Dalga Televiziyasi Mədəniyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün75
DünənDünən634
Bu həftəBu həftə6511
Bu ayBu ay51210
Bu günə qədərBu günə qədər7421684

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


"İpək Yolu” Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb

Azərbaycan Bəstəkarlar İttifaqında "İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalına həsr olunan mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, ittifaqın sədri, xalq artisti Firəngiz Əlizadə bildirib ki, festival iyunun 27-dən iyulun 1-dək baş tutacaq: “Ölkəmizdə elan edilən “İslam Həmrəyliyi İli”nə uyğun olaraq builki festivalda İslam ölkələrinə daha çox yer ayrılıb. Festivalın musiqi, dostluq və həmrəylik bayramına çevriləcəyinə inanırıq. Bu festival ənənəvi olaraq keçirilir. Festivalın özəlliyi ondan ibarətdir ki, festival çərçivəsində konsertlər memarlıq abidələrinin önündə təşkil edilir. Şəki əsrlər boyu ipəyin vətəni olub və bu gün də orada ipək istehsal olunur. Şəkinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmək üçün təqdim olunan 84 tarixi abidəsi var”.

Proqram barədə məlumat verən Firəngiz Əlizadə deyib ki, festivalda Türkiyədən İzmir Dövlət Türk Dünyası Rəqs və Musiqi Topluluğu, İrandan “Təbriz” rəqs qrupu, Yaponiyadan “Va-Liga” musiqi qrupu, Macarıstandan “Guessous Mesi Trio” qrupu, Gürcüstandan “Tolige” uşaq xoreoqrafik ansamblı və Polşadan müğənni Ania Broda konsert proqramı ilə çıxış edəcək. Konsertlər Marxal Yay Teatrında, Şəki Xan Sarayında və Yuxarı Karvansarayda təşkil ediləcək.

Festivalın açılış mərasimi iyunun 27-də Marxal Yay Teatrında olacaq.

Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə ənənəvi olaraq keçirilən bu festivalda ən yaxşı kollektivlərin çıxış etdiyini söyləyib.

Mətbuat konfransında iştirak edən Aygün Səmədzadə festivalın açılış mərasimdə müəllif gecəsinin keçirilməsinin onun üçün böyük şərəf olduğunu vurğulayıb.

Cövdət Hacıyevin oğlu, bəstəkar İsmayıl Hacıyev atasının 100 illiyinə həsr edilmiş musiqi festivalının keçirildiyini vurğulayaraq bildirib ki, belə tədbirlərlə onun yubileyinin qeyd edilməsinə görə məmnundur. 

Tbilisidə M.F.Axundzadənin anadan olmasının 205 illiyinə həsr edilən poeziya gecəsi keçirilib

İyunun 21-də Tbilisidə M.F.Axundzadənin anadan olmasının 205 illiyinə həsr edilən poeziya gecəsi keçirilib.

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin və “Şəxsi İnkişaf Universiteti” QHT-nin birgə təşkil etdiyi tədbirdə Gürcüstanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr, elm, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin keçirildiyi salonda Azərbaycanın mədəniyyət və incəsənət nümunələri, musiqi alətləri, qədim xalça, kilim və digər əl işləri nümayiş etdirilib.

Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbət, muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva, “Qarapapaqlar” jurnalının redaktoru Akif Xansultanlı çıxış edərək M.F.Axundzadənin və digər ədiblərimizin Azərbaycan mədəniyyətinin, incəsənətinin dramaturgiyasının inkişafındakı xidmətlərindən danışıb, xalqımızın mədəni irsinin təbliğində, tələbələrin mədəniyyətə, ədəbiyyata marağının artmasında bu cür tədbirlərin əhəmiyyətini qeyd ediblər.

Sonra tələbələr ədəbiyyat sahəsində biliklərini sınayıb, şeirlər, M.F.Axundzadənin əsərlərindən ibarət parçalar ifa ediblər.

“Şəxsi İnkişaf Universiteti” QHT-nin təsisçilərindən biri, tələbə Rəşan Ziyadəliyev jurnalistlərə müsahibəsində deyib ki, tədbirin təşkilində məqsəd M.F.Axundzadəni tələbələrə daha yaxından tanıtmaq, Azərbaycan mədəniyyətini təbliğ etmək, eyni zamanda, gənclərin ədəbiyyata, şeirə, poeziyaya marağını artırmaqdır.

M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin elmi işçisi Leyla Məmmədzadə isə bildirib ki, tələbələrin elmə, poeziyaya, ədəbiyyata marağının artırılması, mədəniyyətimizin təbliği, ədiblərimizin gənc nəslə daha yaxşı tanıdılması, istedadlı gənclərin tapılıb irəli çəkilməsi məqsədilə yeni layihələr hazırlanıb. Bu layihələr, bu cür tədbirlər davamlı olacaq və gələcəkdə tələbələrin iştirakı ilə yeni tədbirlər təşkil ediləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tiflisdə Ömər Eldarov və Merab Merabişvilinin əsərlərinin fotosərgisi açılıb

Gürcüstanın başkəndi Tiflisdə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ömər Eldarovun və Gürcüstanın məşhur heykəltəraşı, Xalq Rəssamı, akademik Merab Merabişvilinin əsərlərinin fotoşəkillərindən ibarət “Dostluq” sərgisi açılıb.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Gürcüstan Milli Muzeyinin, “XXI Əsr Mədəniyyətlərarası Dialoq” Assosiasiyasının və Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub. İyunun 30-dək davam edəcək sərgidə hər iki heykəltəraşın əsərlərinin 100-dən çox fotosu nümayiş olunur.

Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze tədbiri açaraq Azərbaycan ilə Gürcüstan arasındakı qədim dostluq münasibətlərindən danışıb, əlaqələrimizin daha da möhkəmlənməsində elm, mədəniyyət, incəsənət xadimlərinin rolunu xüsusi qeyd edib.

Sonra “XXI Əsr Mədəniyyətlərarası Dialoq” Assosiasiyasının prezidenti, professor Valeri Asatiani, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Hacıyev, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva və başqaları çıxış edərək ölkələrimiz arasındakı əlaqələrin inkişafından danışıb, əməkdaşlığımızın daha da genişlənməsində və gənc nəslin maariflənməsində bu cür tədbirlərin əhəmiyyətini xüsusi qeyd ediblər.

Akademik Ömər Eldarov və Merab Merabişvili sərginin təşkilinə və göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Ömər Eldarov bildirib ki: “Çox şadam ki, Tbilisidə əsərlərimin fotoşəkillərindən ibarət sərgi açılıb. Bu sərgidə dostlum və həmkarım Merab Merabişvilinin də əsərlərinin nümayiş olunması məni ikiqat sevindirir. Biz yaxın vaxtlarda Bakıda da belə bir sərgi açacağıq. İnanıram ki, bu cür sərgilər, digər mədəni tədbirlər Azərbaycan və gürcü xalqları arasında əsrlər boyu mövcud olan dostluq əlaqələrini daha möhkəmləndirəcək”.

Merab Merabişvili isə deyib: “Bu gün Azərbaycan ilə Gürcüstan arasında çox mehriban dostluq münasibətləri var. Amma bu əlaqələrimizin gələcəkdə davam etməsi və daha da möhkəmlənməsi üçün gənc nəslin yetişməsi vacibdir. İnanıram ki, biz gənclərə nümunə olacağıq və yeni nəsil bizim yolumuzu davam etdirəcək. Bunun üçün gözəl zəmin var”.

Valeri Asatiani bildirib ki, sərgini təşkilində məqsəd ölkələrimiz arasındakı mədəni əlaqələri daha da inkişaf etdirmək, eyni zamanda, bu gün mövcud olan dostluq körpüsünün inkişafına gəncləri və tələbələri cəlb etməkdir. Sərginin açılışında Azərbaycanın və Gürcüstanın elm, mədəniyyət, incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan xalçaları Gürcüstanda beynəlxalq festivalda nümayiş olunacaq

Azərbaycan xalçaları Gürcüstanda keçiriləcək Beynəlxalq Xalça Festivalında nümayiş olunacaq.

APA-nın “Sputnik-Georgia” agentliyinə istinadən verdiyi məlumata görə, festival iyunun 28-də Tiflis Xalq Tətbiqi Sənəti Muzeyində keçiriləcək.

Festival Azərbaycan Dövlət Xalça Muzeyinin sərgisi ilə açılacaq. Ekspozisiya bir ay davam edəcək.

İyunun 30-dan iyulun 2-dək festival Axaltsixedə rayonunda Rabat qalasında davam edəcək.

Festivalda İran, Türkmənistan, Qırğızıstan, Hindistan, Türkiyə və Gürcüstanın müasir xalçaçılıq nümunələri təqdim olunacaq.

Festival çərçivəsində həmçinin yerli və dəvət olunmuş ustalar ziyarətçilərə xalçaçılığın texnikası və müxtəlif mərhələlərini nümayiş etdirəcəklər. Master-klasla yanaşı, xalçaların, ornamentlərin hazırlanması texnikası, boyama, dizayn və digər müxtəlif maarifləndirici proqramlar da təşkil olunacaq.

Gürcüstanın paytaxtı Tbilisidə “Multukulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” adlı kitabın təqdimatı keçirilib.

Gürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində gürcü dilində işıq üzü görən  Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, hüquq elmləri doktoru Şirxan Adıgözəlovun müəllif olduğu “Multukulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” adlı kitabın təqdimatı keçirilib.

         Kitabın elmi redaktoru Milli Məclisin üzvü, siyasi elmlər doktoru, professor Elman Nəsirov, Milli Məclissədrinin birinci müavini Ziyafət Əsgərov,  rəyçilər Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Azərbaycan Televiziya və QSC-nin Gürcüstan təmsilçisi Şahismayıl Şəmmədoğlu,  ART Paralel TV-nin direktoruTengiz Txilavadır.

         Tədbiri muzeyin direktoru Leyla Əliyeva açaraq bildirib ki, ilk dəfə olaraq Gürcüstanda multikulturalizmdən bəhs edən kitabın təqdimatı keçirilib.  Leylaxanım ƏliyevaGürcüstanvə Azərbaycan xalqları arasındaolandostluqmünasibətlərindənsözaçıb,oqeydedibki,muzeyinfəaliyyəti də məhzbuəlaqələrin inkişafına yönəlir. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov  çıxışında Azərbaycandamultikulturaldəyərlərin inkişafından, vəbudəyərlərin dünyanınbirçoxölkələrinə nümunə olacağındansözaçaraq, Bakıda keçirilənidmanoyunlarını vəbirsıra mötəbər tədbirlərin təşkilinin yüksək səviyyədə həyata keçirildiyini,butədbirlərindünyayaAzərbaycanın uğurlarını göstərən nümunələrdənolduğunudeyib. O, Azərbaycan-Gürcüstan xalqları arasında dostluğun qorunub saxlanılmasında əvəzsiz xidmətlərinə görə  Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin diplomunu professor, kitabın elmi redaktoru Elman Nəsirova və kitab müəllifi Şirxan Adıgözəlova təqdim edib.

Tədbirdə iştirak edən Azərbaycan Prezidenti yanında Siyasi Araşdırmalar İnstitutunun direktoru, millət vəkili,  kitabın elmi redaktoru, professor Elman Nəsirov qloballaşan dünyada cərayan edın bəzi xoşagəlməyən hadisələrdən danışaraq, tolerantlığı və multikultural dəyərləri qoruyaraq önəmli mesajlar çatdıran Azərbaycanınbuistiqamətdə əldəetdiyiuğurlardandanışıb. 

Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili çıxışında azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli Borçalı bölgəsinin Marneuli rayonunda azərbaycanlıların və gürcülərin birlikdə multukulturalizmi həyata keçirdiklərini bildirib. Onun sözlərinə görə, əsrlərlə birgə yaşayan hər iki xalq öz adət-ənənələrini yaşadır və bayramlarda və tədbirlərdə bir-birinə qonaq gedir, mehriban və sülh içində yaşayırlar.

Kitabın müəllifiolanŞirxanAdıgözəlov kitabınikidildəçapolunmağından, və mədəniyyət beşiklərindənolanTbilisişəhərində təqdimatının keçirilməsindən məmnunolduğunusöyləyərək,başqaölkələrdə də kitabın təqdimatlarınınkeçirilməsinin nəzərdətutulduğunudeyib. 

Tədbirdə Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, kitabın rəyçilərindən olan  “Gürcüstan” qəzetinin redaktoru İslam Əliyev , ART Paralel TV-nin rəhbəri Tengiz Txilava, Həkimlər Liqasının sədri Qiya Salakveridze, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaak Novruzov və başqaları çıxış ediblər.Onlar çıxışlarında bildiriblər ki,  multikulturalizm  mövzusu aktual mövzudur,  kitabda Azərbaycan kontekstində dövlətimizin həyata keçirdiyi siyasətin geniş təhlil aparılıb, Azərbaycan və Qərb arasında multikulturalizmin fərqinə toxunulub, multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğu nəzərə çatdırılıb. Qeyd olunub ki, multikulturalizm ənənələrindən bəhs edən yeni kitab Azərbaycan nümunəsi kimi gürcü oxucusu tərəfindən yüksək qiymətləndirilib və hazırda multikulturalizm həyatın bir hissəsinə çevrilib.

Kitabi gürcü dilinə Paralel TV-nin direktoru Tengiz Txilava və Azərbaycan Televiziya və QSC-nin Gürcüstan təmsilçisi Şahismayıl Şəmmədoğlu tərcümə edib.

Tədbirin sonunda Milli Məclisin üzvu Elman Nəsirov rəhbərlik etdiyi Siyasi Araşdırmalar İnstitutunun adından səfir Dursun Həsənovu, muzeyin direktoru Leyla Əliyevanı, Azərbaycan Televiziya və QSC-nin Gürcüstan təmsilçisi Şahismayıl Şəmmədoğlunu,  “Gürcüstan” qəzetinin redaktoru İslam Əliyevi, ART Paralel TV-nin direktoru Tengiz Txilavanı diplom ilə təltif edib.

 

Tbilisidə möhtəşəm "Muzeydə gecə" aksıyası

Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin təşəbbüsü ilə 27 may tarixində "Muzeydə gecə" aksiyası təşkil olunub.

Dalga tv Xəbər.ge-yə istinadən məlumatına görə, aksiya keçirilən muzeylərdən biri də, Mirzə Fətəli Axundzadənin ev muzeyi olub.

Tədbirdə incəsənət ustaları, gənclər iştirak edib. Azərbaycan mədəniyyət nümunələri muzeyə gələnlərə təqdim olunub.

Aksiya çərçivəsində muzey tərəfindən xüsusi diplomlar təqdim olunub.

 

https://youtu.be/kyefhPxCWjY

 

26 mayda Marneuli bələdiyyəsində tədbirlər keçirləcək

26 may, Gürcüstanın Müstəqilliyinin Bərpasından 26 il ötür. Bu münasibət ilə ölkədə təmtəraqlı mərasimlər təşkil olunur. Mərasimlərin çox rəngarəng və maraqlı olacaq.

Tədbir saat 12:00 da açılacaq və saat 15:00 dək davam edəcək. Tədbirə qatılan qonaqları görəcəklər:

Sərgi sahələri:
►Marneuli Bələdiyyəsində yaşayan müharibədə qəhrəmancasına həlak olmuşların foto sərgisi;
►Marneulinin ictimai kitabxanası parkında mədəni abidələrin və infrastruktur layihələrin sərgisi qoyulacaq;
► Şota Rustavelinin Pələng Dərisi Geymiş Pəhləvan əsərinin yubiley ili ilə əlaqədar foto sərgi; Eyni zamanda gələn qonaqların xüsusi hazırlanmış dekorativ ağacın yarpaqlarına Pələng Dərisi Geymiş Pəhləvandan bəndlər yazma imkanları olacaq;
► Xalq sənayesi nümunələrin sərgisi, burada Gürcüstan Qırmızı Xaç təşkilatının Marneuli filialının könüllülərinin əl işləri, Şulaverdə yerləşən “Studio Hobby Hause”-un üzvləri tərəfindən hazırlanmış əl işləri, Medea Çkaduanın əl işləri, Çay Evində hazırlanmış əl işləri, Qurucu Davit adına məktəb-litseyin əl işlərinin sərgisi;
► Yerli fermerlər tərəfindən istehsal olunmuş məhsulların sərgisi-satışı;
► Müxtəlif təşkilatların öz məhsullarını orada iştirak edəcək insanlara sərgi ilə nümayişi :
• Marneulinin ərzaq zavodu;
• Professor Klinikası;
• Stomatologiya Klinikası Densi;
Uşaqlar üçün əyləncə tədbirləri:
► Uşaq attraksionları;
Dream Partner təşkilatı isə qonaq gələn uşaqlara təklif edəcək:
► Animatorlar şousu;
► Müxtəlif oyunlar və yarışlar;
İdman tədbirləri
► Gürcü güləşi
► Qol güləşi
► Ox atma
Tədbirin ikinci hissəsi mədəni tədbirlərə həsr olunacaq;
Saat 12:30 da hərəkətli teatral şoular-1918 ci ildə Tiflis şəhərinin görnüşü canlandırılaraq, tarixi faktlar oyunu oynanacaq
Saat 13:30 bayram qala konserti, orada yerli və dəvvətli yaradıcı kollektivlər tamaşaçılar qarşısında çıxış edəcəklər; Tamaşaçılar qarşısına çıxacaqlar:
1. Boris Bedia;
2. Elene Poçxua;
3.”Sarvan” rəqs ansamblı;
Marneuli Bələdiyyəsinin Mədəniyyət Mərkəzində fəaliyyətdə olan yaradıcı kollektivər:
4. „İberiya“ folklor müsiqi ansamblı ;
5. „İberiya“ rəqs ansamblı;
6. „Hucabi“ ifaçılar qrupu ;
7. „Enquri“gürcü rəqs ansamblı;
8. İfaçı Şaban Məmmədov;
9. Vokal dərnəyinin uşaqları;

Gürcüstan və Türkiyə tarixi abidələrin bərpası məsələsiylə bağlı razılığa gəliblər

Mayın 23-də Gürcüstanla Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.

İki ölkənin mədəniyyət nazirləri tərəfindən imzalanan müqaviləyə əsasən, 2017-2021-ci illərdə dövlətlər ədəbiyyat, teatr, kino sahəsində, həm də mədəni irs məsələləri üzrə əməkdaşlıq edəcəklər.

Ən vacib müqavilələrdən biri mədəniyyət abidələriylə bağlıdır. Sənədə əsasən, tərəflər birgə işçi qrupu yaratmalı, o da birgə fəaliyyət planı işləyib hazırlamalı və təsdiq etməlidir. Abidələrin vəziyyətinin tədqiqi sona çatdırılandan sonra onların reabilitasiyası prosesi başlayacaq. Gürcüstan ərazisində Osmanlı irsinin, Türkiyədə isə Gürcüstanın mədəni irs abidələrinin bərpası haqqında razılaşma əldə edilib.

Gürcüstanın Mədəniyyət Nazirliyinin məlumatına görə, iki ölkə arasında əməkdaşlıq bir neçə mərhələdən ibarətdir:

Birinci mərhələ hər iki ölkə ərazisində güclü və ya tam məhvinin qarşısını almaq üçün təxirəsalınmaz rəabilitasiyaya ehtiyacı olan mədəni irs abidələrinin seçimini nəzərdə tutur; bu və ya digər abidənin vəziyyətinin qiymətləndirilməsi ICOMOS Beynəlxalq Şurasının metodoloji prinsipləri və qüvvədə olan beynəlxalq standartlar əsasında həyata keçiriləcək.

İkinci mərhələ hər iki ölkə ərazisində mədəni irs abidələrinin konservləşdirilmiş vəziyyətinin yaxşılaşdırılması üçün reabilitasiya işlərinin həyata keçirilməsini tələb edən abidələrin seçilməsini nəzərdə tutur. Bu mərhələ həm də o mədəni irs obyektlərində işlərin həyata keçirilməsini nəzərdə tutur ki, burada artıq reabilitasiya işləri həyata keçirilib, amma keyfiyyəti partnyor tərəfindən müəyyən iradlar doğurur, o, nəyisə dəyişmək və ya düzəltməyə ehtiyac olduğunu hesab edir.

Üçüncü mərhələyə əsasən, hər iki tərəfin səlahiyyətləri çərçivəsində mədəni irs obyektlərinin uçotu həyata keçiriləcək.

İki ölkə nümayəndələri həm də öz dövlətlərinin qanunvericiliklərinə uyğun olaraq, tərəfdaş ölkənin nümayəndələrinə bağlı arxiv məlumatlarının, sənədlərin axtarışı və surətlərin ötürülməsində kömək göstərməklə bağlı razılığa gəliblər. Söhbət fotoşəkil, qravüra və xəritələrdən gedir.

Türkiyə ərazisində tarixi Tao-Klarcetidə çox sayda gürcü memarlığı nümunələri var, o cümlədən Xaxuli, Oşçki, Parxali, Bana, Otxta, Şatberdi, Tbeti.

Ötən illərdə danışıqlardan sonra Gürcüstan və Türkiyə dövlətləri onlardan ikisinin – Oşki və İşxaninin bərpası ilə bağlı razılığa gəliblər. Bundan sora gürcü ictimaiyyəti Gürcüstan hakimiyyətindən Türkiyə tərəfindən digər mədəniyyət abidələrinin bərpası ilə bağlı razılıq almağı tələb edib. Məqsədə çatmaq üçün “Facebook” sosial şəbəkəsində “Tao-Klarceti”dəki gürcü abidələrini xilas edək” adlı qrup da yaradılıb.

Bakıda Gürcüstan foto günləri keçiriləcək

Mayın 26-dan 28-dək Bakıda “Nur Art House” qalereyasında Gürcüstan Fotoqrafları Assosiasiyasının iştirakı ilə (GFA ) “Gürcüstan foto günləri” keçiriləcək.

Foto günləri Azərbaycan Fotoqrafları Birliyinin (AFB) təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi və “Nur Art House” qalereyasının dəstəyi ilə reallaşacaq. AFB-dən SİA-ya bildirilib ki, tədbir 26 may - Gürcüstan Respublikası və 28 may - Azərbaycan Respublikasının Müstəqilliyi günlərinə həsr olunur.
 
Tədbir günlərində Azərbaycan sənətsevərləri Gürcüstan fotosənəti ilə yaxından tanış olacaqlar. Eyni zamanda, 2016-cı il Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FİAP) rəhbərliyi ilə Gürcüstanda keçirilən beynəlxalq fotosalonun qaliblərinin əsərləri nümayiş olunacaq.
 
Həmçinin mayın 27-də ustad dərsləri təşkil ediləcək.

Bakıda Türkiyənin mədəniyyət günləri keçiriləcək

Mayın 20-21-də Bakıda, Sabir bağında Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşavirliyinin təşkilatçılığı ilə qardaş ölkənin mədəniyyət və turizm günləri keçiriləcək.

Tədbir IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən İslam ölkələrinin “Mədəniyyət günləri” çərçivəsində baş tutacaq.

Səfirliyin mədəniyyət və turizm müşavirliyindən AZƏRTAC-a bildirilib ki, səfirliklə yanaşı, İstanbul Böyükşəhər Bələdiyyəsinin də dəstək verdiyi tədbirə Türkiyədən 100 nəfərə yaxın sənət ustası qatılacaq.

Tədbir iki gün ərzində səhər saat 11-00-dan gecə 00:00-dək davam edəcək. Proqrama uyğun olaraq ziyarətçilərə saat 15:00, 16:00, 19:00, 20:00 və 21:00-da bir-birindən maraqlı konsert proqramları təqdim ediləcək.

Vaşinqtonda “Əli və Nino”nun premyerası keçirilib

Mayın 16-da Azərbaycanın və Gürcüstanın ABŞ-dakı səfirliklərinin birgə təşkilatçılığı ilə Vaşinqtonda Hərbi Dəniz Qüvvələrinin Xatirə və İrs Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycanda çəkilmiş “Əli və Nino” filminin paytaxt premyerası keçirilib.

Dalga tv Oxu.Az-a istinadla xəbər verir.

ABŞ administrasiyasının və Konqresinin rəsmilərinin, Vaşinqtonda akkreditə olunmuş səfirlərin və yüksək rütbəli diplomatların, beyin mərkəzlərinin təmsilçilərinin, ictimai xadimlərin iştirak etdikləri tədbir ziyafətlə başlanıb. Daha sonra səfir Elin Süleymanov və David Bakradze nitq söyləyiblər.

Hər iki ölkənin mədəniyyəti və tarixi barədə dolğun təsəvvürlər yaradan bu film iştirakçılar tərəfindən olduqca müsbət qarşılanıb.

Virtual karabakhyuxarı “Eurovision - 2017”-nin qalibi Portuqaliya olub

Ukraynanın paytaxtı Kiyevdə keçirilən“Eurovision - 2017” mahnı müsabiqəsinin qalibi müəyyənləşib.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, sayca 62-ci olan müsabiqənin qalibi 758 səslə Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, müsabiqədə “Amar Pelos Dois” mahnısını ifa edib.
Azərbaycan təmsilçisi Diana Hacıyevanın (DiHaj) ifa etdiyi “Skeletons” mahnısı isə 120 xal toplayaraq 14-cü yeri tutub.

Saytda Axtarış

ახალი ამბები