Dalga Televiziyasi Mədəniyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün768
DünənDünən634
Bu həftəBu həftə7204
Bu ayBu ay51903
Bu günə qədərBu günə qədər7422377

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın məşhur aktyoru vəfat edib

Gürcüstanın əməkdar artisti, aktyor və rejissor Baadur Tsuladze 83 yaşında vəfat edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, B. Tsuladze 1935-ci ildə Batumidə anadan olub.

B. Tsuladze "Buratinonun sərgüzəştləri", "Mənim ərim ol" və digər məşhur filmlərdə çəkilib. Ümumilikdə 90 filmə çəkilən B. Tsuladze 10 filmin də rejissoru olub.

Fuad Poladov vəfat edib

Xalq artisti Fuad Poaldov Bakıdakı "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Mərhum sənətkarın ailəsinə başsağlığı verənlər onun evini ziyarət etməkdə davam edirlər.

Qeyd edək ki, Xalq artisti Azərbaycan kino və teatr sahəsində yetərincə sözünü demiş, 50-dən çox tamaşa və filmdə müxtəlif obrazlar yaradıb.

Tbilisidə “Azərbaycan payızı” festivalı keçiriləcək

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Bakı küçəsində "Azərbaycan payızı" festivalı keçiriləcək.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə Tbilisi sakrebulosunun majoritar deputatı Rima Beradze şəhərin Kiyev küçəsində keçirilmiş "Ukrayna baharı" festivalında çıxışı zamanı bildirib.

O deyib ki, şəhərin Çuqureti rayonunda yerləşən Bakı küçəsində “Azərbaycan payızı” festivalı ilk dəfə təşkil olunacaq: "Tbilisi çox tolerant şəhərdir və əhalisinin 17%-ni milli azlıqlar təşkil edir. Buna görə də bu cür tədbirlərin böyük əhəmiyyəti var".

Kiyev küçəsində keçirilmiş "Ukrayna baharı" festivalı çərçivəsində müxtəlif mədəni tədbirlər təşkil olunub. Tədbir iştirakçıları Ukraynanın mədəniyyəti, adət-ənənələri və mətbəxi ilə tanış olublar.  Festival 2016-cı ildən etibarən hər il keçirilir.  

 

Bakı Musiqi Akademiyasının müəllim və tələbələri Tbilisidə konsert proqramı ilə çıxış ediblər

alt

Bakı Musiqi Akademiyasının müəllim və tələbələri ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar SOCAR-ın Gürcüstan nümayəndəliyinin Tbilisidəki baş ofisinin zalında konsert veriblər.

Konsert Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin təşəbbüsü ilə baş tutub.

Səfirliyin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva bildirib ki, səfirlik və SOCAR-ın Gürcüstan nümayəndəliyi Ulu Öndərin 95 illiyi ilə əlaqədar silsilə tədbirlər planı hazırlayıb. Bu tədbir də həmin planın tərkib hissəsidir.

Akademiyanın prorektoru Nərminə Quliyeva Azərbaycanda musiqi və incəsənətin inkişafına göstərilən dövlət qayğısından danışıb. O, Tbilisidə belə bir tədbirin təşkilinə görə təşkilatçılara minnətdarlıq edib.

Bakı Musiqi Akademiyasının müəllim və tələbələri Üzeyir Hacıbəyli, Qara Qarayev, Fərhad Bədəlbəyli, Tofiq Quliyevin əsərlərini və dünya klassik musiqisindən parçalar ifa ediblər.

Konsertin tamaşaçıları arasında Azərbaycan səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Azərbaycanın Gürcüstandakı şirkətlərinin əməkdaşları, elm, incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri olublar.

alt

alt

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Gürcüstanda “Əli və Nino” tamaşasının premyerası olacaq

Mayın 1-də Tbilisidə Şota Rustaveli adına Teatrda "Əli və Nino" romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın premyerası olacaq.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, tamaşa İvane Maçabeli adına Tsxinvali Dövlət Dram Teatrı tərəfindən hazırlanıb.

Əsərin səhnə versiyasının rejissoru Qoça Kapanadzedir.

"Əli və Nino” əsəri Gürcüstanda ilk dəfədir səhnələşdirilib. Tamaşada müxtəlif ölkələrin folklor və klassik musiqilərindən istifadə olunub. Tamaşa Gürcüstan və Azərbaycanda ilk respublikaların yaranmasının 100 illik yubileyinə həsr olunub.

Tamaşa mayın 2-də də Şota Rustaveli adına Teatrda nümayiş etdiriləcək.

Qeyd edək ki, Qurban Səidin müəllifi olduğu “Əli və Nino” əsəri azərbaycanlı gənc Əli və gürcü qızı Nino arasında məhəbbət hekayəsindən bəhs edir. Əsərdə həmçinin XX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi hadisələr də təsvir olunub.

Bakıda gürcüstanlı rəssamın sərgisi açılıb

Bakıda Ağ Şəhər Qalereyasında istedadlı rəssam Rizvan İsmayılın fərdi sərgisi açılıb.

APA-nın məlumatına görə, bu, rəssamın paytaxtda keçirilən ikinci sərgisidir. İlk sərgi ötən ilin martında Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda baş tutub.

Sərginin açılışında çıxış edənlərdən UNESCO yanında Beynəlxalq Rəssamlar Federasiyasının və Dünya Rəssamlıq Akademiyasının üzvü Sakit Məmmədov, Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və başqaları Rizvan İsmayılın özünəməxsus yaradıcılığı haqqında söz açıb. Qeyd olunub ki, R.İsmayılın İstanbul və Tbilisidə, Parisdə, Moskvada fərdi sərgiləri keçirilib. Natiqlər rəssama yeni yaradıcılıq uğurları arzulayıblar.

Qeyd edək ki, "Rəqəmlərin sirli dünyası" adlı fərdi sərgi martın 1-dən 6-dək davam edəcək. Bu müddətdə tamaşaçılar rəssamın "Nimeroloqizm (Əbcədizm)" üslubunun əsasında çəkdiyi əsərlərlərlə də tanış olacaqlar.

R.İsmayıl yağlı boya və qrafiklə çəkilən 250-dən çox rəsm əsərinin müəllifidir. Rəssamın 2015-ci ildə Tiflisdə “Rəssam-rənglərlə şeir yazan bəstəkardır” adlı kataloqu, Bakıdakı Parlaq İmzalar Nəşriyyatında onun “Rizvan İsmayıl” adlı daha bir kataloqu nəşr olunub.

Xaıtrladaq ki, əslən Gürcüstanın Bolnisi rayonundan olan Rizvan İsmayıl 1986-1990-cı illərdə Bakıdakı Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini tərtibatçı rəssam ixtisası ilə bitirib. O, 315 nəfər rəssamın üzv olduğu Gürcüstan Rəssamlar Federasiyasının ilk azərbaycanlı üzvüdür.

Azərbaycanın xalq artisti Kamil Vəzirov vəfat edib

Azərbaycanın xalq artisti, qarmon ifaçısı Kamil Vəzirov vida mərasiminin keçiriləcəyi vaxt və dəfn olunacağı yer dəqiqləşib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, K. Vəzirovun cənazəsi sabah saat 11:00-da Neapol küçəsi 1 ünvanından - yaşadığı evdən götürüləcək. 

Şöbədən bildirilib ki, K. Vəzirov Yasamal qəbiristanlığında dəfn olunacaq.

Azərbaycan kinosunun 120 illiyi qeyd olunacaq

Prezident İlham Əliyev Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Çingiz Sadıxov dəfn olunub

Hazırda görkəmli musiqiçi, dünya şöhrətli pianoçu, Azərbaycan Respublikasının Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Çingiz Sadıxovla vida mərasimi keçirilir.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, Təzə Pir məscidində keçirilən mərasimdə bir sıra sənət nümayəndələri, mərhumun qohumları və yaxın dostları iştirak edir.

Xalq artisti Bakıda II Fəxri xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, Çingiz Hacı oğlu Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub. 

Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib. Çingiz Sadıxov Bakıda 16 saylı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb, eləcə də, Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi olub.

Çingiz Sadıxov 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Gürcü nazir: "Tbilisidəki Azərbaycan teatrı üçün iki yerdə torpaq sahəsi təklif olunub"

Tbilisidəki Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının yeni binası üçün iki yerdə torpaq sahəsi təklif olunub.

APA-nın yerli bürosunun məlumatına əsasən bu barədə Gürcüstanın mədəniyyət və idman naziri Mixeil Giorqadze deyib.

O bildirib ki, torpaq sahələri teatrın hazırda olduğu yerə yaxın yerləşir: "Azərbaycan tərəfinin hansı sahəni seçəcəyi ilə bağlı qərarını gözləyirik. Teatr üçün yeni binanın tikilməsi ilə bağlı öhdəliyi SOCAR şirkəti öz üzərinə götürüb".

Gürcüstan parlamentində Azərbaycan teatrının məsələsi qaldırılıb

Gürcüstan parlamentinin növbədənkənar iclasında deputat Savalan Mirzəyev Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının vəziyyəti ilə bağlı məsələ qaldırıb.


APA-nın yerli bürosunun məlumatına görə, S. Mirzəyev mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadzeyə teatrla bağlı sual ünvanlayıb: “Bildiyiniz kimi, Tbilisidəki Azərbaycan teatrının əməkdaşları ağır şəraitdə işləməyə məcburdurlar. Mən teatrın inzibati binası və büdcənin az olmasını nəzərdə tuturam. Bu problemlərin aradan qaldırılması üçün konkret planlar varmı?”
 

S. Mirzəyev baş nazir Giorgi Kvirikaşviliyə milli azlıqlardan olan gəncləri dəstəklədiyinə görə təşəkkür edib. O, milli azlıqarı təmsil edən gənclər üçün həyata keçirilmiş dövlət qurumlarında təcrübə proqramının əhəmiyyətini vurğulayıb: “Bildiyiniz kimi, etnik azlıqları təmsil edən gənclərin dövlət idarələrində təcrübə keçməsi ilə bağlı pilot layihə həyata keçirilib. İmkandan istifadə edərək baş nazirə təcrübə proqramına dəstək verdiyinə görə təşəkkür edirəm”.


Parlamentdə müzakirələr davam etdirilir. 

Bu gün Tbilisidə Uşaq “Avroviziya”sı keçiriləcək

Bu gün Tbilisi İdman Sarayında “Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2017” keçiriləcək. APA-nın xəbərinə görə, sayca 15-ci beynəlxalq mahnı müsabiqəsi Gürcüstanda ilk dəfə keçiriləcək. Müsabiqə “Parlaq işıqlan” sloqanı ilə keçirilir.   

Qeyd edək ki, 2016-cı ildə Uşaq “Avroviziya”sının qalibi “Günəş mahnısı ilə Gürcüstandan 10 yaşlı Məryəm Mamadaşvili olub.  

Gürcüstan 3 dəfə Uşaq “Avroviziya”sının qalibi olub. Bu dəfə bu ölkəni səhnədə “Qəlbin səsi” mahnısı ilə 12 yaşı Qriqol Kipşidze təmsil edəcək. 

Saytda Axtarış

ახალი ამბები