd edək ki, Trans Anadolu Qaz Boru Kəməri - təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. TANAP layihəsinin işə düşməsi Şahdəniz-II layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2017-ci il üçün nəzərdə tutulub.

Türkiyəli nazir: “Qars-Tiflis-Bakı dəmiryolunun tikintisi 2015-ci ilin axırında başa çatacaq”

alt“Qars-Tiflis-Bakı dəmiryolunun tikintisi 2015-ci ilin axırında başa çatacaq”.


Bunu İstanbulda keçirdiyi mətbuat konfransında APA-nın sualını cavablandırarkən Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Əlvan deyib.

Layihənin xeyli yubanmasının səbəbini şərh edən nazir deyib: “Qars-Tiflis-Bakı dəmiryolunun Türkiyə ərazisindəki uzunluğu 79 kilometrdir. Türkiyə tərəfində görüləcək işlər tam başa çatdırılıb. 2015-ci ilin axırında dəmiryolu xəttini istifadə verəcəyik. Bu xətt tarixi “İpək yolu”nun canlandırılması istiqamətində mühüm addımlardan biri olacaqdır. Bu dəfə təxirə salınma olmayacağını və dəmiryolu xəttinin 2015-ci ilin axırında istifadəyə veriləcəyini deyə bilərəm”.

Qeyd edək ki, Qars-Axalkələk-Tiflis dəmiryolu tikintisinin 2013 və 2014-cü ilin axırında istismara veriləcəyi daha əvvəl açıqlansa da, bunu reallaşdırmaq mümkün olmayıb. Türkiyə tərəfi işin Gürcüstan tərəfindəki landşaftın mürəkkəbliyindən meydana gəldiyini bildirib.

BTQ dəmir yolunun Gürcüstan hissəsi hazırdır

altÇətin dağlıq relyefin olmasına və havaların şaxtalı keçməsinə baxmayaraq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Gürcüstan ərazisindəki hissəsinin tikintisi başa çatdırılıb. Yolun bu hissəsində sınaq qatarı xəttə buraxılıb. Axalkalakidən yola çıxan qatar dekabrın 26-da axşam Türkiyə ilə sərhəddəki Karçaxi stansiyasına çatıb.

Bu sözləri Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəravtoyolservis” Qapalı Səhmdar Cəmiyyətinin Gürcüstan filialının rəhbəri Qurban Piriyev deyib.

Q.Piriyev bildirib ki, tikintisinə 2007-ci ildə başlanılan yolun yardımçı hissələr də daxil olmaqla Gürcüstan ərazisindəki ümumi uzunluğu 245 kilometrdən çoxdur. Bunun yalnız 185 kilometri birbaşa istifadə üçündür və baş yol hesab olunur.

Qeyd olunub ki, yolun Axalkalakiyə qədər olan hissəsi keçmiş sovetlər dövrünün standartlarına uyğun tikilib. Buradan Türkiyə sərhədinə - Karçaxi stansiyasına qədər olan hissə isə Avropa standartlarına uyğun inşa olunub. Bu yola uyğun olaraq Almaniyadan yeni lokomotiv də alınıb.

Bildirilib ki, BTQ-nin Gürcüstan hissəsinin tikintisinə ümumilikdə 775 milyon dollar vəsait xərclənib. Bu vəsaitin də xeyli hissəsini Azərbaycan hökuməti güzəştli şərtlərlə, uzun müddətə Gürcüstana kredit kimi verib.

Hazırda yolun Türkiyə ərazisindəki hissəsində işlərin cədvəl üzrə getdiyini bildirən Q.Piriyev deyib ki, burada xəttin uzunluğu 74 kilometrdir. Artıq tunellər tikilib və əsas yolda torpaqlama işləri aparılır. İşlərin gələn ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

Q.Piriyev deyib: “Bu layihə nəticəsində Azərbaycan Avropa ilə Asiyanı birləşdirəcək. Bu yol təkcə insanların və yüklərin daşınmasına deyil, həm də mədəniyyətlərin, sivilizasiyaların daşıyıcısı olacaq, millətlərin inteqrasiyasına, xalqların rifah halının yaxşılaşmasına xidmət edəcək”.

O, yolun tikintisi zamanı yaranmış təbii və süni problemlərdən də danışıb. Bildirib ki, dünyanın heç bir yerində dəniz səviyyəsindən 2000-2500 metr hündürlükdə, dağlarda dəmir yolu çəkilməyib. Havaların şaxtalı keçməsi də işləri bir qədər gecikdirirdi. Bəzən inşaatçılar 12 dərəcə şaxtada işləməli olublar. Lakin ən ciddi problem dəmir yolunun Gürcüstanın Cavaxetiya bölgəsində, ermənilərin yığcam yaşadıqları ərazilərdən keçən hissəsində yaranıb. Ermənilər müxtəlif üsullarla yolu bağlamağa, təxribatlar törətməyə cəhd göstəriblər. Azərbaycanın və Gürcüstanın dövlət başçılarının səyi nəticəsində bu problem həllini tapdı. Mən burada bir faktı xüsusi qeyd etmək istəyirəm: “Bu problemin həllində biz Prezident İlham Əliyevin qətiyyətinin, dəstəyinin və əzmkarlığının bir daha şahidi olduq. Məhz dövlətimizin başçısının səyi və qətiyyəti nəticəsində problem öz həllini tapdı. Buna görə, gürcü xalqı da Azərbaycan Prezidentinə minnətdardır”.

Q.Piriyev bildirib ki, BTQ-nin Gürcüstan ərazisindən keçən hissəsinin rəsmi açılışı yaxın vaxtlarda olacaq.

"SOCAR ENERJY GEORGIA GAS" şirkətinin rəhbəri: "Gürcüstanda 80%-dən çox qazlaşdırma həyata keçirəcəyik"

alt

“Gürcüstanda qazlaşdırma fəaliyyətimiz Gürcüstanın İqtisadiyyat Nazirliyi ilə 2008-ci ildə imzalanmış investisiya müqaviləsi əsasında həyata keçirilir. Həmin müqaviləyə əsasən biz tikinti işləri görür və yeni qaz şəbəkələri yaradırıq”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə "SOCAR ENERJY GEORGIA GAS" şirkətinin rəhbəri Azər Məmmədov APA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, şirkət tərəfindən bu günədək Gürcüstanda 200 minə qədər qədər potensial abunəçi üçün qaz şəbəkəsi yaradılıb: “2013-cü ilin dekabr ayında ARDNŞ prezidenti Rövnəq Abdullayevin iştirakı ilə imzalanmış memorandum əsasında bizim öhdəliklərimiz 150 mindən 250 min potensial abunəçiyə yüksəldi. Bu layihə 2017-ci ilin sonuna kimi olan dövrü əhatə edir. Hər il biz tikilən obyektlərin siyahısını Energetika Nazirliyi ilə razılaşdırırıq, sonra tikinti planı təsdiq olunur və təsisçi tərəfdən investisiyalar ayrılır”.

A.Məmmədov gələn il investisiyadan əlavə təxminən 32 min abunəçiyə qaz çəkmək planlaşdırıldığını da bildirib: "Nəticə olaraq investisiya layihəsinin axırında Gürcüstanda 80%-dən çox qazlaşdırma həyata keçirəcəyik. Biz əsasən azərbaycanlıların kompakt yaşadığı Marneuli, Qardabani, Bolnisi və digər bölgələrə diqqət yetiririk. Soydaşlarımızın yaşadığı kəndlərdə abunəçinin evinə qaz verəndə evlərin sənədlərinin (kupçaların) dövlət reyestrindən keçmədiyinin şahidi oluruq. Bu sahədə azərbaycanlı abunəçilərin çətinlikləri mövcuddur. Bu məsələ ilə əlaqədar nazirliklə danışıqlar aparır və çətinlikləri aradan qaldırmağa çalışırıq".

Rövnəq Abdullayev gürcü baş nazirlə görüşdü

altGürcüstanın baş naziri İrakli Qaribaşvili ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşüb.

ANS PRESS-in məlumatına görə, görüş ARDNŞ-nin 2014-cü ildə Gürcüstandakı işlərinin nəticələrinə həsr olunub.

Tərəflər görüşdə "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasının gedişini müzakirə ediblər. Qeyd edilib ki, bu layihədə Gürcüstana əsas tranzit ölkə qismində baxılır. Layihənin reallaşdırılmasına 2014-cü ilin sentyabrında başlanılıb.

Görüşdə ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn də iştirak ediblər.

BP və SOCAR arasında pay bölgüsünə dair yeni saziş imzalanıb

BP və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu gün Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında Hasilatın Pay Bölgüsü sazişi (HPBS) imzalayıb. BP-dən APA-ya verilən məlumata görə, sazişi Azərbaycan Respublikası Hökuməti adından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imzalayıblar. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib: “BP ilə tərəfdaşlığımızı daha da dərinləşdirəcək bu yeni sazişin imzalanması iştirakçı tərəflər – Azərbaycan Hökuməti, SOCAR və BP üçün əlamətdar hadisədir. Bununla əməkdaşlığımızın yeni mərhələsi başlanır. Bu mərhələ bizə imkan verəcək ki, yeni imkanlar aramaqla Azərbaycanda neft və qaz hasilatına uzunmüddətli gələcək təmin etmək üçün birgə işləyək. Bu yeni imkan Azərbaycanda neft hasilatının bundan sonra da on illərlə davam etməsinə töhfə verəcək.” BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib: “BP şirkəti SOCAR ilə birlikdə Xəzərdə geoloji kəşfiyyat işlərinin bu yeni mərhələsinə qədəm qoymaqdan qürur duyur. Bu, tərəfdaşlığımızda yeni bir dövrün başlanğıcıdır. Bu yeni tərəfdaşlıq BP-nin dünyanın digər yerlərində dayazsulu ərazilərdə məsuliyyətli şəkildə geoloji kəşfiyyat işlərinin aparılması və həmin ərazilərin işlənməsi üzrə geniş təcrübəsinə və sənayedə mövcud olan ən qabaqcıl texnologiyaların istifadəsi sahəsində səriştəsinə əsaslanır. Bizim təcrübə və texnologiyalarımızın tətbiqinə daha bir imkan yaratdığına görə Azərbaycan Hökumətinə və SOCAR-a təşəkkürümüzü bildiririk.” Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Bu sahəyə suyun dərinliyi 40 metrədək, potensial məhsuldar layın (kollektorun) dərinliyi isə 3000-5000 metr olan ərazilər daxildir.

ABŞ BP şirkətini 18 milyard dollar cərimələyəcək

alt

ABŞ rəhbərliyi Meksika körfəsinə neft axıtdığına görə Böyük Britaniyanın “British Petrolium” (BP) şirkətinə cərimə kəsməyi planlaşdırır.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı “Bloomberg” saytı yayıb.

Məlumatda deyilir ki, cərimənin 16-18 milyard dollar olacağı deyilir.

BP-nin işi ilə bağlı Yeni Orleana Federal məhkəməsi icraata başlayıb.

Məhkəmə BP-nin tərəfdaşı olan Anadarko şirkətini də 1 milyard dollar həcmində cərimələcəyi açıqlanıb.Qeyd edək ki, məlum hadisə 2010-cu ildə BP-nin “Deepwater Horizon” platformasında baş verib. Qəza zamanı 11 nəfər ölüb. 3 ay ərzində körfəzə 4.9 milyon barel neft axıb.

Gürcü səfirdən “Bakı-Tiflis-Qars” açıqlaması

alt

“Bakı-Tiflis-Qars dəmir yolu test qatarı üçün hazırdır”.

AzNews.az xəbər verir ki, bu sözləri Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.

Onun sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin 2015-ci ildə tamamlanacağı deyilir.

Dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanan sazişə görə inşa edilir. Layihəyə görə dəmir yolunun 105 kilometri yenidən tikilib.

Layihənin tamamlanmasından sonra bu dəmir yolu ilə ildə 17 milyon ton yük daşınacağı gözlənilir.

Saytda Axtarış

ახალი ამბები