Dalga Televiziyasi Mədəniyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün143
DünənDünən1775
Bu həftəBu həftə5613
Bu ayBu ay54309
Bu günə qədərBu günə qədər7481643

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Rusiyanın “Pervıy” telekanalı “Eurovision-2017” mahnı müsabiqəsini yayımlamaqdan imtina edib

Rusiyanın “Pervıy kanal” telekanalı “Eurovision-2017” mahnı müsabiqəsini yayımlamaqdan imtina edib. APA-nın RNS-ə istinadən verdiyi xəbərə görə, bu barədə telekanalın mətbuat xidmətindən bildirilib.

“Bu gün Avropa Yayım İttifaqından (AYİ) “Pervıy kanal”a daxil olan məktubda AYİ-nin Yuliya Samoylovanın “Eurovision-2017”  mahnı müsabiqəsində iştirakı məsələsini nizamlaya bilmədiyi qeyd edilib. Yaranmış vəziyyətdə “Pervıy kanal” telekanalı “Eurovision-2017” mahnı müsabiqəsinin yayımlanmasını mümkünsüz hesab edir”, - deyə telekanalın mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni  Rusiyanı “Eurovision-2017”–də  "Flame Is Burning" mahnısı ilə təmsil edəcəkdi.  

Erməni iştirakçıdan azərbaycanlı qıza dəstək

Rusiyanın “Tı super” layihəsinə qatılan 15 yaşlı erməni Anqelina Papikyan açıqlaması ilə hər kəsi təəccübləndirib.

 Dalga tv -nin Oxu.Az--a istinadla məlumatına görə, Ermənistanın Gümrü şəhərindən qatılan Papikyanın ifası bəyənilməyib və o, növbəti mərhələyə vəsiqə qazana bilməyib.

Erməni mətbuatına açıqlama verən Anqelina yarışmada azərbaycanlı ifaçı Pərvanənin qalib gəlməsini istədiyini deyib. O, Pərvanə ilə rəfiqə olduğunu, onu çox sevdiyini söyləyib.

Marneulidə Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevə həsr olunmuş filmin təqdimatı olub

Bu gün Gürcüstanın Marneuli rayonunda Azərbaycanın Milli Qəhrəmanı Murad Murzəyevə həsr olunmuş sənədli filmin təqdimatı olub.

 Dalga tv "Report"-a istinadən  xəbər verir ki, mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Dursun Həzənov, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, Gürcüstan parlamentinin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azerbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva tədbiri açdıqdan sonra, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib. Azərbaycan və gürcü xalqları arasındakı dostluq əlaqələrindən, oxşar xüsusiyyətlərdən danışan natiq deyib ki, bu gun hər iki olkənin ərazisi işğal olunub. O, hər iki ölkənin torpaqlarının tezliklə azad olunacağına əminliyini ifadə edib.

Ə.Amaşov bildirib ki, Mətbuat Şurası ilə ATXƏM-in birgə hazırladığı bu film tarixə 4 günlük müharibə kimi düşən bu film, əslində Azərbaycan Ordusunun qüdrətini bir daha nümayiş etdirdi. 

Sonra filmin nümayişi olub. Filmdə Azərbaycan Ordusunun qüdrətindən, xalqımızın mübarizlik əzmindən geniş danışılır. Filmdə Milli qəhrəman Murad Mirzəyevin keçdiyi şərəfli həyat yolu, hərbi xidmət dövrü, döyüş ruhu, bacarıqlı komandirlik təcrünəsi geniş təhlil olunur. Filmdə Milli qəhrəmanın 2016-cı ilin aprel döyüşlərindəki qəhrəmanlığının ayrı ayrı aspektləri filmin sujet xettini təskil edir. 

Sonra Gürcüstan parlamentinin deputatları Tamaz Naveriani, Ruslan Hacıyev, Agsaqqallar Şurasinin sədri İsaq Novruzov, gənclərden Elşən Çobanov çıxış edib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin qəhrəmanligindan, ölməzliyindən danışıblar. Şəhidlərimizin əziz xatirəsinin ürəklərdə daim yaşayacağı, torpaqlarımızın işgaldan azad olunacagı xüsusi qeyd olunub.

“Eurovision - 2017”-yə bütün biletlər satılıb

Kiyevdə keçiriləcək “Eurovision - 2017” beynəlxalq mahnı müsabiqəsinin üç final şousuna biletlərin hamısı satılıb.

Dalga tv  Report-a istinadən xəbər verir ki, bunu bilet satışı ilə məşğul olan servisin rəsmi məlumatları göstərir.

“Eurovision - 2017” beynəlxalq mahnı müsabiqəsi üçün biletlər aprelin 10-da satışa çıxarılıb. Ümumilikdə, 70 min bilet satışa çıxarılıb. Ən ucuz biletin dəyəri 8 avrodur. Final şousu zamanı ən ucuz bilet 80 avroya, ən bahalısı isə 500 avroyadır.

Qeyd edək ki, bu il “Eurovision” müsabiqəsi 9, 11, 13 may tarixlərində keçiriləcək.

Borçalı tarixi

Borçalı mahalı dünyanın ən qədim insan məskənlərindən biridir. Qədim dövr mənbələri burada eradan əvvəl I minillikdə xəzərlərin əcdadları olan müşklərin yaşadıqlarını, eyni zamanda bu dövrdə iskit-kimmer tayfalarının burada məskunlaşdıqlarını qeyd edirlər.

Mənbələrdə “Kür çayı boyunca yaşayan döyüşkən buntürk tayfalarının Makedoniyalı İskəndərə qarşı apardıqları mübarizə”dən bəhs edilir. Erkən orta əsr pəhləvi mənbələri Bоrçalını «Qоrdman» (Qurd adamların yurdu), gürcü mənbələri «Qurdis хеvi» (Qurd çalası), ərəb mənbələri Berşaliya və ya Börüçölü, Avropa səyyahları isə Turque Georgia, yəni Türk Gürcüstanı adlandırmışlar. Alban tarixçisi Musa Kalankatlı II – IV əsrlərdə barsillərin Cənubi Qafqazda möhkəmlənmələri haqqında məlumat vermişdir. Bu isə Borçalı termininin həm toponim, həm də etnonim mənasında işlənildiyini göstərir.

Bоrçalı mahalının ərazisi indiki Gürcüstan Rеspublikasının cənub - şərq (Dmanisi (Başkеçid), Bоlnisi (Bоlus), Marnеuli (Sarvan, Candar, Qızılhacılı), Qardabani (Qaratəpə), Zalqanın (Barmaqsız) bir hissəsi, Rustavi (Bоstanşəhər), indiki Еrmənistan Rеspublikasının şimalını (Nоyambеryan (Baranlı), Spitak (Hamamlı), Amasiya (Ağbaba), Stеpanavan (Calalоğlu), Kalininо (Daşır)) əhatə еtmişdir. Lakin istər çar Rusiyasının, istərsə də Sovet hakimiyyətinin dövründə Bоrçalının yaşı 1000 illərdən bəri türk dilində оlan yеr adları süni şəkildə dəyişdirilmiş, qоndarma adlarla əvəz еdilmişdir. Əvvəllər bu prоsеs iri rayоn mərkəzlərini, daha sоnra isə kəndləri əhatə еtmişdir.

Bоrçalı ərazisindən tapılan ilk müasir tipli insan mis – daş (eneolit) dövrünə aid еdilir. Bu dövrə aid Samtavro adlanan qəbristanlıqdan tapılan kəllələr antropoloji cəhətdən Azərbaycan türklərinin aid olunduqları Oğuz (Kaspi) irqi tipinə aid olunurlar. Oğuz (Kaspi) tipinə aid edilən insan qalıqlarına həm də Cənubi Bоrçalı (indiki Ermənistan Respublikasının şimalı) ərazisindəki Şenqavit və Bеrkabеr düşərgələrində rast gəlinmişdir.

Eramızın ilk illərində buntürklərin və kimmerlərin törəmələri olan kəmərlərin Makedoniyalı İskəndər tərəfindən buraya köçürülmüş iverlərlə apardıqları mübarizə ilə yanaşı, mənbələr II əsrdən başlayaraq Borçalıya əvvəlcə bulqarların, daha sonra isə hunların, savirlərin və onoğurların Borçalı ərazisində möhkəmlənmələri haqqında məlumat verirlər. 628-ci ildə Borçalı Göytürk xaqanlığının tərkibinə qatılmış,daha sonra isə Xəzər xaqanlığının nəzarətində olmuşdur.

Türk tayfalarının Borçalı ərazisində məskunlaşması Cənubi Qafqazın Ərəb xilafətinin tərkibində olduğu illərdə də davam edirdi. Xilafətin süqutu nəticəsində digər Azərbaycan ərazilərində olduğu kimi Borçalıda da qədim dövlətçilik ənənələri dirçəldildi – Tiflis və Dumanis əmirlikləri yaradıldı. Bu əmirliklər adətən Sacilər,daha sonra isə Salarilər sülalələri tərəfindən idarə edilən Azərbaycana bağlı idilər.

Səlcuqluların Cənubi Qafqaza gəlişi ilə Cənubi Qafqazda , o cümlədən Borçalıda da İslam - Türk amilinin qəti şəkildə qələbəsinə gətirib çıxartdı. 1118-ci ildə Səlcuqlulara qarşı mübarizə aparmaq məqsədilə Abxaz - Kartvel hökmdarı David Baqrationi (Aqmaşanebeli ) 40 min qıpçaq türkünü Borçalı və ona bitişik bölgələrə yerləşdirdi . 1121-ci ildə bu qıpçaqların köməyilə Didqori döyüşündə Səlcuqlu hərbi dəstəsi üzərində qələbə qazanan IV David Tiflis müsəlman əmirliyini ləğv etdi və Dmanisi əmirliyinin ərazisini işğal etdi. Bununla belə yerli əhalinin dini və etnik tərkibini nəzərə alan Baqratilər sülaləsindən olan gürcü hakimləri kəsdirdikləri pullarda Məhəmməd peyğəmbərin adını zərb etdirir, onların rəğbətini qazanmaq məqsədilə Cümə namazlarına gələrək xütbələrə qulaq asırdılar. Tiflisdə isə ümumiyyətlə donuz saxlamaq qadağan edilmişdi. IV David tərəfindən Tiflisə köçürülmüş xristian əhalisinin bir qismi 1226-cı ildə Xarəzmşah Cəlaləddin tərəfindən qovuldu, qalanları isə İslamı qəbul etdi.

XIII əsrin 20-ci illərindən başlayan monqol hücumları 60 - cı illərdə bütün Cənubi Qafqazın , o cümlədən Borçalının da Elxanilər dövlətinin tərkibinə qatılması ilə nəticələndi. Başqa monqol ulusu olan Qızıl Orda ilə Cənubi Qafqaz uğrunda mübarizə aparan Elxanilər, Qızıl Ordada hakimiyyətdə olan Bərkə xanın yanından qaçıb gələn monqol feodallarını Dumanisdə yerləşdirdilər.

XIV əsrin sonlarında Cənubi Qafqaza gələn Əmir Teymur 1386 - cı ildə Borçalıdakı Yağlıca düzənliyində ordugah quraraq Borçalıda yaşayan qıpçaq ellərini özünə tabe etdi.

XV əsrin 20-ci illərindən Azərbaycan Qaraqoyunlu dövlətinin tərkibinə qatılan Borçalı, bu dövləti əvəz edən Ağqoyunluların xüsusi diqqət yetirdikləri bir bölgə idi. Ağqoyunlu Həsən Padşah və onun oğlu Sultan Yaqubun dövründə Borçalı ərazisində yerləşən, mühüm strateji məntəqə olan Ağcaqala daha da möhkəmləndirildi.

XVI əsrin I rübündən başlayaraq Osmanlı - Səfəvi müharibələrinin gedişində dəfələrlə əldən - ələ keçən Borçalı əsasən Səfəvilərin nüfuz dairəsində qalmış və Qarabağ bəylərbəyiliyinin tərkibində olmuşdur.

XIX əsrin əvvəllərindən Rusiya ağalığının bərqərar olması Borçalı , ümumiyyətlə Cənubi Qafqazın müsəlman əhalisi üçün əsl faciə oldu. Bölgənin zorla Osmanlı imperiyası və Qacar İranı ərazilərinə sürgün edilən müsəlman əhalisinin (Qarapapaqlar, Ulaşlı və s.) yerinə ermənilər, aysorlar və yunanlar yerləşdirildi ki, bu da Borçalının etnik tərkibini qismə də olsa dəyişdirdi.

Rusiyada Romanovlar sülaləsinin devrilməsindən sonra Qafqazda milli - azadlıq mübarizəsi daha da gücləndi. 1918 - ci ilin mayında Cənubi Qafqazda müstəqil dövlətlər quruldu. Borçalı ziyalıları Osmanlının himayəsi altında «Qarapapaq» dövləti qurmaq cəhdləri uğursuzluqla nəticələndi. Borçalı ilə bağlı Azərbaycan Gürcüstan danışıqlarının getdiyi bir dövrdə erməni siyasətbazları Borçalını qanlı müharibə meydanına çevirdilər. 17 dekabr 1918-ci ildə Borçalı uğrunda başlayan erməni - gürcü müharibəsi mahalın iki yerə bölünməsi ilə nəticələndi. Bu bölgü Cənubi Qafqazda Sovet rejimi bərqərar olduqdan sonra rəsmiləşdirildi. Borçalının cənub hissəsi Ermənistan Respublikasına «hədiyyə edildi».

Hazırda Ermənistana verilmiş Borçalı torpaqlarında bir nəfər də olsun yerli Azərbaycan türkü qalmamışdır. Keçən əsrin 80-90-cı illərində Gürcüstanın tərkibindəki Borçalı torpaqlarına Svanetiya köçkünlərinin yerləşdirilməsi, Qamsaxurdiya rejiminin qatı millətçilik siyasəti Borçalının axtoxton türk əhalisinin xeyli hissəsinin Azərbaycan Respublikasına və Rusiyaya köçmələrinə səbəb olmuşdur.

 

 

                                                                                    https://youtu.be/iGJI1tk6Ldw

 

Mübariz İbrahimov haqqında film çəkiləcək

Türkiyənin İST Film şirkəti Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat yolundan bəhs edən film çəkir.

 Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, 2018-ci ildən kinoteatrlarda nümayiş olunacaq “Mübariz” adlı ekran işinin ilk tizer treyleri filmin “Youtube” kanalında yayılıb.

Film üçün açılan rəsmi “Facebook” səhifəsində isə ekran işi haqda məlumatlar da yayımlanıb:

2015-ci ildən bəri hazırlıqları davam edən Azərbaycan Milli Qəhrəmanı Şəhid Mübariz İbrahimovun həyatından bəhs edən filmin çəkilişləri 15 İyul hərbi çevrilişə cəhddən sonra təxirə salınsa da, 2017-ci ilin yaz aylarından İST Film tərəfindən davam etdiriləcək. Çəkilişlər Azərbaycanda baş tutacaq. Azərbaycan dövlət rəsmiləri ilə aparılan danışıqlar nəticəsində filmdə Mübariz İbrahimovun yaşadığı gerçək məkanlardan istifadə ediləcək.

Türkiyə və Azərbaycandan iki rejissor birlikdə çalışacaq. Proyektdə Azərbaycandan rejissor Samir Kərimoğlu, ssenarist Rəşad Süleymanoğlu və məşhur aktyor heyəti ilə birlikdə çalışılacaq. Döyüş səhnələrində Türkiyə və Azərbaycandan əlavə, Hollywood ilə Bollywood kinolarının dünyaca məşhur rejissorları ilə işbirliyi qurulacaq.

Qeyd edək ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

2005-ci ildə həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

O, 2010-cu il iyunun 18-də Tərtər rayanunun Çaykəndi yaxınlığında düşməni ağır itkilərə məruz qoyduqdan sonra, qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

Mübariz İbrahimovun meyiti 2010-cu il noyabrın 6-da Ermənistan tərəfdən alınıb.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb.

Mübariz İbrahimovİkinci Fəxri xiyabanda dəfn olunub.

Gürcüstanda Xalq Şairi Zəlimxan Yaqubun xatirəsi anılıb

Azərbaycanın Xalq Şairi, “Şöhrət” ordenli Zəlimxan Yaqubun xatirəsi doğulduğu Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anılıb.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, tanınmış həkim, professor Fərman Ceyranlı və başqaları çıxış edərək Zəlimxan Yaqubun həyat və fəaliyyətindən, Azərbaycan ədəbiyyatının zənginləşməsindəki xidmətlərindən danışıblar. Bildirilib ki, Z.Yaqub təkcə Azərbaycanda və Gürcüstanda deyil, bütün Türk dünyasında sevilən böyük şair idi. Çıxışlarda Z.Yaqubun Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin inkişafındakı xidmətləri xüsusi vurğulanıb. Ölməz şairin xatirəsinin qəlblərdə, ürəklərdə daim yaşayacağı qeyd olunub. Bildirilib ki, Zəlimxan Yaqubun yaratdığı əsərlər dövlət tərəfindən də daim yüksək qiymətləndirilib.

Mədəniyyət və incəsənət ustaları Zəlimxan Yaqubun şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər. Məktəblilər böyük ustadın şeirlərini söyləyiblər.

Xalq şairinin qardaşı Çingizxan Yaqubov tədbirin təşkilatçılarına, Zəlimxan Yaqub yaradıcılığına diqqət və qayğıya görə minnətdarlıq edib

 

“Eurovision” təmsilçimiz Amsterdamda çıxış edəcək

Aprelin 8-də Azerbaycanın builki “Eurovision” təmsilçisi DiHaj (Diana Hacıyeva) müsabiqədə ifa edəcəyi “Skeletons” mahnısı ilə Amsterdamda çıxış edəcək.

 Dalga tv Oxu.Az -a istinadən xəbər verir ki, təmsilçimiz Melkveqdə promo-tur çərçivəsində keçiriləcək ilin ən böyük “Eurovision” tədbirində Avropanın müxtəlif ölkələrindən olan 33 iştirakçı ilə birgə çıxış edəcək.

D.Hacıyeva həmçinin Avropanın kütləvi informasiya vasitələrinə və tanınmış bloggerlərinə müsahibədə də verəcək.  

“Eurovision - 2017” təmsilçimiz Rusiyadakı mərasimə qatılmayacaq

Bu il Azərbaycanı “Eurovision - 2017” mahnı müsabiqəsində təmsil edəcək Diana Hacıyeva Rusiya tərəfindən təşkil olunan “pre-party”yə qatılmayacaq.

Dalga tv-nin Axşam.az-a istinadən məlumatına görə, bu barədə müğənninin meneceri Tural Qənbərov bildirib.

Menecerin sözlərinə əsasən, Diananın başı müsabiqəyə ciddi qatışdığından onun mərasimdə iştirakı mümkün olmayacaq.

Xatırladaq ki, bir müddət öncə Rusiya mətbuatı müsabiqə öncəsi ölkə tərəfinin təşkil etdiyi qonaqlıqda 9 ölkənin nümayəndəsinin, eləcə də Azərbaycan təmsilçisinin iştirak edəcəyini qeyd edib. Həmin qonaqlıqda Rusiya təmsilçisi Yuliya Samoylova müsabiqədə ifa edəcəyi “Flame is Burning” mahnısını təqdim etməliydi.

Gecənin təşkilatçılarının hazırladığı press-relizdə isə bildirilir ki, əvvəlcədən “Eurovision”ın 10 iştirakçısı mərasimə qatılacağını bildirmişdi. Lakin yaranmış siyasi vəziyyətdən sonra qonaqlar pauza götürüblər. 

İndi isə məlum olub ki, təşkilatçılar bilet satışını belə dayandırıblar.

Qeyd edək ki, bu il “Eurovision - 2017” Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. Mahnı müsabiqəsinin yarımfinalı mayın 9-u və 11-də, finalı isə 13-də baş tutacaq.

Tiflisdə Azərbaycan teatrının yeni binası üçün torpaq sahəsi ayrılıb

Gürcüstan paytaxtında Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının yeni binasının tikintisi üçün torpaq sahəsi ayrılıb.

APA-nın Gürcüstan bürosunun verdiyi məlumata görə, Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Qiorqadze bildirib ki, torpaq sahəsi Azərbaycanın Gürcüstandakı səfirliyinin yanında yerləşir.

“Düşünürəm ki, sənədlərin hazırlanması çox vaxt aparmaz. Teatrın yeni binasının tikintisi ilə SOCAR məşğul olacaq”, - deyə o bildirib.
 

M. Giorqadze Gürcüstan hökuməti teatrın yeni binasının inşası ilə bağlı SOCAR-la danışıqlar aparır. 

Giorqadze: “Gürcüstan-Azərbaycan mədəni əlaqələri getdikcə inkişaf edir”

"Azərbaycanla mədəni əlaqələrimiz, əməkdaşlığımız getdikcə inkişaf edir. Buna nümunə olaraq son illər musiqi kollektivlərimizin hər iki ölkəyə qarşılıqlı səfərlərini göstərmək olar”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Giorqadze bildirib.

“Hazırda Tiflis Konservatoriyasının tələbələri Bakıda səfərdədir. Onlar Azərbaycan paytaxtında azərbaycanlı tələbələrlə birgə maraqlı proqramlarla çıxış edəcəklər. Azərbaycan Milli Konservatoriyasının rəhbərliyinə tələbələrimizi yaxşı qarşıladıqları üçün minnətdarlığımı bildirirəm”, - deyə o vurğulayıb.

M. Giorqadze Azərbaycan Milli Konservatoriyasının tələbələrinin yaxın vaxtlarda Gürcüstana səfər edəcəyini bildirib: “Düşünürəm ki, azərbaycanlı tələbələrin Tiflisdə təqdim edəcəyi musiqi nömrələri gürcü ictimaiyyətinin xoşuna gələcək. Biz də çalışacağıq ki, onları lazımi qədər dəstəkləyək və konsert vermələri üçün şərait yaradaq”.  

“Eurovision” təmsilçimiz rerkorda imza atıb

alt

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək Diana Hacıyevanın ifa etdiyi “Skeletons” mahnısının klipi 1 milyondan çox izlənilib.

Dalga tv xəbər verir ki, Diananın mahnısı “YouTube”da 16 min nəfər tərəfindən bəyənilib.

Məlumat üçün qeyd edək ki, Diana mayın 9-da Kiyevdə təşkil olunacaq mahnı müsabiqəsində səhnəyə 8-ci çıxacaq.

Saytda Axtarış

ახალი ამბები